Məhkəmə qərarları › İş №2(006)-3605/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3605/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3605/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2001-ci ilin mart ayında hərbi xidəmətə çağrılmışdır. Həmin ilin dekabr ayında minaya düşərək ağır xəsarət almışdır. xx.xx.2001xx.xx.2002-ci il tarixdə N saylı hərbi hissənin tibb məntəqəsində müalicədə olmuşdur. Aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Ona düşən icbari sığorta ödənişin ödənilməsi barədə Azərbaycan Respubliksı Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Ona ünvanlanmış 07 iyul 2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona icbari sığorta ödənişin ödənilməsi qeyri mümkündür. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, ona məxsus, ƏƏSMN Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş 12333 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, o, İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən verilmiş 645 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarın surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İşin materiallarına əlavə edilən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ona ünvanladığı 07 iyul 2023-cü tarixli, 98/05-277/2023 saylı məktubundan görünür ki, onun sığorta ödənişinin alınması barədə müraciətinə mənfi cavab verilmişdir. Beləliklə o, hesab etmişdir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası X3 Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan vətəndaşın ******* nömrəli hərbi biletinə əsasən, şəxs xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş AR MN-nin MHHK-nın xx.xx.2015-ci il tarixli, 645 nömrəli Qərarına əsasən, şəxsin almış olduğu travma hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İddiaçının sığorta ödənişinin alınması ilə bağlı Şirkətə edilmiş müraciətinə əlavə olunmuş müayinə aktından çıxarışa əsasən, şəxsə ilk dəfə xx.xx.2016-cı il tarixində İİ dərəcəli ilkin əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin “ç” bəndinə əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz;orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz-orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; “İcbari sığortalar haqqında” AR Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata va ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, xx.xx.2003-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 23 iyun 2004-cü ildə İİ qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən qanunvericiliyin istinad olunan maddəsinə əsasən, ona sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarından görünür ki, Gədəbəy RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi N saylı hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travma - diaqnoz: «Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi. Başın təpə nahiyyəsində qəlpə yarası» (Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 12 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 12 saylı arayışı, N saylı hərbi hissənin tibb məntəqəsinin çıxarış epikrizi, xx.xx.2001-ci il tarixli travma haqqında arayış, MN MHHK-nın həkim mütəxəssislərinin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) Yerinə Yetirərkən alınmışdır». İş materiallarında olan xx.xx.1999-cu il tarixdə İddiaçı verilmiş hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəbiyev X4 rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən xidmətə yararlı hesab edilməklə hərbi hissəyə göndərilmiş, xx.xx.1998-ci il tarixdə leytenant hərbi rütbəsi verilmişdir, Azərbaycan Respubliksının Müdafiə Nazirliyinin xx.xx.2003-cü il tarixli 07 № əmri ilə xidməti müddəti başa çatdığına görə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis edilmişdir). İş materiallarında olan DSMF-in Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 112333№-li vəsiqədən görünür ki, İddiaçı hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar İİ qrup əlildir. İş materiallarında olan Şəmkir MRX-nın xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılışdan görünür ki, İddiaçı poliklinikaya stasionar xx.xx.2008-ci il tarixdə daxil olmuş, xx.xx.2008-ci il tarixdə çıxmışdır. Ona “keçirilmiş kəllə-beyin travmasının qalığı, qəlpə yarasının qalığı, enselopatiya, qıcolma tutmaları, hiperxenzion sindromu, Asteno nevrotik hal” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 0272003AANVK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Həmin məktuba əlavə edilmiş İddiaçı əsas qiymətləndirmə məlumatlarında göstərilmişdir ki, ona “Kəllədaxili travmaların nəticələri qapali kəllə beyin travmasından sonrakı vəziyyət, orta dərəcəli beyin silkələnməsi, postravmatik ensefalofatiya kəllə daxili hipertenziya ilə müşahidə olunan qicolma tutmaları, asteno nevrotik vəzlyyətki tərəfli xroniki pielonefrit” diqnozu qoyulmuşdur. Həmçinin ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərlə nəzarət altında işləyə bilər qeydi ilə əmək zəmanəti verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının **********6 №-li qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 23 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 9) Gədəbəy rayon sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 645 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi. Başın təpə nahiyyəsində qəlpə varası diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, yuxusuzluqdan, əsəbilikdən tutmalardan şikayətlənmişdir. Nevroloji statusda burun- dodaq büküşü assimetrik, dili orta xətt üzrə, Kerrer nöqtələri ağrılı, refleksləri canlı, Romberq vəziyyətində əl barmaqlarda yüngül tremor qeyd edilmiş, emosional labildir. Təqdim olunmuş xx.xx.2021 -ci il tarixli Beyir MRT müayinəsi nəticəsində “Hər iki beyin yarımkürəsində, beyin toxumasının ad maddəsində, tək-tək mikroangioaptik demielinizasiva. Xroniki pansinusit' kimi və xx.xx.2022-ci il tarixli EEQ nəticəsi “Orqanik tipli pozuntular üzərində alın-təoə paylarının saq yarımkürə ifadəsi ilə spayk-kəskin-ləng dalda aktivliyi. Tipik epiaktivlik. Generalizasiya olunmuş idiopatik epilepsiya" kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı diaqnozlar təsdiq edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 2.3.4 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini verinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xidməti dövrünü 2001-ci il tarixdə başlamaqla xx.xx.2003-cü tarixdə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyyata buraxılmış, xx.xx.2016-cı il tarixdə ona İİ dərəcəli əlillik verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə sığorta ödənişinin verilməsinin sığorta hadisəsindən 3 il müddət keçməklə İİ qrup əlillik dərəcəsi alması səbəbindən qeyri-mümkün olması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətlərində verilir. Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət (əqli və ya fiziki qüsurlar) 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra tanınıbsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin (əqli və ya fiziki qüsurların) səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən 3 ildən sonra əlillik kimi tanına bilər. Həmin səbəblərə aid olan bilər: sığorta olunanın əlilliyin müəyyən edilməsi üçün səlahiyyətli orqana müraciət hüququndan məlumatsız olması, həmin hüquqdan məlumatı olsa da səlahiyyətli orqana gec müraciət etməsi, səlahiyyətli orqana lazımi sənədləri vaxtında təqdim edə bilməməsi, səlahiyyətli orqanın müraciətə vaxtında baxmaması və s. Göründüyü kimi iddiaçı hərbi xidmətdən “hərbi xidmət müddəti başa çatdıqda” hesab edilməklə xx.xx.2003-cü il tarixdə ehtiyata buraxılmış, həkim komissiyasının xx.xx.2016-cı il tarixdə aldığı travmaların hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması müəyyən edilməklə 3 ildən artıq müddət keçdikdən sonra İİ qrup əlillik dərəcəsini almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasında nəzərdə tutulan “üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İV, Vİ hissələri və 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğunluğu baxımından, həmçinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasının “həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar “üç il müddətindən sonra sığortaolunanın əlilliyi müəyyən edildikdə” bunun sığorta hadisəsi hesab edilməsinin və ona görə sığorta ödənişinin həmin Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilməsinin mümkünlüyünün bərabərlik və sosial təminat hüququ baxımından şərh edilməsi barədə müraciət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 18 iyul 2022-ci il tarixli qərardadı ilə icraata qəbul olunmasından imtina edilmişdir. Qərardadın əsaslandırıcı hissəsində əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilməsi göstərilmişdir. Bu səbəbdən hər bir konkret iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2513/2022 nömrəli qərarı). Hazırkı işdə iddiaçının üç illik müddəti üzrlü olaraq buraxmasına dair heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar