Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3601/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "müddətli hərbi xidmətdə olduğu dövrdə vəfat etmiş X1 birdəfəlik sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "müddətli hərbi xidmətdə olduğu dövrdə vəfat etmiş X1 birdəfəlik sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclasları 24 iyul, 14 avqust, 18 sentyabr və 09 oktyabr 2024-cü il tarixlərə təyin edilmişdir. İddiaçı tərəfə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə verilməsinə baxmayaraq, göstərilən tarixlərdə məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin baxılmamış saxlanmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırkı işin 4 aya yaxın müddətdə məhkəmənin icraatında olmasına baxmayaraq iddiaçının nümayəndəsi hər dəfə iclasların başqa vaxta təxirə salınmasını xahiş etmiş və buna səbəb kimi cavabdehlə aralarında mübahisənin razılaşma yolu ilə həllinə nail olunması üçün müvafiq hərəkətlər edildiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi də öz növbəsində təşkilata müvafiq təşəbbüslə müraciətin edilmədiyini və razılaşmaya dair hər hansı danışıqların aparılmadığını bildirmişdir. Qanunvericilikdə iddiaçının məhkəmənin birinci çağırışına gəlmədiyi halda ərizənin baxılmamış saxlanılması imkanının nəzərdə tutulmasına baxmayaraq, 4 aya yaxın müddətdə iddiaçı tərəf müxtəlif bəhanələrlə iclasların təxirə salınmasına nail olmuş, onun məhkəmə iclaslarında iştirak etməsi üçün şərait yaradılmışdır. Lakin məhkəmə işə baxılma müddətinin məhdud olduğunu, hazırkı halda müddətin bitməsinə 18 gün qalmasını və iddiaçının onun iştirakı olmadan işə baxılmasının xahiş edilmədiyini, cavabdeh tərəfin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "müddətli hərbi xidmətdə olduğu dövrdə vəfat etmiş X1 birdəfəlik sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3601/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3601/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver