Məhkəmə qərarları › İş №2(006)-3524/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3524/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3524/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovnanın Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovna Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovna iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə qeyri-rəsmi olaraq nikaha daxil olmadan ailə qurmuşlar. Ailə qurduqdan sonra birlikdə yaşamışlar. xx.xx.2016-ci il tarixində qız övladları X3 dünyaya gəlmişdir. 29 oktyabr 2016-cı il tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 316768 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər kəskin olaraq pisləşmişdir. Belə ki, sonradan cavabdehin hərəkətlərində dəyişikliklər hiss olunmuş evdə tez-tez mübahisələr baş vermişdir. Evə gəlmir, gəlməməyinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Hal-hazırda da harada, kiminlə yaşadığından heç bir məlumatı yoxdur. Sentyabr ayının 30-u qızları Elmiranın 7 yaşı tamam olacaqdır. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyaclarını özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, aliment məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ünvanına ünvan 1 təklif göndərmişdir. Lakin təklifi cavabsız qalmışdır. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovna iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovna tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni, o cümlədən cavabdehin fikrini nəzərə alıb, məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ailəlidir. Başqa övladı vardır. İddiaçı onun ailəli olduğunu bilirdi. Onlar birgə yaşamamışlar. X2 onun övladı olmasını qəbul edir. Onun atası olmasını da müvafiq orqanda qəbul etmişdir. Rusiyada yaşayır, ölkəyə bir müddət öncə gəlmişdir. O, Rusyada olduğu müddətdə anası övladına maddi və mənəvi köməklik etmişdir. Bildirdiyinə görə özü xəstədir və heç bir yerdə işləmir. Səhhəti ilə əlaqədar aliment ödəmək qabiliyyətində deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 316768 saylı “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixində Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovnadan doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 10-cu ayının 29-cu günündə 535 № ilə qeyd edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 855282 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 30 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovna qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin 10-cu ayının 29-cu günündə 7229 № ilə qeyd edilmişdir. - Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/12/2023/00616 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir (mediator L.Məmmədova). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 atası olması iş materiallarında olan sənədlərlə, habelə tərəflərin məhkəmə iclaslarında verilmiş izahatları ilə öz təsdiqini tapdığından, azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Şı̇ qabeddı̇ nova Ramı̇ nə Rəşı̇ dovnanın xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar