Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3540/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək 07.12.2016-cı il təvəllüdlü X1 görə İddiaçı 100 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə 07.12.2016-cı il təvəllüdlü X2 üçün hər ay 170 manat, əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı qətnamə ilə təyin edilən uşağın saxlanması üçün hər ay 170 manat, əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğində alimenti ödəyə bilmir, ikinci dəfə nikaha daxil olaraq ailə həyatı qurması, ikinci nikahdan uşağı olması, bununla da maddi vəziyyətində dəyişiklik olması səbəbindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, 07.12.2016-cı il təvəllüdlü X2 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilən alimenti hazırda ödəyə bilmədiyini, habelə onun ikinci nikahdan övladının olmasını nəzərə alınmasını bildirdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, tələbin əsassız olduğunu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsinə əsasən 07.12.2016-cı il təvəllüdlü X2 üçün İddiaçı hər ay tutulan 170 manat alimentin 2020-ci il üzrə yaşayış minimumu üzrə nəzərdə tutulduğunu, əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğində alimentin isə 07.12.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar tutulduğunu, 07.12.2016-cı il təvəllüdlü X3 qıcolma tutmaları ilə müşayiət edilən lokalizə olunmuş idiopatik epilepsiya xəstəliyindən əziyyət çəkdiiyini və bu səbəbdən uşağın daimi olaraq müalicəyə ehtiyacı olduğunu bildirdi. O, xəstə uşağa baxmalı olduğuna görə heç bir yerdə işləmir və uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçı və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan AZ-İV seriyalı 061233 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07.12.2016-cı il Bakı şəhərində doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X7 qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.08.2020-ci il tarixli, 2(006)-2742/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Ələkpərova (Fərruhzadə) Kəmalə Nəsir qızı arasında 12 fevral 2016-cı il tarixdə bağlanmış və 01 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 128 № ilə qeydə alınmış nikahın pozulması, 07.12.2016-cı il təvəllüdlü X3 anası Ələkpərova Kəmalə Nəsir qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixli, 2(006)-1538/2018 saylı qətnaməsinə əsasən İddiaçı 07.12.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2019-cu il tarixli 2(006)-1343/2019 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş, İddiaçı 07.12.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsindən görünür ki, alimentin məbləği artırılaraq, İddiaçı 07.12.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləği tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09.06.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X5 qeyd edilmişdir. Mülki işin materiallarında olan Sabunçu rayon X10 Hissəsinin 03.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sabunçu rayon X10 Hissəsinin 21 nömrəli yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində xidmət edir. Əmək haqqı 563,73 (beş yüz altmış üç manat 73 qəpik) manat təşkil edir. Mülki işin materiallarında olan Səhiyyə Nazirliyi uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına 2710003AABJX №-li tibbi sənəddən görünür ki, X6 “fokal başlanğıclı qıcolma tutulmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə tutulan alimentin azaldılaraq 07.12.2016-cı il təvəllüdlü X1 görə ondan 100 manat məbləğində alimentin tutulmasını tələb edir. Tələbini onunla əsaslandırır ki, ikinci dəfə ailə həyatı qurmuş, X5 ilə nikahından 09.06.2020-ci il təvəllüdü İddiaçı adı uşağının dünyaya gəlməsini və həmin uşağın onun himayəsində olmaqla yetkinlik yaşına çatmadığını, hazırda qətnamə ilə təyin edilən uşağın saxlanması üçün hər ay 170 manat, əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğində alimenti ödəyə bilmir. Lakin Cavabdeh isə 07.12.2016-cı il təvəllüdlü X3 daimi olaraq qıcolma tutmaları ilə müşayiət edilən lokalizə olunmuş idiopatik epilepsiya xəstəliyindən əziyyət çəkdiiyini və bu səbəbdən uşağın daimi olaraq müalicəyə ehtiyacı olduğunu, həmçinin oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə tutulan alimentin yaşayış minimumundan aşağı olmasını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardmla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifəsinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. İddiaçı ikinci dəfə nikaha daxil olduğunu, ikinci nikahdan azyaşlı uşağının olduğunu əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ikinci dəfə ailə qurmaq, ikinci nikahdan uşağın olması, qazancın az olması valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının birinci nikahdan olan uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması heç bir əsasa söykənmir. İddiaçı bu mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir, İddia tərəfindən ödənilməli olan alimentin məbləği isə 170 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən – ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını aradan qaldırmış olar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 07.12.2016-cı il təvəllüdlü X6 nevroloji xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar davamlı olaraq ambulator müalicələr alır, bu mülaicələrlə bağlı vəsait xərclənir. Həmin vəsaitlərin də qarşılanmasına görə iddiaçıdan əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. 07.12.2016-cı il təvəllüdlü X6 hazırda da qeyd edilən xəstəlikdən əziyyət çəkdiyindən iddiaçı həmin vəsaitin ödənilməsində özü də bir valideyn olaraq iştirak etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minmunun həddini, tərəflərin birgə nikahdan doğulmuş uşağın böyüdüyünü, xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyini, həmçinin uşağın xəstəliyi ilə əlaqədar davamlı olaraq ambulator müalicələr almasını, bu mülaicələrlə bağlı vəsait xərclənməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək 07.12.2016-cı il təvəllüdlü X1 görə İddiaçı 100 manat məbləğində alimentin tutulması barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə İddiaçı tərəfindən ərizənin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsi təmin edilmədiyindən, ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3540/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3540/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver