Məhkəmə qərarları › İş №2(006)-3677/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3677/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3677/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X22rşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X22rşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran rayon Mərkəzi xəsləxanasınadan müştərək qaydada onun xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X19 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan X23' qzının ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin 06.01.2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19.09.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı"nın 7-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yəni 03.02.2020-ci il tarixdə saat 09-15-də X20 X2 "Hamiləlik İİ. 38-39 həftə: baş gəlişi LMA uşaqlıqda çapıq" diaqnozu ilə daxil olmuş X8 təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğuşun operatis solla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyərək, hamiləliyin başa çatdırılmasında yalnız 18.01.2020-cı il tarixdə digər klinikada "Medical Hospital" aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində "Kesar kəsiyi" cərrahiyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyid münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozaraq, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirərək "Relaporatomiya. Uşaqlığın ekstrpasiyası" əməliyyatını effektsiz icra etməklə orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində uşaqlığın zədələnməsi ilə əlaqədar qanaxması baş vermiş, kəskin qanaxma ilə ehtiyyatsızlıqdan X3 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü çıxarılmış və tərəfindən hökmdən verilmiş apellyasiya şikayətim qismən təmin olunaraq X10 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılmışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki. hadisə Səhiyyə Nazirliyinin əməkdaşının — Lənkəran rayonu Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə və qərara əsasən X19 Azərbaycan Respublikası CM- in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə məyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi göstərilmişdir. Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağına qızının adını qoşmuşlar. Qızından yadigar olaraq 2 uşaq qalmışdır. Qızının vəfatı zamanı dünyaya gələn uşağa o, digər uşağa isə qızının yoldaşı baxır. Hər dəfə ona baxanda adını çəkəndə qızı gözlərinin önündə durur. Bir ata kimi onun nələr qəkdiyimi hiss etmək qətin deşil, üzünüzü bir anlıq mənim yerimə qovsanız bütün bunlar gözünüzün önündə canlanar. Xüsusilə qeyd etmək istəyirəm ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxs məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi ilə razı deyillər və iddianı tamamilə əsassız hesab edirlər. Hazırki işdə iddiaçının tələbi qismində ona dəymiş mənəvi ziyana görə 3,000,000 AZN (üç milyon manat) məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması çıxış edir. Bəhs olunan məsələ üzrə cavabdehin təqsiri üzündən dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu heç bir sənədlə təsdiq olunmur. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Qeyd edilməlidir ki, iddiaçı tələbini əsaslandırmamış, cavabdeh tərəfindən yol verilmiş hərəkətlərlə dəymiş ziyanın onda nə kimi mənəvi iztirablar yaratdığını və stress keçirməsi faktını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddia ərizəsində göstərilən məbləğ həddindən artıq şişirdirilmişdir və həqiqəti əks etdirmir. Mənəvi zərərin 3,000,000 manat məbləğində müəyyən edilməsi zamanı yalnız şəxsi mülahizələrə istinad edilmişdir. Halbuki, mənəvi ziyana görə kompensasiya ağlabatan olmalıdır. Bütün bunlar bir daha təsdiq edir ki, hal-hazırda İddiaçı cavabdehlərə qarşı sözügedən məbləğdə iddia tələbi ilə çıxış etməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X22rşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 01.06.1996-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 20.05.1996-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilmişdir. Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 12.02.2020-ci ildə verilmiş AZ-İV seriyalı, 405090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.02.2020-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X12 göstərilmişdir. Lənkəran rayonu Girdəni kənd icra nümayəndəliyi tərəfindən 03.01.2019-cu ildə verilmiş AZ-İV seriyalı, 092476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22.12.2018-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X12 göstərilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.08.2020-ci il tarixli, AZ-İİ 098967 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03.02.2020-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.08.2020-ci il tarixdə 328 nömrə ilə qeyd edilmişdir. Lənkəran rayon məhkəməsi 27.08.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmündən görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Lənkəran rayon məhkəməsi tərəfindən Vəkil ünvanlanmış 01.04.2021-ci il tarixli məktubundan görünür ki, X9 barəsində olan Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü Şirvan Apelyasiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarına əsasən qismən dəyişdirilmişdir. Apelyasiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti və ya prostesti verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi CK-nın 24.11.2020-ci il tarixli, 1(106)-558/2020 saylı qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Elşən Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin olunması, Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmünün zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilməsi, X10 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılması, Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/2020 №-li, 27 avqust 2020-ci il tarixli hökmünün apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Lənkəran rayon məhkəməsinin 27.08.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmünə əsasən, Lənkəran mərkəzi rayon xəstəxanasının əməkdaşı olmuş X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının qızı X6 doğuş zamanı yaranmış kəskin qanaxma mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. Belə ki, sözügedən hökmə əsasən X3 ölümünə səbəbin uşaqlığının zədələnməsi nəticəsində uşaqlıq qanaxması nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X15 MRX-da göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs mərhumun vəziyyətini, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyən, əməliyyat zamanı vaxt itkisinə yol verən, doğuşu qeysəriyyə əməliyyatı vasitəsilə icra edən mama-ginekoloq X14r. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Lənkəran MRXnın əməkdaşının qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X26 əməkdaşı X9 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində X12 vəfat etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının ölməsi və nəvələrinin anasız qaldıqları ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı (nəvələrinə qulluq və s.) keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X21 iddiaçının xeyrinə 40.000 (qırx min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X26 tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1-dən Lənkəran X1 Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı hər hansı öhdəliyin daşıyıcısı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X27 münasibətdə qismən təmin edilməli, həmin cavabdehdən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul tutulmalıdır. İddia «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X27 münasibətdə digər hissədə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia “Lənkəran mərkəzi rayon xəstəxanası” X27 münasibətdə qismən təmin edilsin. “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsdən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul tutulsun. İddia digər hissədə rədd edilsin. İddia Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar