Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3522/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsinə, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsinə, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilsin, həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülük ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 izahatında iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi ilə 74782.53 ABŞ dolları əsas borc, 2801.06 ABŞ dolları faiz borcu, 296.10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 77879.69 (yetmiş yeddi min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcun X2 tutulması və tutmanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Binəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, 18.08.2015-ci il tarixli icra sənədi üzrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından 2-ci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Həmin hərrac da baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməlidir. Göstərilənlərə nəzərə alaraq, tələbkar və ipoteka saxlayan «xxxx» ASC ipoteka predmeti olan ünvan 2 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsi «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan hərracın keçirilməsi haqqında bildirişdən görünür ki, Binəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, 18.08.2015-ci il tarixli icra sənədi üzrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28.10.2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi ilə 74782.53 ABŞ dolları əsas borc, 2801.06 ABŞ dolları faiz borcu, 296.10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 77879.69 (yetmiş yeddi min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcun X2 tutulmuş və tutma mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)- 8129/2015 saylı, 18.08.2015-ci il tarixli icra sənədi üzrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından 2-ci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Həmin hərrac da baş tutmamışdır və nəticədə ipoteka predmeti banka təklif olunmuşdur. Lakin Bank, 3 ildən yaxın vaxt keçməsinə baxmayaraq ipoteka predmeti əldə etməmişdir. Beləliklə iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilməli, həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülük ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilsin, həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülük ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3522/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3522/2021
27.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver