Məhkəmə qərarları › İş №2(006)-3668/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3668/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3668/2020 11.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4667/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilmişdir. Nikah müqaviləsinə xitam verildikdən sonra övladları- xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində qalması qət olunmuşdur. Daha sonra, cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar yaranmış xərclər üçün 100 (bir yüz) manat maddi yardımın və yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat (ümumilikdə 480 manat) sabit pul məbləğində, cəmi 580 manat (beş yüz səksən) alimentin iddiaçıdan tutularaq Cavabdeh verilməsi qət edilmişdir.Daha sonra iddiaçı “uşaqların ataya verilməsi və evdən çıxarılma” tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan tərəflər arasında barışıq sazişi bağlandığına görə məhkəməyə razılığa gəldiklərini bildirdilər. Nəsimi Rayon Məhkəməsinin 2(006)-418/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiqlənərək xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları Cavabdeh, anadangəlmə “uşaq serebral iflici-spastik tetraparez” xəstəliyindən əziyyət çəkən övladı xx.xx.2004-cü il təvəllüdlü X1 isə iddiaçının himayəsində saxlanılması qərara alınmışdır. Göründüyü kimi uşaqların himayədə saxlanılmasına münasibətdə şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, 580 manat aliment məbləği cavabdeh Nigar Əliyevanın himayəsində olan 3 uşaq nəzərə alınaraq təyin olunmuşdur. Hazırda isə yuxarıda da qeyd edildiyi kimi xəstəliyi ilə əlaqədar iddiaçı tərəfindən əlavə maddi yardımın ödənilməsi nəzərdə tutulan oğlu Nizami Qocayev iddiaçının himayəsində, digər iki övladı isə anaları Cavabdeh himayəsindədir. Buna baxmayaraq, hazırda da iddiaçıdan 580 manat məbləğində alimentin tutulması qəbuledilməzdir. Belə ki, iddiaçının oğlu Nizami Qocayev daimi olaraq müalicə alır və hər zaman baxıcı nəzarətində olmalıdır. Çünki davamlı olaraq oğlu qıcolmalardan əziyyət çəkir və hərəkət sistemi iflic vəziyyətindədir. Bu da iddiaçının oğlunun maddi təminatının və müalicəsinin kifayət qədər xərcli olduğunu göstərir. Buna görə də Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə aliment təyin edilərkən hər uşaq üçün 160 manatdan əlavə olaraq oğlu Nizami Qocayev üçün də xəstəliyinə görə ayrıca 100 manat məbləğində aliment də təyin edilmişdir. Hazırda isə həmin övladı iddiaçının himayəsində olduğuna görə alimentin məbləği azaldılmalıdır. Çünki iddiaçının da öz himayəsində olan övladını təmin etmək və müalicə etdirmək üçün maddi vəsaitə ehtiyacı vardır. Belə ki, təyin edilmiş 580 manat alimentin məbləğindən xx.xx.2004-cü il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar yaranmış xərclər üçün təyin edilmiş 100 manat və digər uşaqlar kimi ona da təyin edilmiş 160 manat məbləğinin azaldılaraq alimentin məbləğinin 320 (üç yüz iyirmi) manat təyin edilməsi zəruridir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 580 (beş yüz səksən) manat alimentin məbləği azaldılaraq 320 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 580 (beş yüz səksən) manat alimentin məbləğinin azaldılaraq 320 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun qeydiyyatda olduğu ünvanda olmaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2004-cü il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar yaranmış xərclər üçün 100 (bir yüz) manat maddi yardımın və yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 160 manat (ümumilikdə 480 manat) sabit pul məbləğində, cəmi 580 manat (beş yüz səksən) alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-418/2020 saylı qərardadı ilə xx.xx.2004-cü il tarixdə doğulmuş X4 atası İddiaçı, xx.xx.2006-cı il tarixdə doğulmuş X5 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 anaları Cavabdeh yanında saxlanılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlardan biri – xx.xx.2004-cü il təvəllüdlü X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-418/2020 saylı qərardadı ilə atası - İddiaçı himayəsinə verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının uşaqlarından biri onun himayəsində saxlanıldığı üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, hazırki halda iddiaçının övladı - xx.xx.2004-cü il tarixdə doğulmuş X4 atası İddiaçı himayəsinə verilmişdir. Bu səbəbdən iddiaçı alimentin azaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı övladı - xx.xx.2004-cü il tarixdə doğulmuş X1 xəstəliyi ilə əlaqədar yaranmış xərclər üçün 100 (bir yüz) manat maddi yardım və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 160 manat məbləğində alimenti cavabdehə ödəyir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay, hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5720/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay, hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar