Məhkəmə qərarları › İş №2(006)-3544/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3544/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3544/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, N oktyabr 2018-ci ildə N nömrəli xəstəlik haqqında şəhadətnaməyə istinad edilərək, N nömrəli hərbi hissənin N oktyabr 2018-ci ildə 550 nömrəli sərəncamı, “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ştatlı hərbi həkim komissiyasının qərarında, Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinə “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə” sığorta ödənişinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, xx xxxxxxx 1999-cu il tarixli 26 oktyabr 2017-ci il, Nəsimi rayon Hərbi Səfərbərlikdən həqiqi hərbi xidmətə çıxarılmış, hərbi bilet nömrəsi ******* nömrəli. “Ştatlı hərbi həkim komissiyasının qərarı ilə N oktyabr 2018-ci ildə N nömrəli xəstəlik haqqında şəhadətnaməyə istinad edərək N nömrəli hərbi hissənin N oktyabr 2018-ci ildə 550 nömrəli sərəncamı, “xəstəlik hərbi xidmət dövründə alınmışdır” verilmişdir. Ona təqdim olunan “xəstəlik haqqında şəhadətnamədə” N nömrəli aşağıda qeyd olunmuşdur. Xüsusi müayinələrin nəticələri: qanın ümumi analizi: 23 iyul 2018-ci ildə hb-134qV, L-7,5x10 V, EÇS-06mm/s, 12 oktyabr 2018-ci ildə Hb-148qV, L-7,2x10V, EÇS-05mm/s. Sidiyin ümumi analizi: 24 iyul 2018 və 12 oktyabr 2018-ci ildə normaldır. 24 iyul 2018, 25 iyul 2018 və 19 sentyabr 2018-ci il tarixlərdə bəlğəmin analizində KB(-) mənfidir. Döş qəfəsi orqanlarının rentgenoqrafiyası: 23 iyul 2018-ci il tarixli 2496 nömrəli rəqəmsal rentgenoqramma və 26 iyul 2018-ci il tarixli torakal KT müayinəsi-sol ağciyərin yuxarı payında infiltrativ dəyişiklik və dağılma boşluğu aşkar edilir. 12 oktyabr 2018-ci il tarixli 2754 nömrəli rəqəmsal rentgenoqramma-sol ağciyərin yuxarı payında olan infiltratın ölçüləri kiçilmiş, konturları aydınlaşıb, dağılma boşluğu obliterasiya olunmuşdur. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: sol ağciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma mərhələsində, KB (-) mənfi, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq qərarı: “xəstəliklər cədvəli”nin 2 b maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqında əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır. Artıq hərbi hissə komandirlərinin səhlənkarlığı sayəsində, vaxtında hərbi həkim müayinəsini göstərmədikləri nəticəsi, hərbi xidmət dövründə aldığı xəstəlik nəticəsində ömürlük vərəm qeydiyyatında olmağı və həkim nəzarəti altında müalicə və müayinə olunmağı faktı N nömrəli ştatlı hərbi həkim komissiyasının qərarında tapır. Lakin səhhəti ilə bağlı sığortanı almaq zərurəti yaranmışdır. Bu səbəblə də Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin 6600 Azərbaycan manatının verilməsi barədə” ərizə ilə müraciət etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti ona ünvanladığı 18 iyul 2019-cu il tarixli məktubda etiraz edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin çıxarış epikrizindən görünür ki, İddiaçı diaqnozu: sol ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, KB (-) mənfi, dissosiativ reaksiya . İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 18 iyul 2019-cu il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizin xəstəlik almanızla əlaqədar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlandırdığınız 10 iyul 2019-cu il tarixli şikayət ərizəniz aidiyyəti üzrə Dövlət Sığorta Şirkətinə daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin d bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Ərizənizdən göründüyü kimi, Siz N oktyabr 2019-cu il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmusunuz ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Buna görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 12 dekabr 2018-ci il tarixli 289 nömrəli arayışından görünür ki, 1999-cu il təvəllüdlü İddiaçı həqiqətən 26 oktyabr 2017-ci ildən 10 noyabr 2018-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. N nömrəli hərbi hissənin N nömrəli N oktyabr 2018-ci il tarixli xəstəlik şəhadətnaməsinə əsasən ehtiyyata buraxılıb. İddiaçı 21 noyabr 2018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin d bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Lakin iddiaçı N oktyabr 2019-cu il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunduğundan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Belə olan halda Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 18 iyul 2019-cu il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğundur, həmin cavab əsaslı olduğuna görə iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar