Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3647/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka ilə yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı "ipoteka ilə yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.498,00 USD ABŞ dolları əsas, 15.012,87 USD ABŞ dolları faiz, 6.184,08 USD ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.495,20 USD ABŞ dolları faiz borcunun, cəmi 43.190,15 USD ABŞ dollarının, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 AZN dövlət rüsumunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 310,30 AZN dövlət rüsumunun cavabdeh İddiaçı tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olam ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıcıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra LPO Cavabdeh2 ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tərtib edilərkən təsviri hissəsində kredit müqaviləsinin nömrəsi və tarixi səhv göstərilmişdir. Belə ki, Cavabdeh2 ASC-nin İmişli Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 320/08 saylı kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı döstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC-nin İmişli filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 320/08 saylı kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə İddiaçı arasında 12 fevral 2015-ci il tarixli 18/08 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təstiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* sayı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə kredit borcunun ödənilməısi barədə dəfələrlə şifahi müraciətlər olmasına, habelə **********717 saylı, xx.xx.2021-ci il tarixli, **********019 saylı, xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixinə İddiaçı kredit üzrə cəmi borcu 43.190,15 USD ABŞ dolları təşkil edir. Bundan 18.498,00 USD ABŞ dolları əsas, 15.012,87 USD ABŞ dolları faiz, 6.184,08 USD ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.495,20 USD ABŞ dolları faiz borcunu təşkil edir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və qanunla nəzərdə tutulmuş iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edilməldir. Belə ki, Cavabdeh2 ASC ilə aralarında 12 fevral 2015-ci il tarixdə, 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Kreditlər müqaviləsi üzrə cavabdeh üzrə 2017-ci ilin iyul ayı da daxil olmaqla ödənişlər edilmişdir. Sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişlər həyata keçirə bilməmişdir. Bu müddət ərzində öhdəliyin icrası ilə bağlı iddiaçı tərəfindən heç bir tələb irəli sürülməmişdir. Onunla Bank arasında bağlanmış kreditin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və həmin müddətdən də iddia müddəti başlanmış və üç illik iddia müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra, yəni 16..12.2021-ci il tarixdə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də iddiaçı ərizə ilə cavabdeh LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, müqavilə üzrə borcun reyestrdən silinməsi və ipoteka ilə yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunmasının təmin edilməsini xahiş etmişdir. Oradan iddiaçıya ünvanlanan cavab məktubunda qeyd olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində Fondun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 8 saylı mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.
3. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixində iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli 8094 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsini təmin etməyi xahiş etmişdir. Qeyd edildiyi kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında rədd olunmuşdur. Ancaq buna baxmayaraq hesab edilir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 8 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verilməsi üçün əsas deyil. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh LPO Cavabdeh2 ASC ilə əvəz etməyi məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəflə aralarında bağlanmış kredit müqaviləsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və ABŞ dolları ilə götürdüyü kreditin manata çevrilməsini xahiş etmişdir. Ancaq cavabdeh tərəf buna razı olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə müəyyən ödənişlər də edilmişdir. Lakin maddi vəziyyəti ilə əlaqədar ödənişləri ödəməyə davam edə bilməmişdir. Cavabdeh tərəf bununla bağlı məhkəməyə müraciət etmiş və iddia müddətinin ötürülməsi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının banka kredit borcu qalmaqdadır və həmin borc ödənilməmişdir. İddiaçı tərəfin qeyd etdiyi məhkəmə qətnaməsi ilə iddia tələbləri iddiaçının kredit borcunun olmaması əsası ilə yox, onlar tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunmuşdur. AR “İpoteka haqqında” qanuna əsasən ipoteka müstəqil xarakter daşımır və əsas öhdəliyin icrasının təmin olunması məqsədi daşıyır. AR Kontitusiya Məhkəməsinin müvafiq qərarına əsasən iddia müddətinin keçməsi şəxsin öhdəliyinin xitam olunmasına səbəb olmadığı kimi əlavə öhdəliyin də xitamına səbəb olmur. Yəni əsas öhdəlik icra olunmadığı təqdirdə ipoteka predmetinin yüklülükdən azad olunması mümkün deyildir. İddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında 12 fevral 2015-ci il il tarixli, 320/08 saylı kredit müqaviləsi bağlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı İddiaçı qarşı qaldırılan iddia tələbi rədd olunmuşdur. Hazırda iddiaçı, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 8 saylı mənzilin ipoteka yüklülüyündən azad olunmasını tələb edir.
b) mülki işin materialları:
9. Mülki işin materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 12 fevral 2015-ci il il tarixli, 320/08 saylı kredit müqaviləsinidən görünür ki, Cavabdeh2 ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 22% faiz dərəcəsi ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir.
10. Mülki işin materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 12 fevral 2015-ci il il tarixli, 18/08 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzil ipotekaya qoyulmuşdur.
11. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
12. Mülki işin materiallarında olan İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2023-cü il tairxli ərizənin surətindən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan müqavilə üzrə borcun reyestrdən silinməsi və ipoteka yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunmasını təmin etməyi xahiş etmişdir.
13. Mülki işin materiallarında olan LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı bildirilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
16. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Həmçinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Göründüyü kimi, İddiaçı məhkəmə iclasında banka borcunun olduğunu və tam olaraq ödəyə bilmədiyini, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-980/2022 saylı qətnaməsindən onun kredit borcunun olmaması əsası ilə yox, bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunmasını qeyd etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçının banka olan borc öhdəliyi tam icra edilməmişdir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya a.ağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
22. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.
24. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götürmüş olduğu öhdəliyindən azad etmir. Əsas öhdəlik icra olunmadığı təqdirdə ipoteka predmeti yüklülükdən azad oluna bilməz və bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.
25. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı borcu hələdə mövcud olduğundan və əskini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh ləğv prosesində olan LPO Cavabdeh2 ASC-yə qarşı " ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzil ipoteka ilə yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunması" tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir.
26. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, tələb rəd olunduğu üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı "ünvan 1 ünvanında yerləşən 3 otaqlı 8 saylı mənzilin ipoteka ilə yüklü edilmiş mənzilin ipoteka yüklülüyündən azad olunması" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov