Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3567/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi təzminat” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən cavabdeh olmalı tərəf haqqında məlumatlar natamam göstərildiyindən və bu da məhkəmə üçün qeyri-müəyyən olduğundan hazırkı mülki iş baxılmamış saxlanılmaslıdır. Belə ki, qeyd edilən iddia ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Cavabdeh və ünvanı isə ünvan 1mişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının bacısının əridir, bununla əlaqədar olaraq iddiaçıya cavabdehin hazırki məhkəmə icraatı barədə məlumatlandırılması, habelə çəkişmə prinsipinin təmin edilməsi və gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün müvafiq məhkəmə tapşrığının göndirilməsi məqsədilə iddiaçıya cavabdehin Türkiyə Respublikasındakı ünvanının təqdim edilməsi təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən qeyd edilən məsələnin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalı və ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi təzminat” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" MMC, VÖEN: **********, xəzinə hesabı: AZ17CTRE********************, büdcə təsnifat kodu: 142213, transaksiya nömrəsi: ********** HOPNew8-670062216, tarix: xx.xx.2024, saat: 17:11:52) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3567/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3567/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver