Məhkəmə qərarları › İş №2(006)-3525/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3525/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3525/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli. 64/11 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və həmin ipoteka müqaviləsinə əsasən X10 tam mülkiyyət hüququ üzrə məxsus və ondan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 65, 33 saylı mənzilinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2678/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4, X6, Əliyeva (Novruzadə) Təhminə Həşim qızına, İddiaçı və X7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, X2 Cavabdeh ASC-nin xeyrinə 6.739,66 manat əsas borc, 919,96 manat faiz borcu, illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda qismində 1.355,35 manat olmaqla, ümumilikdə 9.014,97 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilinin ilkin satış qiymətinin 40.000 manat müəvyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin X6 və İddiaçı qızma qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində X8, X11, Əliyeva (Novruzadə) Təhminə Həşim qızı, İddiaçı və X5 Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilini tərk etmələri, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat məbləğində pulun cavabdeh X2 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3156/2020 nömrəli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2678/2019 nömrəli qətnaməsinin mübahisələndirilən - iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4822/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3156/2020 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi Cavabdeh ASC ilə X8 arasında xx.xx.2011-ci il tarixində 64/11 saylı kredit müqaviləsi üzrə ləğv prosessində olan Cavabdeh ASC-yə heç bir borcu yoxdur. Ona görə də hesab edir ki, həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən mərhum əri - X10 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 65, 33 saylı mənzil ipotekadan azad olunmalıdır. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edərək, xx.xx.2011-ci il tarixli, 64/11 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X10 tam mülkiyyət hüququ üzrə məxsus və ondan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 65, 33 saylı mənzilinin ipotekadan azad edilməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh ərizəni xx.xx.2024-cü il tarixində almasına baxmayaraq xx.xx.2024-cü il tarixdə ona ünvanladığı rəsmi məktubda qeyd etmişdir ki, “X1 kreditinin təminatı olan X10 məxsus mənzilin girovdan azad edilməsi barədə müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)- 54/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması bondu Bankın ləğvedicisi təyin edilmişdir. Bildiririk ki, Cavabdeh ASC-nin Paytaxt filialından xx.xx.2011-ci il 64/11 saylı kredit müqaviləsinə əsasən X4 20.000,00 manat məbləğində kredit verilmişdir və kreditin təminatı kimi X10 məxsus Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzili girov qoyulmuşdur. Əlavə olaraq bildiririk ki, xx.xx.2020-ci il tarxili 2(102)-4822/2020 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında Cavabdeh ASC-nin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.” Hesab edir ki, cavabdehin ipoteka müqaviləsinə xitam verərək ipoteka predmetinin ipotekadan azad olunmasından imtina etməsi əsassızdır. Ona görə də, hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət elmək məcburiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 22.11.201.5-ci il tarixdə vəfat etmiş - X9 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və məhkəmə iclasında iştirak edə bilməyəcəyindən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən verilmiş 2V-23 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22.11.201.5-ci il tarixdə vəfat etmiş - X9 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXnın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə X10 verilmiş **********97-05101- 093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,84 m2, yaşayış sahəsi 29,24 m2, yardımçı sahəsi 12,6 m2, 2 otaqlı olan mənzildən ibarətdir. İddiaçı tərəfindən ləğv prosesində olan olan Cavabdeh ASC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 64/11 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X10 tam mülkiyyət hüququ üzrə məxsus və ondan miras qalmış ünvan 2 ünvanında yerləşən, 33 saylı mənzilini ipotekadan azad edilməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3156/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2678/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsas olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4822/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3156/2020 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx.xx.2019-cu il tarixli, 2(005)-2678/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4, X6, Əliyeva (Novruzzadə) Təhminə Həşim qızına, İddiaçı və X7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, X2 Cavabdeh ASC-nin xeyrinə 6739,66 manat əsas borc, 919,96 manat faiz borcu, illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda qismində 1355,35 manat olmaqla, ümumilikdə 9014,97 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin X6 və İddiaçı qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində X8, X11, Əliyeva (Novruzzadə) Təhminə Həşim qızı, İddiaçı və X5 Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzilini tərk etmələri, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat məbləğində pulun cavabdeh X2 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3156/2020 nömrəli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2678/2019 nömrəli qətnaməsinin mübahisələndirilən - iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. Ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Cavabdeh ASC-nin Paytaxt filialından xx.xx.2011-ci il 64/11 saylı kredit müqaviləsinə əsasən X4 20.000,00 manat məbləğində kredit verilmişdir və kreditin təminatı kimi X10 məxsus Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 65 nömrəli evin 33 saylı mənzili girov qoyulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarxili 2(102)-4822/2020 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında "Muğanbank” ASC-nin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3156/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən göründüyü kimi, Cavabdeh ASC ilə X8 arasında bağlanmış kredit müqaviləsi üzrə tələblərə münasibətdə iddia müddəti keçsə də, bu, həmin müqavilənin təminatı kimi çıxış edən ipoteka (girov) müqaviləsi üzrə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən, 33 saylı mənzilinə münasibətdə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına əsas vermir. Qanunvericilikdə ipotekaya xitam verilməsinin dəqiq əsasları müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü dəlil ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslarda qeyd edilməmişdir. Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad olunması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar