Məhkəmə qərarları › İş №2(006)-3541/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3541/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3541/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin qeyri-rəsmi nikahdan 31.12.2017ci il təvəllüdlü X6 və 28.07.2020-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdirlər. Cavabdeh uşaqların maddi cəhətdən saxlanılmasına kömək etmir, çox ağır vəziyyətdə yaşayırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması, Cavabdeh övladları 31.12.2017-ci il təvəllüdlü X6 və 28.07.2020-ci il təvəllüdlü X2 üçün hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment və əlavə uşağın üç yaşı tamam olana kimi 100 manat aliment, cəmi 500 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İV № 501786 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 28 iyul 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 aprel 2018-ci il tarixdə verilmiş AZ-İV № 094493 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 31 dekabr 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi nikahdan 31.12.2017-ci il təvəllüdlü X6 və 28.07.2020-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdirlər. Uşaqlar ana ilə birlikdə yaşayırlar. İddiaçı uşaqların saxlanılmalarında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianın qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçı hər uşağa görə aylıq sabit pul məbləğində 200 (iki yüz) manat pulun tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Belə olan halda, məhkəmə, 31.12.2017-ci il təvəllüdlü X6, 28.07.2020-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün, hər ay 175 (bir yüz yetmiş beş) manat pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir. İddiaçının alimentlə bağlı digər tələbi 28.07.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulması ilə bağlı olmuşdur. İddiaçı tələbini bu hissədə bir uşağın 3 yaşına çatmaması, bu səbəbdən özünün işləyə bilməməsi ilə əsaslandırmışdır. İş materiallarından göründüyü kimi, 28.07.2020-ci il təvəllüdlü X4 hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, iddia tələbinin bu hissədə qismən təmin edilməsini, X4 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment məbləğləri həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31.12.2017-ci il təvəllüdlü X6, 28.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, habelə X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment 19 aprel 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31.12.2017-ci il təvəllüdlü X6, 28.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, habelə X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment 19 aprel 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar