Məhkəmə qərarları › İş №2(006)-3572/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3572/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3572/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarix təvəllüdlü X1 ilə bağlı əvvəlki dövr üçün 3 illik müddət həddində 10 may 2019-cu il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi dövrədək hər ay üçün 100 manat hesablanmaqla aliment məbləğinin ödənilməsi, hər ay üçün Cavabdeh aldığı əmək haqqının 4/1-hissəsi həddində və sabit pul məbləği olaraq hər ay 300 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2015-ci ildən başlayaraq faktiki nikah münasibətlərində olmuş və həmin münasibətdən xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehla İddiaçı arasında olan münasibətlər 2019-cu ilin may ayından pozulmuş və həmin tarixdən onlar ayrı yaşamağa başlamışdır yetkinlik yaşına çatmayan N.Məmmədli isə İddiaçı himayəsində qalmışdır İddiaçıyla Cavabdeh ayrı yaşamağa başladıqları müddətdən Cavabdeh tərəfindən faktiki nikahdan doğulan övladı X7 hər hansı maddi yardım göstərilməməmişdir. onun təhsili, təlimi və tərbiyəsi ilə maraqlanmamışdır. İddiaçı Nazirə Məmmədliyə öz məhdud maddi imkanları həddində təhsili,təlimi və digər zəruri ehtiyaclarının ödənilməsinə calışsada hazırki vəziyyətdə uşağın böyüməsi əlavə zəruri xərclərin yaranmasına səbəb olur ki, İddiaçı tərəfindən uşağın bütün tələbatının ödənilməsi ilə bağlı imkanları həmin xərclərin qarşılanmasına imkan vermir. Qeyd edilməsi zəruridir ki, uşağın yalnız təhsilinə sərf olunan xərc hər ay üçün 350 manat təşkil edir ki, həmin hal “Teremok Montessorf’ uşaq bağçası ilə İddiaçı arasında bağlanmış və hazırki iddia ərizəsinə əlavə olunan 1-saylı müqavilədə göstərilir. Uşaq böyüdükcə onun hərtərəfli inkişafı, sağlamlığı və təhsili üçün xərcləri dahada artır və uşaq üçün zəruri olan idman, dərs və s. dərnəklərdə iştirak etməsi maddi baxımdan imkanlar kifayət etmədiyindən uşaq üçün zəruri olan təlimlərdə və dərnəklərdə iştirak imkanı məhdudlaşır. Cavabdeh faktiki nikahdan olan qızı Nazirə Məmmədlinin saxlanması üçün İddiaçı tərəfindən 2019-cu il tarixdə aliment ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş həmin dövrdə aliment ödənilməsi üçün zəruri olan tədbirləri görmüş lakin həmin iş üzrə Cavabdeh şifai olaraq İddiaçı aliment ödəyəcəyinə dair vəd vermiş və ona görə İddiaçı məhkəmədən (Nəsimi rayon Məhkəməsi-sədrlik edən hakim Pərviz Hüseynov, iş-2(006)-5253/2019) iddia ərizəsinin geri götürülməsini xahiş etmiş və onun ərizəsi əsasında xx.xx.2019-cu il tarixli, 2(006)-5253/2019 qərardadla iş baxılmamış saxlanılmış lakin iddia baxılmamış saxlanıldığı müddətdən bu günə qədər Cavabdeh tərəfindən heç bir aliment məbləği ödənilməmişdir. Qeyd olunan halları, uşağın artan xərclərini və Cavabdeh bu günə qədər hər hansı məbləğdə alimentin ödənilməməsini nəzərə alaraq hesab edirik ki, Cavabdeh əvvəlki 3 illik dövr üçün və həm sabit eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulan qaydada aliment məbləği tutulmalıdır. Sonradan – xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə ərizə (vəsatət) ilə müraciət edərək, hazırki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər Cavabdeh yetkinlik yaşma çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay müvəqqəti olaraq əmək haqqının 4/1 həcmində alimentin tutulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3572/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil müvəqqəti aliment tutulması barədə vəsatəti təmin edilməmişdir. Məhkəməiclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, hazırda Cavabdeh ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Bu səbəbdən iddia tələbinin təmin edilməsi və cavabdehdən hər ay övladının yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5253/2019-cu il tarixli, xx.xx.2019cu il tarixli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2 saylı Bakı “ASAN” xidmət mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV № 034618 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. 2 saylı Bakı “ASAN” xidmət mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 340772 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X5 atası hesab edilmişdir və bu barədə atalığın müəyyən olunması akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 354 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən 03 iyun 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Məmmədov X6 Group MMC-də, X10 “X16” MMC-də çalışır. 1 nömrəli müqavilənin surətindən görünür ki, X9 aylıq 350 manat ödniş edilməsi şərti ilə “Teremok Montessori” uşaq bağçasına qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X10 ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəməyi öhdəsinə götürdü. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. AZE 18146900 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədli Nazirə xx.xx.2017-ci il tarixdə anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən 21 iyul 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Məmmədov X6 Group MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikası 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququnu və yaşayış minumumu haqqında qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Belə ki, ( əvvəlki dövr üçün 3 illik müddət həddində 10 may 2019-cu il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi dövrədək hər ay üçün 100 manat hesablanmaqla aliment məbləğinin ödənilməsi hissəsi) iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək konkret olaraq əsaslı tədbirlər görməmiş, həmçinin cavabdehin əvvəlki dövrlər ərzində alimenti verməkdən boyun qaçımarsına dair sübutları məhkəməyə təqdim etməmişdir. (Ailə Məcəlləsi 100.3-cü maddə) Həmçinin (Cavabdeh aldığı əmək haqqının 4/1-hissəsi həddində tutulması hissə) məhkəmə baxış iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və hazırda o işsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar