Məhkəmə qərarları › İş №2(006)-3551/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3551/2025

01.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3551/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs LPO "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun cavabdeh siyahısından çıxarılması, LPO "xxxx" ASC-nin cavabdeh qismində cəlb edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən LPO "xxxx" ASC-nin nümayəndəsi işin aidyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş vəsatəti və iş materiallarını araşdıraraq müəyyən etdi ki, işə iddiaçının təqdim etdiyi yeni cavabdehin yaşayış yeri üzrə baxılması məqsədə uyğundur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi Əmanətlərin Sığortalanması Fondu göstərilmişdir. Lakin məhkəmədə işə baxılarkən iddiaçı öz vəsatəti ilə cavabdehin düzgün müəyyən edilmədiyini bildirmiş, cavabdeh qismində yeni cavabdeh LPO "xxxx" ASC-nin tanınmasını xahiş etmiş və işin aiddiyati üzrə Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti və iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddianın predmeti olan hüquqi münasibətlər baxımından cavabdeh kimi göstərilməli olan şəxs LPO "xxxx" ASC olmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, LPO "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin hüquqi ünvanı ünvan 1əmir Bank” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin yerləşdiyi yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinin ləğv edilməsi və sair" tələbinə dair 2(006)-3551/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar