Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3553/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə qaytarılmaq şərti ilə 4333 dollar məbləğində kredit verilmiş və 18.02.2015-ci il tarixli, 30-15-11-004870 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 2704.29 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 13.12.2019-cu il tarixli, 00-19-23- 102046 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Aralarında bağlanmış 13.12.2019cu il tarixli, 00-19-23-102046 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərti ilə). 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. 01.03.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 01.03.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat, faiz borcu 5,49 (beş manat, qırx doqquz qəpik) manat, cəmi 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində Kredit verilmişdir. 01.03.2021-ci il tarixli, M/03-1203 saylı arayışdan görünür ki, 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu vardır. 04.02.2021-ci il tarixli, M/03-546 saylı xəbərdarlıqlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 18.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 27.05.2011-ci il tarixli Bakı-Nəsimi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 15.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsi üzrə Cavabdeh 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı borcun ödənilməsi borc alan Cavabdeh 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 01.03.2021-ci il tarixə 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsinin: 5.1.2-ci bəndinə əsasən Borcalan bu müqaviləyə əsasən öhdəliyini vaxtında və ya lazımınca icra etmədikdə, Borc verən verilmiş krediti və ona hesablanmış faiz məbləğini tam olaraq kredit müqaviləsinin müddəti bitmədən Borcalandan vaxtından vaxtından əvvəl tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19-23-102046 saylı Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh, 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 00-19-23- 102046 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2704,29 (iki min yeddi yüz dörd manat, iyirmi doqquz qəpik) manat əsas borc, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2709,78 (iki min yeddi yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3553/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3553/2021
24.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver