Məhkəmə qərarları › İş №2(006)-363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-363/2023

27.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-363/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızı, İddiaçı1 Rəşı̇ d qızının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızının cavabdeh Qafarova Güllübəyı̇ m Hı̇ dayət qızına qarşı "alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızı cavabdeh Qafarova Güllübəyı̇ m Hı̇ dayət qızına qarşı "alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızı hər biri ayrı-ayrılıqda bildirmişlər ki, tərəflər arasında hazırki işlə bağlı barışıq əldə olunmuş, mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Qafarova Güllübəyı̇ m Hı̇ dayət qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, iddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızının cavabdeh Qafarova Güllübəyı̇ m Hı̇ dayət qızına qarşı "alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, İddiaçı1 Rəşı̇ d qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Rəşı̇ d qızı, Məhərrəmova Ülvı̇ yyə Rəşı̇ d qızı, Qafarova Aybənı̇ z Rəşı̇ d qızının cavabdeh Qafarova Güllübəyı̇ m Hı̇ dayət qızına qarşı "alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçı1 Rəşı̇ d qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar