Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3643/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi X3, İlk iddia üzrə iddiaçının vəkili Vəkil1, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması» tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində adları və qiymətləri (dəyərləri) qeyd olunmuş cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərinin Cavabdeh alınaraq ona verilməsi, iddiaçının diplomunun qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 12.03.2017-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şövbəsi tərəfindən 489 №-si ilə nikah qeydə alınmışdır. Birgə nikahdan 06.06.2017-ci il təvəllüdlü X16 və 27.10.2018-ci il təvəllüdlü X19 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(011)-4205/2020 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 12.03.2017-ci il tarixdə 489 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahından doğulmuş 06.06.2017-ci il təvəllüdlü X16 və 27.10.2018-ci il təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanılması, 06.06.2017-ci il təvəllüdlü X16 və 27.10.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.08.2020-ci il tarixdən hesablanmaqla X8 hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 27.10.2018-ci il təvəllüdü X12 3 yaşına çatanadək, yəni 27 10.2021-ci il tarixədək Cavabdeh 04.08.2020-ci il tarixdən hesablanmaqla, hər ay 100 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ilə Cavabdeh evləndikdən sonra cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon X23 küçəsi 31/23, «Union Park» Yaşayış Kompleksi, 3-cü blok, 7-ci mərtəbə, mənzil 813 ünvana köçmüşlər. İddiaçı atasının vəsaiti hesabına alınmış bütün cehiz əmlakı da həmin ünvana yerləşdirilmişdir. Təxminən 1 il müddətində həmin mənzildə yaşadıqdan sonra onlar cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsi Şahin İskəndərov ilə Ərəblinski küçəsinin kəsişməsində yerləşən ünvandakı bağ evinə köçmüşlər. Həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamış, bu səbəbdən də cehiz əmlakının bir hissəsi həmin ünvana aparılmışdır. Eyni zamanda İddiaçı məxsus cehiz əmlakından 1 ədəd 32 LG markalı televizor cavabdehin Lənkəran rayonu Girdəni kəndində yerləşən evinə aparılmışdır. 2020-ci ilin iyun ayının sonunda iddiaçı xəstəliyi ilə bağlı müalicənin aparılması məqsədilə neçə gün müddətinə uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evinə getmişdir. İddiaçı müvəqqəti olaraq, yəni yaşadığı evindən müalicə məqsədi üçün çıxdığına görə evdən bir çox fərdi istifadəsindəki əşyaları, hədiyyələri, zinət əşyalarını və uşaqlara məxsus əşyalarını özü ilə götürməmişdir. İyul ayının 11-də öz doğum gününün keçirilməsindən sonra Cavabdeh iddiaçının valideynlərinin yaşadığı ünvana gələrək mübahisə yaratmış və iddiaçının atasına nalayiq sözlər demişdir. Həmin mübahisədən sonra İddiaçı həm özünün, həm uşaqlarının mənafelərini düşünərək onların artıq bu şəraitdə cavabdehlə yaşaması mümkün olmadığından nikahın pozulması qərarına gəlmiş və həmin vaxtdan cavabdehlə yaşadığı evinə qayıtmamışdır. Hazırda İddiaçı valideynləri ilə birlikdə yaşayır. İddiaçı məxsus və nikahdan əvvəl əldə etdiyi, yəni cehiz əşyaları Cavabdeh evində qalmışdır. Həmin cehiz əmlakı İddiaçı atasının vəsaiti hesabına alınmışdır. İddiaçı dəfələrlə cehiz əmlakının qaytarılmasını Cavabdeh tələb etsə də, cavabdeh həmin əşyaların qaytarılmasından imtina edir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, İddiaçı məxsus və nikahdan əvvəl əldə etdiyi cehiz əşyaları – 18.300 manat dəyərində POLO yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo, 2 ədəd tumba), qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa 8 ədəd stullarla), mətbəxdə Divan dəsti (uqlovoy) və 1 ədəd masa 4 ədəd stullarla, 1 ədəd televizor altı mebel (Türkiyə istehsalı); 5625 manat dəyərində mətbəx mebel dəsti (6,5 m2 avtomobil boyası ilə hazırlanmış), yataq və qonaq otağında olan 2 ədəd 520 manat dəyərində LG markalı kondisioner (40 m2 üçün); yataq otağında 1 ədəd 150 manat dəyərində dörd lampalıq çilçıraq, 2 ədəd 100 manat dəyərində gecə lampaları, 1 ədəd 150 manat dəyərində dəhlizdə dörd lampalıq çilçıraq; 3 dəst 2274 manat dəyərincə pərdələr (yataq, qonaq və mətbəxdə), 1 ədəd 1390 manat dəyərində Soyuducu 732 HQGU LG (1,82 metr hündürlüyündə), 1 ədəd 750 manat dəyərində LG markalı paltaryuyan maşın, 1 ədəd 682,50 manat dəyərində yemək qızdırıcı soba Hotpoint-Ariston FK 1041L P O X / H A S (Luce) 1 ədəd (alman malı) 145,60 manat dəyərində Mikrodalğalı soba Hotpoint-Ariston MWHA 2022 X, 1 ədəd 236,60 manat dəyərində Hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı), 1 ədəd 182 manat dəyərində Qaz sobası Hotpoint-Ariston LTF 11M116 EU; 1 ədəd 60 manat dəyərində umıvalnik yuyan, 1 ədəd 50 manat dəyərində qab qurudan (suşilka), 1 ədəd 80 manat dəyərində mətbəxdə iki lampalıq çilçıraq, 1 ədəd 1400 manat dəyərində 55 LG markalı Televizor (140 ölçüdə), 1 ədəd 310 manat dəyərində 32 LG markalı Televizor (82 ölçüdə); 1 ədəd 1200 manat dəyərində Xalça (2.5x3.5 m. ölçüdə oval formada), 1 ədəd 450 manat dəyərində 12 lampalıq Çilçıraq, 1 ədəd 80 manat dəyərində Divar saatı (mebelli); 1 ədəd 850 manat dəyərində (3x4 ölçüdə) Xalça, 1 ədəd (2.5x3.5 m. ölçüdə) 720 manat dəyərində xalça və 1 ədəd (1.5x2.3 m. ölçüdə) 550 manat dəyərində xalça; 2 ədəd 360 manat dəyərində tumbalar, 1 ədəd 1150 manat dəyərində uşaq arabası (kolyaska), 1 ədəd 650 manat dəyərində Tozsoran; 1 ədəd 80 manat dəyərində Ütü masası; 1 ədəd 170 manat dəyərində Ütü dəsti; 670 manat dəyərində yemək dəsti 84 parça (serviz) (hər birindən 12 ədəd); 120 manat dəyərində Çay dəsti (serviz, 12 ədəd); 100 manat dəyərində qaşıq dəsti (Bolqar istehsalı çamadan, hər birindən 12 ədəd); 1 ədəd 370 manat dəyərində şirəçəkən; 1 ədəd 250 manat dəyərində elektrik ətçəkən maşın; 1 ədəd 150 manat dəyərində qara rəngli Samovar elektrikli termos; 750 manat dəyərində 6 ədəd bagema qabları; rumkalar (çex istehsalı); 2 ədəd 300 manat dəyərində bagema meyvə qabları; 2 ədəd 300 manat dəyərində bagema güldan; 6 ədəd 750 manat dəyərində firuzəyi serviz; 2 ədəd 850 manat dəyərində 6 ədəd stəkanla bagema çaydan padnosu ilə (Sinqapur istehsalı); 650 manat dəyərində 1 ədəd güldan və 2 ədəd meyvə qabı komod bagema qablar (dəst); 150 manat dəyərində 12 ədəd boşqablar (gündəlik istifadə üçün); 12 ədəd 70 manat dəyərində (gündəlik istifadə üçün) stəkanlar; 2 ədəd 50 manat dəyərində xrustal vaz (şirniyyat üçün); 1 ədəd 200 manat dəyərində 6 stəkan ilə xrustal qrafinka dəsti; 2 ədəd 200 manat dəyərində xrustal mürəbbə qabları; 2 ədəd 150 manat dəyərində xrustal konfet qabları; 2 komplekt 280 manat dəyərində qazan dəsti; 4 ədəd 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə); 2 ədəd 30 manat dəyərində çörək qabları; 1 ədəd 20 manat dəyərində çörək saxlamaq üçün qab; 1 ədəd 20 manat dəyərində yuxa yayan; 1 ədəd 350 manat dəyərində yataq örtüyü (pokrıval), 1 ədəd 150 manat dəyərində yataq örtüyü (pokrıval); 2 ədəd 140 manat dəyərində iki nəfərlik yataq dəsti (postel), 2 ədəd 200 manat dəyərində iki nəfərlik yataq dəsti (postel), 1 ədəd 160 manat dəyərində iki nəfərlik yataq dəsti (postel); 1 ədəd 90 manat dəyərində iki nəfərlik ədyal, 2 ədəd 80 manat dəyərində tək nəfərlik ədyal; yataq dəsti - 1 ədəd 200 manat dəyərində döşək (180*200 ölçüdə), 2 ədəd 90 manat dəyərində (50*70 ölçüdə) yastıq, 2 ədəd 60 manat dəyərində (50*70 ölçüdə) yastıq, 1 ədəd 120 manat dəyərində yorğan, 2 ədəd 150 manat dəyərində yorğan; 5 ədəd cəmi 360 manat dəyərində süfrələr (2 ədəd 160*260 ölçüdə, 2 ədəd 160*220 ölçüdə, 1 ədəd 160*320 ölçüdə); 6 ədəd 180 manat dəyərində dəsmallar (hər biri 30 manat dəyərində); 10 ədəd 150 manat dəyərində dəsmallar (hər biri 15 manat dəyərində); 1 ədəd 140 manat dəyərində divan örtüyü dəsti; 1 ədəd 150 manat dəyərində xalat - Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, həmin əşyalar mövcud olmaqla isə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sonradan, ilk İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 03.07.2021-ci il tarixdə iddia ərizəsində qeyd edilən cehiz əşyalarının bir hissəsi götürülərək aktlaşdırılmışdır. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda bir çox yeni əmlakın (sənədlərin) əlavə edilməsi zərurəti yaranmışdır. Qaytarılmayan cehizlərin siyahısı - 7-ci mikrorayondakı evdə olan cehiz əmlakların siyahısı-18300 manat dəyərində POLO Yataq mebeli (Böyük şifoner, termo) - 1 dəst, masa stullarla (8 ədəd) birlikdə (Türkiyə istehsalı), yumşaq mebel - divan dəsti, jurnal masası 1 ədəd, (Türkiyə istehsalı), divan (uqlovoy Masa və 4 ədəd stullarla birlikdə) - 1 dəst; 5625 manat dəyərində mətbəx mebeli (6,5 m2 avtomobil boyası ilə hazırlanmış) - 1 dəst; 1040 manat dəyərində qonaq və yataq otağında LG markalı kondisioner (40 m2) - 2 ədəd; 150 manat dəyərində yataq otağında çilçıraq 4 lampalıq- 1 ədəd; 150 manat dəyərində giriş koridorda çilçıraq 4 lampalıq - 1 ədəd; 2274 manat dəyərində mətbəxdə, qonaq və yataq otağında pərdələr - 1 dəst; 1390 manat dəyərində soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) - 1 ədəd; 1275 manat (750 ABŞ dolları) dəyərində yemək qızdıran, duxovka özü tənzimləyən Hotpoint-Ariston FK1041LP0X/HAS (Luce) - 1 ədəd; 272 manat (160 ABŞ dolları) dəyərində mikrovalnovka Hotpoint-Ariston MVVH L 2022 X (alman malı) - 1 ədəd; 442 manat (260 ABŞ dolları) dəyərində hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı) - 1 ədəd; 340 manat (200 ABŞ dolları) dəyərində qaz sobası Hotpoint-Ariston PC 631 (BK)/HA-1 ədəd; 1050 manat dəyərində Qabyuyan Hotpoint-Ariston LTF 11M116 EU-1 ədəd; 60 manat dəyərində Umıvalnik - 1 ədəd; 750 manat dəyərində LG markalı paltaryuyan maşın - 1 ədəd; 50 manat dəyərində Suşilka (qab qurudan) - 1 ədəd; 100 manat dəyərində gecə lampaları 2 ədəd; 80 manat dəyərində mətbəxdə çilçıraq 2 lampalıq - 1 ədəd; 170 manat dəyərində yumşaq yumru oturacaq (Pufik) - 2 ədəd; cəmi: 33.518 manat. Mərdəkan qəsəbəsindəki bağ evində olan cehiz əmlakların siyahısı - 670 manat dəyərində yemək servis dəsti - 84 parça hərəsindən 12 ədəd; 150 manat dəyərində elektrikli Samovar qara rəngdə - 1 ədəd; 750 manat dəyərində Bagema qab - 1 ədəd, rumkalar (çexiya malı) - 6 ədəd; 300 manat dəyərində Bagema Meyvə qabları - 2 ədəd; 300 manat dəyərində Bagema Güldan - 2 ədəd; 750 manat dəyərində Firuzəyi servis 1 ədəd qab, rumkalar - 6 ədəd; 850 manat dəyərində 1 ədəd Bagema çaydan 6 ədəd stəkanla padnosda (Sinqapur malı) – 1 dəst; 650 manat dəyərində kamodun qabağında Bagema qabları - 1 ədəd güldan və meyvə qabı - 2 ədəd; 150 manat dəyərində plov, sous, salat və kabab üçün boşqablar (gündəlik istifadə) hərəsindən - 12 ədəd; 50 manat dəyərində şirniyyat üçün xrustal vaz - 2 ədəd; 200 manat dəyərində xrustal qrafinka dəsti qrafinka - 1 ədəd, stəkan - 6 ədəd; 200 manat dəyərində xrustal mürəbbə qabları - 2 ədəd; 150 manat dəyərində xrustal Konfet qabları - 2 ədəd; 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə) - 4 ədəd; 150 manat dəyərində xalat - 1 ədəd; 36 manat dəyərində gündəlik boşqablar hərəsindən 6 ədəd, cəmi - 18 ədəd; 30 manat dəyərində dolmalıq dərin boşqab - 6 ədəd; 50 manat dəyərində bulud böyüklü-kiçikli 3 növdə hərəsindən - 6 ədəd, cəmi - 18 ədəd; 36 manat dəyərində maskoralar - 12 ədəd; 24 manat dəyərində kiçik salat və limon üçün qablar - 6 ədəd; 40 manat dəyərində gündəlik istifadə üçün qrafinka – 1 ədəd, stəkanları ilə 12 ədəd; 36 manat dəyərində kasalar 2 ədəd; 20 manat dəyərində yağ, pendir və ləbləbi qabları hərəsindən 2 ədəd; 36 manat dəyərində xrustal rozetkalar 12 ədəd; 50 manat dəyərində xrustal armudu stəkan nəlbəkisi ilə 12 ədəd; 80 manat dəyərində şirə (sok) içmək üçün xrustal stəkan 12 ədəd; 20 manat dəyərində mürəbbə bişirmək üçün tas 2 ədəd; 9 manat dəyərində vedrə 12 litrlik 1 ədəd; 35 manat dəyərində dərin kiçik qablar dəsti - 1 dəst 6 ədəd; 10 manat dəyərində sarımsaq əzən, fındıq sındıran - 1 dəst 2 ədəd; 20 manat dəyərində ayrıca bıçaq dəsti 12 ədəd; 30 manat dəyərində çömçə və kəfkir dəsti hərəsindən 2 ədəd, 4 ədəd; 20 manat dəyərində aşsüzən plastmas 1 ədəd, dəmir 2 ədəd; 40 manat dəyərində tefal balıq çevirən 1 ədəd; 30 manat dəyərində dəm çayniki 2 ədəd; 48 manat dəyərində çaşkalar nəlbəki ilə 2 dəst 12 ədəd; cəmi 6200 manat, ümumi cəmi 6200+33.518=39.718 manat. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilərək adları göstərilən cehiz əşyalarının dəyərinin 39.718 manat iddiaçıya ödənilməsi, iddiaçının doğum haqqında şəhadətnaməsinin, uşaqların doğum haqqında şəhadətnamələri, iddiaçının diplomunun və xarici pasportunun, disklərin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən götürülmüş 10.000 manat pul vəsaitinin birgə ailə təsərrüfatına xərcləndiyi üçün, həmin vəsaitin 1/2 hissəsi olan 5.000 manatın İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh ilə el adəti üzrə evlənmə məqsədilə birgə toy şənliyi 10.09.2016-cı il tarixdə olmuşdur. Faktiki münasibətləri 2016-cı ilin əvvəllərindən formalaşmışdır. Aralarındakı nikah 11 mart 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Bu tarixə qədər İddiaçı atası müxtəlif bəhanələrlə nikah bağlamalarına maneçilik edirdi. Öz etirazlarını İddiaçı atası X5 müxtəlif formalarda bildirirdi. İlk əvvəl Əlimərdan Quliyev toy keçirməyə, cehiz verməyə maddi imkansızlığı əsas gətirirdi. Bu səbəbdən İddiaçı Dillər universitetində aldığı ödənişli təhsil haqlarını 2016-17-ci illərdə ilk iddia üzrə cavabdeh ödəmək məcburiyyətində olmuşdur. Alınmış cehizlərin qiymətləri süni şəkildə yüksək göstərilməklə yanaşı, alınmış cehiz mebellərinin dəyəri birgə keçirilmiş toyda əldə edilmiş pul vəsaiti hesabına toydan sonra müştərək qaydada ödənilmişdir. Başqa sözlə, mebellərin dəyərinin çox hissəsini ilk iddia üzrə cavabdehin atası ödəmişdir. Atasına müqavilə əsasında məxsus olmuş 7-ci mikrorayondakı ümumi sahəsi 69 m2 və yaşayış sahəsi 45 m2 olan mənzildə bütün cehiz əmlaklar yerləşdirilmişdir. Sonralar atasının ağır xəstələnməsi səbəbindən onun müalicəsini təmin etmək məqsədilə atasına məxsus olan həmin evi, yəni cehiz əşyaların yerləşdirildiyi evi atası satmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin may ayında 7-ci mikrorayonda yaşadıqları mənzili, həmin mənzildə olan mebellərlə birlikdə bir alıcıya satılmışdır. Mebellər mənzilin divar ölçülərinə uyğun yığıldığından, həmin mebelləri başqa sahələrə yerləşdirmək mümkünsüz olardı. Bu səbəbdən İddiaçı həmin vaxt razılığı əsasında evdə quraşdırılmış mebellərlə birlikdə ev yeni alıcıya təqdim edilmişdir. May 2019-cu ildə toydakı pul vəsaiti hesabına əldə edilmiş mebellərin qiyməti olaraq, yəni mənzildəki əmlakların dəyəri olaraq 6500 manat evi alan şəxs tərəfindən ilk iddia üzrə cavabdehə ödənilmişdir. Həmin pul vəsaitini o, ailə və uşaqları üçün 2019-2020-ci illərdə birgə təsərüfatda xərcləmişlər. Bu faktı İddiaçı bilirdi. Mebellərin satılmasına birgə razılıqları olmuşdur. Müəyyən ailədaxili maddi çətinlikləri aradan qaldırmaq məqsədilə, o, 22 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-dən 10.000 manat kredit götürərək ailə təsərrüfatına xərcləmişdir. Bankdan götürdüyü 10.000 manat pul vəsaiti və bu vəsaitin ailəyə xərclənməsindən Sevinc məlumatlı idi. Hal-hazırda həmin kredit məbləğini ödəyir. Kreditin son ödəniş tarixi 22.11.2021-ci ildir. Cavabdeh İddiaçı xarakter baxımından müstəqil qərar qəbul edə bilmir. Bu səbəbdən ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh atası Ə.Quliyevin təsir və təzyiqi altında hərəkət edir. O, Ə.Quliyevə qarşı «ailənin dağılmasına yönələn hərəkətlərin ona qadağan edilməsi» tələbi ilə Xəzər Rayon Məhkəməsinə iyul 2020-ci il tarixdə iddia təqdim etmişdir. Cavabdeh İddiaçı atasının sifarişi əsasında ondan xahiş etmişdir ki, iddianı geri götürsün. İddianı Xəzər Rayon Məhkəməsindən geri götürməyə razılıq vermişdir. Bundan sonra İddiaçı atası Əlimərdan Quliyevin sifarişi əsasında anasından ayrı yaşamaq şərti ilə onunla barışacağı tələbini irəli sürmüşdür. Bundan sonra onun ilk iddiaçı ilə bütün münasibətləri bitmişdir. Bildirir ki, ilk İddiaçı atası Ə.Quliyevin təsiri altında, onun sifarişlərini icra edir. Belə ki, İddiaçı bilir ki, 7ci mikrorayonda birgə yaşadıqları evdəki bütün mebellər ev satılarkən alıcıya onun razılığı ilə təqdim olunub. İddiaçı bilirdi ki, mebellər hər iki valideynlərin pul vəsaiti hesabına alınıb. Çünki onun atası Ə.Quliyev pul xərcləməmək üçün bütün mümkün üsul və metodlardan istifadə edirdi. Ə.Quliyev Sevincin institut təhsil xərclərini 2016-2017-ci illərdə onlara ödətdirmişdir. Mebellərin pulunun çox hissəsini onlardan almışdır. İndi də həmin çox ucuz dəyərli mebellərin qiymətini yüksək göstərməklə, əsassız varlanmaq istəyir. Əslində mebellər İddiaçı razılığı ilə 2019-cu ildə satılıb. Pul vəsaiti ailə təsərrüfatına xərclənmişdir. Çoxsaylı ev əşyaları xarab olduğundan oradaca atılmışdır. Onlarda heç vaxt olmayan əşyaların adları iddiada qeyd olunur. Həmin vaxt yaşadıqları evin yaşayış sahəsi 45 m2 olduğu halda, iddiada 200 m2 əraziyə bəs edən xalçaların olduğu göstərilir. Çünki həmin xalçaları onlar 45 m2-lik otağa necə yerləşdirmişlər? İlk iddia ərizəsində əmlakların dəyərləri, sayları və sair məlumatlar məqsədli şəkildə şişirdilmiş formada qeyd olunur. İddiaçının razılığı ilə ev ilə birlikdi satılmış və xarab olduğu üçün atılmış avadanlıqları ondan tələb etməsi əsassızdır. Hətta özü tərəfindən sındırılmış qab-qaşıqları və təbii qaydada sıradan çıxmış avadanlıqları qəsdən ondan tələb edir. İlk iddiaçı Xətai Rayon Məhkəməsində evdən gəzmək adı ilə atasının evinə gedərkən 6 ədəd çantada müxtəlif əşyaları apardığını etiraf etmişdir. Sonralar Sevincin istəyi ilə müxtəlif vaxtlarda onun və uşaqların geyim əşyalarını aparıb atası evində ona vermişdir. Sevincin iddia ərizəsində qeyd olunan formada yüksək qiymətlərlə, mövcud olmayan əmlakların pullarını tələb etməkdə qərəzçilik vardır. İlk iddiaçının atası Ə.Quliyevin onun anası ilə qohumluq əlaqəsi vardır - həmin qohumluq indi düşmənçilik və qərəzçilikdə ifadə olunur. Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən götürülmüş 10.000 manat pul vəsaitinin ailə münasibətləri pozulduqdan sonra ödənilməmiş qalan 7.480 manat hissəsinin 50 %-ni təşkil edən 3.740 manatın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, onun tərəfindən qarşılıqlı iddia qaldırılaraq, "xxxx" ASC-dən 22.11.2019-cu il tarixdə götürülmüş 10.000 manat pul vəsaitinin birgə ailə təsərrüfatına xərcləndiyi üçün həmin vəsaitin ½ hissəsi, 5.000 manat hissəsinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. Hazırda məhkəmədə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, onunla cavabdeh 12.03.2017-ci il tarixdə nikaha daxil olmuşlar və aralarında olan ər-arvad münasibətləri 30.06.2020-ci il tarixədək davam etmişdir. 30.06.2020-ci il tarixdə İddiaçı onunla birlikdə yaşadığı mənzili tərk edərək atası evinə getmiş və həmin vaxtdan atası evində yaşayır. Həmçinin, nikahın pozulmasına dair məhkəmədə iddia qaldırılmış və 04.08.2020-ci il tarixdən ondan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Onunla cavabdeh arasında olan ər-arvad münasibətlərinin bitdiyi 30.06.2020-ci il tarixdə onun "xxxx" ASC-yə 7.480 manat borcu qalmış və həmin vaxtdan hazırki vaxtadək onun tərəfindən ödənilir. Bu səbəbdən qeyd olunan 7.480 manatın 50%-ni təşkil edən 3.740 manat İddiaçı alınaraq ona ödənilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əvvəllər iştirak etdiyi məhkəmə iclasında ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının vəkili Vəkil1 məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi X1 təsdiq etdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əvvəllər iştirak etdiyi məhkəmə iclasında ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddiaya etiraz ərizəsi təqdim edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X17 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə verilmiş olan qarşılıqlı iddia ərizəsində Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilin alıcı X4 zaman sonuncu tərəfindən ona mənzildə qalan əşyaların əvəzinə 6.500 manat pul vəsaiti ödənildiyi qeyd edilmişdir. Lakin alıcının məhkəməyə vermiş olduğu ərizəsində isə onun tərəfindən mənzildə qalmış əşyaların əvəzinə Cavabdeh ümumilikdə 10.000 manat pul vəsaitinin ödənildiyi bildirilmişdir. Bununla bağlı aydınlıq gətirərək məhkəmənin diqqətinə çatdırır ki, alıcı X18 ümumilikdə 10.000 manat pul vəsaiti verməsi faktı doğrudur. Lakin həmin pul vəsaitindən maklerə, habelə mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə əlaqədar şirkətə ödənişlər edilmiş və nəticə etibarı ilə sonda Cavabdeh həmin pul vəsaitindən 6.500 manat pul çatmışdır. Bundan əlavə bildirir ki, alıcı tərəfindən məhkəməyə verilmiş olan ərizədə mənzil satılarkən orada qalmış əşyaların siyahısı tərtib edilərkən yanlışlıqla “qaz sobası” iki dəfə qeyd edilmişdir. Həmin əşyalara nəzər yetirsək müəyyən etmək olar ki, alıcının tərtib etdiyi siyahıda qeyd edilən “1 ədəd “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qaz sobası”nın ilk iddia üzrə İddiaçı məhkəməyə vermiş olduğu “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd edilən “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qab yuyan” ilə markaları, habelə seriyaları eynilik təşkil edir. Bu səbəbdən alıcı X18 ərizəsində yanlışlıqla qeyd edilmiş “1 ədəd “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qaz sobası”nın “1 ədəd “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qab yuyan” kimi qəbul edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia tam şəkildə təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 04.08.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş İddiaçı iddia ərizəsindən görünür ki, o, Cavabdeh ilə aralarında 12.03.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 489 nömrə ilə qeydə alınmış nikahın pozulması, 06.06.2017-ci il təvəllüdlü X10 və 27.10.2018-ci il təvəllüdlü X12 onun yanında qalması, 06.06.2017-ci il təvəllüdlü X10 və 27.10.2018-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa 170 manat, cəmi 340 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi, 27.10.2018-ci il təvəllüdlü X12 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Habelə, Cavabdeh tərəfindən İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edilərək, birgə nikahdan olan uşaqları ilə ünsiyyətdə olmaq tələbi irəli sürülmüşdür. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli e-2(011)- 4205/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ilk iddiası tam təmin edilərək, cavabdeh və iddiaçı arasında 12.03.2017-ci il tarixdə 489 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 06.06.2017ci il təvəllüdlü Nigar Sadıqova və 27.10.2018-ci il təvəllüdlü Murad Sadıqovun anaları iddiaçının yanında saxlanılması, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.08.2020-ci il tarixdən hesablanmaqla hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat və 27.10.2018-ci il təvəllüdlü Murad Sadıqovun 3 yaşına çatanadək, yəni 27.10.2021-ci il tarixədək 04.08.2020-ci il tarixdən hesablanmaqla, hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının qismən təmin edilərək, cavabdehin uşaqları ilə hər həftənin bazar günü saat 12:00-dan saat 19:00-dək ünsiyyətdə olması qaydasının müəyyən olunması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli 2(103)- 2627/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli 2(102)-4189/2021 saylı qərarından görünr ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021ci il tarixli 2(103)-2627/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019-cu il tarixli 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 20 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin 29.10.2021-ci il tarixli 02/F-08/1703 saylı arayışından görünür ki, Cavabdeh 22.11.2019-cu il tarixli 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit üzrə borc tam ödənilmiş və Cavabdeh 007İKUMAZN109868 saylı kredit üzrə borcu qalmamışdır. - "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli 02/29-09\2021 saylı arayışından görünür ki, X14 03 iyun 2006-cı ildə müqavilə əsasən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən mənzil ona verilmişdir. 18.07.2019-cu ildə həmin müqaviləyə xitam verilərək MMC-yə geri qaytarılmış, həmin mənzil şirkət tərəfindən digər şəxsə satılmışdır. - "xxxx" MMC-nin 15.10.2021-ci il tarixli 02/15-10\2021 saylı arayışından görünür ki, X14 ilə 03 iyun 2006-cı il tarixində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanda yerləşən mənzil üçün müqavilə bağlanmışdır. 18.07.2019-cu il tarixində həmin mənzilin müqaviləsinə xitam verilərək X20 yeni müqavilə bağlanaraq ona satılmışdır. - X18 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, səhhəti ilə əlaqədar şahid qismində dəvət edildiyi məhkəmə iclasında iştirak edə bilmir. Qeyd edir ki, 18 iyul 2019-cu il tarixdə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzili X7 əşyaları ilə birlikdə almışdır. Mənzildə olan əşyalara görə 10.000 manat ödəniş etmişdir. Mənzildə olan əşyalar aşağıdakılardır: Polo yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul), 1 ədəd komod, 1 ədəd şkaf (tumba); Mətbəxdə divan dəsti (uqlovoy) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 m2 avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd LG markalı kondisioner (40 m2 üçün); yataq otağında olan 1 ədəd 4 lampalıq çilçıraq; 1 ədəd dəhlizdə 4 lampalıq çilçıraq; 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd LG markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) Hotpoint Ariston FK 1041 POX/NAS (Luce); 1 ədəd (alman malı) Mikrodalğalı soba Hotpoint Ariston MW HA 2022 X; 1 ədəd havaçəkən Eleyeus Troy 750 60 BLLED (Ukrayna istehsalı); 1 ədəd qaz sobası Hotpoint-Ariston LTF 11M116 EU; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan (suşilka); 1 ədəd mətbəxdə iki lampalı çilçıraq. Məhkəmə baxışı zamanı şahid X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon X23 küçəsi 31/23, «Union Park» Yaşayış Kompleksi, 3-cü blok, 813-cü mənzil qardaşının mənzilidir. Həmin mənzil müəyyən səbəblərdən satılmışdır. Mənzildə olan əşyaların bir hissəsi bağ evinə aparılmışdır. Əşyaların aparılmasında o da iştirak etmişdir. Həmin əşyalar bağa hissəhissə aparılmışdır. Mənzildə qalan əşyaların dəyərində mənzili alan şəxs pul ödəmişdir. Həmin pul da ailə xərcləri üçün istifadə edilmişdir. Mənzilin satılmasından xanımın məlumatı olmuşdur. Mənzilin niyə satılmasını dəqiq bilmir, mənzil satılanda o iştirak etməmişdir. Mənzildən əşyalar onun iştirakı ilə aparılmışdır, 1 gün ərzində aparılmamışdır, hissə-hissə aparılmışdır. Mənzildə qalan əşyaların pulu mənzili alan şəxs tərəfindən ödənilmişdir və həmin pul da ailə xərcləri üçün istifadə edilmişdir. Mənzilin satılması barədə xanımın məlumatı var idi. Həmin mənzilin birgə nikah dövründə alınıb-alınmaması barədə dəqiq məlumatı yoxdur. Mənzil satılanda evdə olan hər kəsin məlumatı olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, ailənin dostudur. Faiqlə bağa gəlmişdir, əşyaları metallik furqonla bağa aparmışlar. Bağ Mərdəkanda yerləşir. Onlar əşyaları 7-ci mikrorayon deyilən ərazidə yerləşən mənzildən bağa aparmışlar. Mənzilin neçəyə satılması və kimə satılması barədə məlumatı yoxdur. İşin araşdırılmış və mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, tərəflər 12.03.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından iki övladları doğulmuş, tərəflər ailə qurandan sonra Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon X23 küçəsi 31/23, «Union Park» Yaşayış Kompleksi, 3-cü blok, 7ci mərtəbə, mənzil 813 ünvana köçmüş, ilk iddiaçının cehizləri həmin ünvanda yerləşdirilmişdir. Sözügedən mənzil 2019-cu ildə satılmış və tərəflər yaşamaq üçün Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüş, bir müddət yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli e-2(011)-4205/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Hazırda ilk iddiaçı 7-ci mikrorayondakı satılmış evdə olan cehiz əmlakları, mövcud olmadıqda isə dəyərinin, yəni, 39.718 manat məbləğin iddiaçı tərəfindən ödənilməsi, iddiaçının özünün və uşaqlarının doğum haqqında şəhadətnamələri, özünün diplomunun və xarici pasportunun, disklərin qaytarılması tələbini irəli sürür. İlk idda üzrə cavabdehin etirazının əsasını isə atası ağır xəstələndiyi səbəbindən onun müalicəsini təmin etmək məqsədilə 2019-cu ilin may ayında, cehiz əşyaların yerləşdirildiyi evi, yəni 7-ci mikrorayonda yaşadıqları mənzili, həmin mənzildə olan mebellərlə birlikdə bir alıcıya satılması, daimi yaşamaq üçün Mərdəkan qəsəbəsi Şahin İskəndərov ilə Ərəblinski küçəsinin kəsişməsində yerləşən ünvandakı bağ evinə köçmələri, həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamaları təşkil etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşadığı və mübahisələndirilən cehiz əşyalarının yerləşdiyi iddia olunan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanda yerləşən mənzil 18.07.2019-cu il tarixində X18 adına özgəninkiləşdirilmiş, alıcı mənzili bəzi əşyaları ilə birlikdə almış, buna görə 10.000 manat əlavə ödəniş etmişdir. Mənzili alarkən mənzildə olan əşyalar Polo yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul, 1 ədəd komod, 1 ədəd şkaf (tumba)); Mətbəxdə divan dəsti (uqlovoy) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 m2 avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd LG markalı kondisioner (40 m2 üçün); 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd LG markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) Hotpoint Ariston FK 1041 POX/NAS (Luce); 1 ədəd (alman malı) Mikrodalğalı soba Hot point Ariston MW HA 2022 X; 1 ədəd havaçəkən Eleyens Troy 750 60 BLLED (Ukrayna istehsalı); 1 ədəd qab yuyan Hotpoint-Ariston LTF 11M116 EU; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan; 1 ədəd mətbəxdə iki lampalı çilçıraqdan ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş ərizədə mənzil satılarkən və orada qalmış əşyaların siyahısı tərtib edilərkən yanlışlıqla “qaz sobası” sözü iki dəfə qeyd edilmişdir. Belə ki, tərtib edilmiş siyahıda qeyd edilən “1 ədəd “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qaz sobası”nın ilk iddia üzrə İddiaçı məhkəməyə vermiş olduğu “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd edilən “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qab yuyan” ilə markaları, habelə seriyaları eynilik təşkil edir. Məhkəmə hesab edir ki, bu səbəbdən alıcı X18 ərizəsində yanlışlıqla qeyd edilmiş “1 ədəd “Hotpoint-Ariston LTF 11M116 EU” markalı qaz sobası”nın “1 ədəd “Hotpoint- Ariston LTF 11M116 EU” markalı qab yuyan” kimi qəbul edilməlidir. Məhkəmə ilk iddiaçının sonuncu tələbində əks edilmiş əmlaklardan 2 ədəd yumşaq yumru oturacaq (pufik), hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 1 ədəd Bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 2 ədəd Bagema meyvə qabı, 2 ədəd Bagema güldanı, firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 1 ədəd Bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), komodun qabağında Bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 2 ədəd şirniyyat üçün xrustal vaz, xrustal qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 2 ədəd xrustal mürəbbə qabları, 2 ədəd xrustal konfet qabları, 1 ədəd xalat, hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 6 ədəd dolmalıq dərin boşqab, hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklükiçikli bulud, 12 ədəd maskura, 6 ədəd kiçik salat və limon üçün qablar, 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 12 ədəd kasa, hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 12 ədəd xrustal razetka, 12 ədəd xrustal armudu stəkan nəlbəkisi ilə, 12 şirə (sok) içmək üçün xrustal stəkan, 2 ədəd mürəbbə bişirmək üçün tas, 1 ədəd 12 litrlik vedrə, 6 ədəd dərin kiçik qablar dəsti 1 dəst, 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 12 ədəd ayrıca bıçaq dəsti, hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir dəsti, 1 ədəd plastmas, 1 ədəd dəmir aşsüzən, 1 ədəd tefal balıq çevirən, 2 ədəd dəm çayniki, 12 ədəd fincanlar nəlbəki ilə 2 dəst istisna olmaqla digər əmlakların cavabdeh tərəfində olmasına dair tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdehin atası, mülkiyyətində olan mənzilini, özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebelin və s. əşyaları ilə birlikdə hazırki iş üzrə tərəflərin, yəni İddiaçı və Cavabdeh razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul da ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. Bağ evində xeyli müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən ilk iddiaçının təşəbbüsü ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İlk iddiaçı mənzilin satılmasından xəbərinin olmamasını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymır. Belə ki, ilk iddiaçı iddia ərizəsində və izahatında təxminən 1 il müddətində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanda yerləşən mənzil mənzildə yaşadıqdan sonra onların cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsi Şahin İskəndərov ilə Ərəblinski küçəsinin kəsişməsində yerləşən ünvandakı bağ evinə köçmələrini, həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamalarını, bu səbəbdən də cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını göstərmişdir. Məhkəmənin qənaətinə görə ilk iddiaçının iddiasında və izahatında uşaqları ilə birlikdə daimi bağ evi olan ünvana köçərək yaşamalarını, bu səbəbdən də cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını etiraf etməsi onun sözügedən mənzilin satılmasından nəinki xəbəri olmasını, həmçinin onun mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebelin və s. əşyaların mənzillə birlikdə satılmasına razılıq verməsinin təsdiqidir. Belə ki, ilk iddiaçı bağ evinə daimi yaşamaq üçün köçərkən mənzilin alıcısı X18 ərizəsində sadalanan, onun mənzili alarkən dəyərini ödədiyi əmlakların bağ evinə aparılmamasını bilirdi. Məhkəmə hesab edir ki, ilk iddia yalnız X18 ərizəsində sadalanan, mənzili alarkən dəyərini ödədiyi əmlaklar, habelə iddiaçının doğum haqqında şəhadətnaməsi, uşaqların doğum haqqında şəhadətnamələri, iddiaçının diplomu və xarici pasportu, disklər istisna olmaqla digər tələb edilən əmlakların cavabdehdən tələb edilməsinə dair hissədə əsaslıdır. Belə ki, ilk iddia üzrə cavabdeh mənzildə olan mebellərin İddiaçı razılığı ilə 2019-cu ildə satılaraq əldə edilən vəsaiti ailə təsərrüfatına xərclənməsini, çoxsaylı ev əşyalarının xarab olduğundan oradaca atılmasını bildirsə də, məhkəmə hesab edir ki, mənzilin alıcısının məhkəməyə təqdim etdiyi ərizəsində sadalanan əmlaklar istisna olmaqla ilk iddiaçının sonuncu ərizəsində sadalanan, ona məxsusluğu iddia edilən digər əmlakların mənzildən aparılması faktı təsdiq edilmişdir. Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzil satılandan sonra müəyyən əşyaların bağ evinə aparılması şahid ifadələri ilə də təsdiq edilir. Məhkəmə baxışı dövründə ilk iddiaçı bağ evindən müəyyən əmlaklarını götürərək iddia tələbinin həcmini azaltsa da, 2 ədəd yumşaq yumru oturacaq (pufik), hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 1 ədəd Bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 2 ədəd Bagema meyvə qabı, 2 ədəd Bagema güldanı, firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 1 ədəd Bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), komodun qabağında Bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 2 ədəd şirniyyat üçün xrustal vaz, xrustal qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 2 ədəd xrustal mürəbbə qabları, 2 ədəd xrustal konfet qabları, 1 ədəd xalat, hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 6 ədəd dolmalıq dərin boşqab, hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü-kiçikli bulud, 12 ədəd maskura, 6 ədəd kiçik salat və limon üçün qablar, 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 12 ədəd kasa, hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 12 ədəd xrustal razetka, 12 ədəd xrustal armudu stəkan nəlbəkisi ilə, 12 şirə (sok) içmək üçün xrustal stəkan, 2 ədəd mürəbbə bişirmək üçün tas, 1 ədəd 12 litrlik vedrə, 6 ədəd dərin kiçik qablar dəsti 1 dəst, 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 12 ədəd ayrıca bıçaq dəsti, hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir dəsti, 1 ədəd plastmas, 1 ədəd dəmir aşsüzən, 1 ədəd tefal balıq çevirən, 2 ədəd dəm çayniki, 12 ədəd fincanlar nəlbəki ilə 2 dəst əmlakların bağ evində aşkar edilməməsi həmin əmlaklara dair hissədə iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Çünki məhkəmənin qənaətinə görə əvvəla sadalanan bu əmlaklar mənzilin alıcı X18 ərizəsində dəyəri ödədiyi əmlakların sırasında olmamışdır. İkincisi də, sözügedən əmlaklar məişət əşyaları olmaqla daşınar əmlaklar olduğu üçün onların mənzildən bağ evinə aparılmasına dair izahat və ifadələr inandırıcıdır. Həmçinin müəyyən edilmişdir ki, bağ evində xeyli müddət yaşayan ilk iddiaçının ailə münasibətlərinin pisləşməsi ilə bağlı oradan valideynlərinin evinə gedərkən sadalanan əmlaklardan özü ilə aparması faktı da olmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, hazırda isə onların bağ evində mövcud olmamasına dair məsuliyyət isə cavabdeh tərəfin üzərinə düşür və buna görə də ilk iddia üzrə tələb edilən əmlaklardan 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün xrustal vaz, 200 manat dəyərində xrustal qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd xrustal konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 30 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü-kiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd xrustal razetka, 50 manat dəyərində 12 ədəd xrustal armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə (sok) içmək üçün xrustal stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 20 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədəd dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyəri ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı qaytarılsın. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin ilk iddia üzrə şahid ifadələrini mötəbər sübut növü kimi qiymətləndirilərək nəzərə almışdır. Belə ki, şahidlərin ifadələrində işin ümumi mahiyyəti ilə ziddiyyət təşkil edən hər hansı məqam, uyğunsuzluq olmamış, istər şahid X15, istər şahid X13 ifadələrində, istərsə də ərizəsi məhkəməyə təqdim edilmiş şahid X22 iş üzrə onlara məlum olan məsələlər barədə bildiklərini məhkəmənin nəzərinə çatdırmışlar. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İlk iddianın digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İlk iddia üzrə iddiaçı sənədlərin (iddiaçının özünün və uşaqların doğum haqqında şəhadətnamələri, iddiaçının diplomunun və xarici pasportunun, disklərin) ona təqdim edilməsini tələb etsə də, həmin sənədlərin ilk iddia üzrə cavabdehdə olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə həmin hissələrdə də ilk iddianın təmin edilməsini mümkün hesab etmir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən birgə nikah dövründə bankdan kredit götürülmüş, bu kredit də ailənin ümumi mənafeyi tələb edən məsələlərin həll edilməsinə xərclənmiş, kredit ilk iddia üzrə cavabdeh tərəfindən ödənilmiş və tərəflər arasında ailə münasibətləri faktiki olaraq (04.08.2020-ci il tarixdən) pozulduqdan sonra (banka olan qalıq borcu 7.480 manat təşkil etmişdir ki, qarşılıqlı iddiaçı da borcun 50 %-ni təşkil edən 3.740 manatın İddiaçı alınaraq ona ödənilməsini tələb edir. Belə ki, yuxarıda qeyd edilən iş materiallarından aydın olur ki, tərəflər arasında ailə münasibətlərinin faktiki olaraq pozulması İddiaçı 04.08.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi ilə təsdiq olunur. İddiaçı məhkəməyə “nikahın pozulması” tələbi ilə müraciət etməsi, onunla Cavabdeh birlikdə yaşamaması, birgə təsərrüfat aparmamasına dəlalət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23.07.2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Konstitusiya Məhkəməsinin Plenumunun 23.07.2021-ci il tarixli qərarında həmçinin göstərilmşdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə yuxarıda qeyd edilmiş Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilibedilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumunun 23.07.2021-ci il tarixli qərarından habelə görünür ki, öhdəliklərə münasibətdə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ərarvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 22.11.2019-cu il tarixli 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən alınmış 10.000 manat kredit ailənin ümumi mənafeyi üçün sərf edilmişdir. Qarşılıqlı iddia üzrə son tələbə əsasən tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra borcun qalıq məbləği (faktiki münasibətlərinin pozulması tarixə) 7.480 manat təşkil etsə də, 29.10.2021-ci il tarixə qarşılıqlı iddiaçı bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirərək kredit üzrə ödəliyi qalmamışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, Cavabdeh 29.10.2021-ci il tarixə bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, yəni tərəflərin faktiki nikah münasibətlərinin pozulduğu tarixdən məhkəmə qətnaməsi çıxarılanadək (04.08.2020-ci il tarixdən 29.10.2021-ci il tarixədək) qarşılıqlı iddia ərizəsində qeyd edilən məbləğdən də, artıq məbləğ ödəyərək (8.647,89 manat) borcu bağlamış, lakin iddia tələbinin həcminin artırılması barədə ərizə verməmişdir. Buna görə də qarşılıqlı iddiaya verilən iddia tələbi həcmində qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23.07.2021-ci il tarixli qərarın əsasən hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli, birgə nikah dövründə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə iddia ərizəsi verilən tarixə kimi olan borcun 50%-i, yəni 3.740 manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması» tələbinə dair ilk iddiası yuxarıda göstərilən qaydada qismən təmin edilməli Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddiası isə tam təmin edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 5 manat ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməli, həmçinin qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu da İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «cehiz əşyaların qaytarılması» tələbinə dair ilk iddiası qismən təmin edilsin. İddiaçı məxsus 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün xrustal vaz, 200 manat dəyərində xrustal qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd xrustal konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 30 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü-kiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd xrustal razetka, 50 manat dəyərində 12 ədəd xrustal armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə (sok) içmək üçün xrustal stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 20 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədəd dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyəri ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı qaytarılsın. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 5 manat ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Birgə nikah dövründə Cavabdeh ilə “X32” ASC arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 3.740 manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev