Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3596/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyaların gaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunması, ona məxsus cehiz əşyaları və qızıl-zinət əşyalarının, həmin əşyalar qaytarılmadıqda onların dəyəri olan 7780 (yeddi min yeddi yüz səksən) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 31 iyul 2018-ci ildə rəsmi nikahlarını Zərdab rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə həyatı qurmuşlar. Cavabdehlə qısa müddətdə ailə həyatları dözülməz həddə çatmış, münasibətləri heç cür uyğunlaşmamışdır. Dəfələrlə səbr edərək nikahın pozulmasının astanasından qayıtsa da, daha cavabdehlə bir yerdə yaşamaqları mümkünsüz hala gəlmişdir. Hazırda iddiaçı Zərdab rayon, Şahhüseynli kəndində valideynlərinin yanında yaşayır. Lakin, onun bir çox cehiz əşyaları cavabdehin evində qalmışdır. İddiaçı mediasiya prosesindən keçmişdir və ona mediator X3 tərəfindən xx.xx.2022-ci il tarixli, X/O-342 saylı, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Həmin əşyalar aşağıdakılardır: 2 tək yorğan-2 tək döşək, 1 taxt döşəyi-1 tək taxt taxt yorğanı, 6 balınc, 6 nimdər, 6 stolüstü nimdər-800 m; 1 dəst yorğan, döşək, balınc (uşaq üçün)- 200 m; Qabyığılan şkaf-300 m; Stol, Stul (6 ədəd)-500 m; Sandıq (1 ədəd)- 100 m; Yataq otağı (Paltar yığılan şkaf, taxt, tunbuşka)- 1700 m; Divar saatı- 50 m; Pakraval- 150 m; Karniz- 30m4; Pərdələr- 100 m; Çxol-prastina- 100 m; Qazan dəsti (5 ədəd), qazan dəsti (2 ədəd)- 400 m; 2 ədəd vanna və uşaq üçün vanna- 50 m; 2 ədəd vedrə- 25 m; 20 ədəd stəkan, 20 ədəd nəlbəki- 40 m; 20 ədəd böyük boşqab, 12 ədəd salat boşqabı, 6 ədəd kasa- 100 m; 12 ədəd xörək qaşığı, 20 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq- 50 m; Meyvə qabları- 50 m; Qənd qabları- 20 m; 3 ədəd podnis- 30 m; 1 ədəd lampa- 20 m; Tozsoran-100 m; ət çəkən maşın- 75 m; ütü- 35 m; ana və uşaq üçün geyim, ayaqqabı- 200 m; 6 ədəd şiş- 20 m; 12 ədəd rumka- 50 m; 2 ədəd süfrə- 25 m; 2 ədəd güldan – 60 m; Qəhvədan- 30 m; Çaynik- 10 m; 1 ədəd kül qabı- 10 m; Stol üstü örtük- 50 m; Naçnim- 50 m; Listur-100 m; Qızıl 1 dəst (sırğa, üzük, boyunbağı, bilərzik)- 1750 m; Nişan üzüyü (xamin üçün)- 400 m. Mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, qarşılıqlı iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki,qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulları İddiaçı müalicəsinə sərf etmişdir. Aişə hepatit C xəstəsidir. 2019-cu ildə müalicə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdi ki, cavabdehlə 31 iyul 2018-ci ildə rəsmi nikahları Zərdab rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə həyatı qurmuşlar. Cavabdehlə qısa müddətdə ailə həyatı dözülməz həddə çatmış, münasibətləri heç cür uyğunlaşmamışdır. Dəfələrlə səbr edərək nikahın pozulmasının astanasından qayıtsa da, daha cavcabdehlə bir yerdə yaşamaqları mümkünsüz hala gəlmişdir. Hazırda o, valideynləri ilə birgə Zərdab rayonu, Şahhüseynli kəndində yaşayır. Lakin, onun bir çox cehiz əşyaları cavabdehin evində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan İddiaçı məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq, Zərdab rayonunda yaşadığı və maddi şəraitinin olmadığını bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 may 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00-15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh Əlikram oğlu iştirak etməmiş, İddiaçı Azad qızı isə iştirak edərək, ilkin mediasiya keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: Z.M.Abdullayev). İş materiallarında olan Şahhüseynli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 166 №-li, 25 may 2022-ci il tarixli Arayışdan görünür ki, Hüseynova X1 daimi qeydiyyatda olmaqla hal-hazırda qızı X4 ilə birgə Şahhüseynli kəndində yaşayır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 31 iyul 2018-ci il tarixli, AZ-İİ № 280781 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanılmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 iyul 2018-ci il tarixdə 113 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər 31 iyul 2018-ci il tarixində rəsmi nikaha girmiş, ər-arvad münasibətlərinə daxil olmuşlar. İddiaçı tələb etdiyi qızıl-ziynət əşyalarının cavabdehdə saxlanılmasını iddia edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızıl-zinət əşyalarının iddiaçının xəstəliyi üçün xərcləndiyini iddia edir, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmcinin məhkəmə iclasında təqdim olunan İddiaçı müayinə edilməsi ilə bağlı sənədlərdən həmin müayinənin pulun cavabdeh tərəfindən ödənilməsi barədə hər hansı bir sübut məkkəməyə təqdim olunmamışdır. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hal-hazırda cavabdehdə olan iddiaçıya məxsus cehiz əşyaları və qızıl-zinət əşyaları iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsinin cehiz əşyaları və qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı qızılzinət əşyalarının dəyərinin 7780 (yeddi min yeddi yüz səksən) manat olmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus cehiz əşyaları və qızıl-zinət əşyaları Cavabdeh alınaraq iddiaçıya geri qaytarılmlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus cehiz əşyaları və qızıl-zinət əşyaları Cavabdeh alınaraq iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3596/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3596/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver