Məhkəmə qərarları › İş №2(006)-3673/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3673/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3673/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, 3-cü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh-nə, 3-cü şəxslər "xxxx" ASC-nə və Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı ”qiymətləndirmə sertifikatının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh-nə, 3-cü şəxslər "xxxx" ASC-nə və Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı ”qiymətləndirmə sertifikatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. “Bank Respublika" ASC ilə onun arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli 18040-S029167/1 15146 saylı ipoteka müaviləsinə əsasən həmin mənzil 18040- S029167/115146 saylı 31 oktyabr 2018-ci il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onun tərəfindən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyinə görə tələbkar "Bank Respublika” ASC-nin müraciətinə əsasən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 10 fevral 2021-ci il tarixli icra qeydi verilmiş və icra olunması üçün Bakı Şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin icra qeydi həmin şöbənin icraatına qəbul edilmiş, həmin şöbə tərəfindən 09.03.2021-ci il tarixdə "qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilmiş və "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin qiymətləndiricisi dəvət edilmişdir. Ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzilin qiymətləndirilməsini isə İcra və Probasiya şöbəsinin qərarında göstərilən MMC tərəfindən deyildir. Cavabdeh tərəfindən həyata keçirilmiş və mənzilin dəyəri 90.000 (doxsan min) manat müəyyən edilmiş, bu barədə 12 mart 2021-ci il tarixli qiymətləndirmə üzrə sertifikat verilmişdir. Bildirir ki, ona məxsus mənzil 3 otaqdan ibarət olmaqla avropa standartlarına uyğun təmir edilmişdir. Bakı şəhərinin əlverişli hissəsində yerləşir və həmin mənzilin hazırkı orta bazar qiyməti minimum 110000 (yüz on min) manat təşkil edir. Bu səbəbdən də. hesab edir ki. "X2 Azerbaijan” MMC-nin qiymətləndirmə üzrə gəldiyi nəticə reallığı tam əks etdirmir, onun müəyyən etdiyi qiymət mənzilin real dəyərindən xeyli aşağı müəyyən edilmişdir. Bu səbəbdən də. hesab edir ki, "X2 Azerbaijan“ MMC-nin 12 mart 2021-ci il tarixli qiymətləndirmə sertifikatı ləğv edilməli, ona məxsus yuxarıda göstərilən mənzil üzrə yenidən qiymətləndirmə həyata keçirilməlidir. Məhkəmə iclasında 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və öz izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən mənzilin qiymətləndirmə keçirilimişdir. Əmlakın dəyəri 90.000 manat məbləğində müəyyən edilmişdir. Hərracdan satılan mənzili o almışdır. Odur ki, iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəblərinin olmalarını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Bank Respublika" ASC ilə İddiaçı arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli, 18040-S029167/115146 saylı ipoteka müaviləsindən görünür ki, həmin mənzil 18040S029167/115146 saylı 31 oktyabr 2018-ci il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onun tərəfindən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “X2 Azerbaijan" MMC tərəfindən həyata keçirilmiş barədə 12 mart 2021-ci il tarixli qiymətləndirmə üzrə sertifikatdan görünür ki, mənzilin dəyəri 90.000 (doxsan min) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin №0242902 saylı çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 09.03.2021-ci il tarixli "qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri 26 saylı Notariat Kontorunun 964 nömrəli, 11.02.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 3184/3187-ci məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzilə qiymətləndirilməsi üçün "xxxx" MMC-nin qiymətləndiricisi dəvət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən qəbul edilmiş 10 fevral 2021-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3184/3187-ci məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzilinə 48423,68 manat əsas borc, 6092.54 manat faiz borc, 142,94 manat cərimə olmaqla, cəmi 54659 manat üzrə tutma yönəldilsin. İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3184/3187-ci məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzilin bazar qiyməti 90.000 (doxsan min) manat, likvid qiyməti 80.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3184/3187-ci məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi ev 2, 95 saylı mənzilin bazar qiyməti 90.000 (doxsan min) manat, likvid qiyməti 80.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh «Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən həmin yaşayış sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, mənzilin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə cavabdeh tərəfindən qoyulan qiymət arasında fərqin yaranmadığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müəyyən edilmiş qeyri yaşayış sahəsinin ilkin satış qiyməti yaşayış sahəsinin real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin hesabat sübut kimi qəbul edilə bilməz, belə ki həmin hesabatda yaşayış sahəsinə qoyulmuş bazar qiymət real qiyməti əks etdirmir, şişirdilmiş məbləğ göstərilmişdi. Beləliklə, iddiaçı "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın əsassız olduğunu, yaşayış sahəsinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh-nə, 3-cü şəxslər "xxxx" ASC-nə və Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı ”qiymətləndirmə sertifikatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh-nə, 3-cü şəxslər "xxxx" ASC-nə və Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı ”qiymətləndirmə sertifikatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar