Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3658/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «alimentin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh X5 qarşı «alimentin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh X2 hər ay hər uşağa görə 250 manat - cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, mediasiyaya dair xərcin Medasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun və vəkilin göstərdiyi hüquqi yardıma görə Yusifbəyli və Partnyorları Vəkil Bürosuna ödədiyi 300 manat pulun cavabdeh X2 alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində 770 nömrəli nikahın bağlanması haqqında Akt qeydi əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan iki övladları- xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olsa da, sonradan ailə münasibətlərində soyuqluq yaranmışdır. Yetkinlik yaşına çatmayan azyaşlı uşaqlarının özünün himayəsindədir. Uşaqların məsrəfləri yetərincə artmışdır. Cavabdeh uşaqlarının saxlanması üçün vəsait xərcləmir. Hazırda öyrənmişdir ki, cavabdeh Tbilisi prospektində yerləşən “Həyat Recens” şirkətində turizm fəaliyyəti ilə məşğul olur, idarə etdiyi **-CU-*** qara rəngli Subara Autbek markalı avtomobillə Azərbaycanın Qəbələ, Qobustan, Şəki və sair rayonlarına turistlər aparıb-gətirir, aylıq gəliri təxminən 2500-3000 manat təşkil edir. Uşaqlara aliment ödəməkdən yayınmaq üçün cavabdehin öz fəaliyyətini rəsmiyyətdən kənar qurması, gəlirini, gəlirin məbləğini gizlətməsi istisna deyildir. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarına aliment ödənilməsi barədə saziş bağlamaqdan yayınır. Mediasiya sessiyasında da heç bir nəticə əldə edilməmişdir. Uşağın bütün qayğılarını və ehtiyaclarını tamamilə özünün çəkdiyini, onların təlim-tərbiyəsi ilə məşğul olduğunu, böyüdükcə uşağın ehtiyac və təlabatı artsa da, cavabdeh uşaqlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təminat səviyyəsini yaxşılaşdırmaq üçün cavabdehin lazımi qədər vəsait xərcləməsi zəruridir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çətin olduğunu qeyd edir. Buna görə də “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını nəzərə alaraq, hesab edir ki, cavabdehdən hər ay sabit pul məbləğində 250 manat aliment tutulub ona ödənilməlidir. Uşaqlar üçün nəzərdə tutulmuş 235 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Belə isə uşaqlarının normal yaşantısının təmini məqsədi ilə hər uşaq üçün hər ay 250 manat vəsaitin olması zəruridir. Baxmayaraq ki, yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir, həmin məbləğ də uşağı saxlamaq, ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Uşaqlarının geyimi, sağlamlığı, normal qidalanması üçün tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları, təhsili, gəzintisi, istirahəti və sair üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. Qeyd edir ki, Mediasiya Təşkilatı tərəfindən verilmiş Arayışa əsasən özü mediasiya prosesini keçmiş və mediasiya xidməti üçün 50 manat məbləğində pul ödəmişdir. Həmçinin vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pul ödəmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, daim uşaqların qayğısına qalmış və həmişə onlara yaxşı baxmağa çalımışdır. Əvvəllər maddi imkanı yaxşı olsa da, hazırda maddi imkanı aşağıdır. Bu səbəbdən aliment ödəməyə razı olduğunu lakin, məbləğin yüksək olduğunu və hər ay 500 manat ödəməyə gücü çatmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunaraq aliment məbləğinin 300-400 aralığında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 884961 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X7 arasında xx.xx.2013-cü il tarixdə nikah haqqında akt qeydləri kitabında eyni tarixdə 770 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Kerimova” soyadı verilmişdir. AZ-İİİ seriyalı 393482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İV seriyalı 008025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-01146 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, iddiaçı hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh isə qeyd edir ki, onun maddi vəziyyəti hər ay 500 manat aliment ödəməsinə imkan vermir. Bu halda məhkəmə cavabdehin maddi durumunu nəzərə alaraq hesab edir ki, aliment tələbinin yaşayış minimumu həddində müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə xatırladır ki, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması bir valideynin deyil, hər iki valideynin bərabər vəzifəsidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcini təşkil edən 50 manat və vəkilə hüquqi xidmət göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, aliment ödənilməsi barədə tələblər üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün dövlət rüsumu müvafiq olaraq rüsum ödənilməsindən azad edilməyən cavabdehdən dövlət nəfinə tutulmalıdır.Belə ki, hazırki iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq iddianın qiyməti (470x12=5640) 5640 manat təşkil etdiyi, 5640 manat dəyərində iddiaya görə ödənilməli dövlət rüsumu 76,4 manat təşkil etdiyi və mediasiya ödənişi dövlət rüsumu məbləğinə hesablandığı üçün cavabdehdən əlavə olaraq 26,4 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment X2 tutularaq İddiaçı ödənilsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəkil xərcləri və 50 (əlli) manat mediasiya xərci cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh X2 26,4 (iyirmi altı manat qırx qəpik) manat dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3658/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3658/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver