Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3719/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə ailə həyatı qurmuşdur, 1999cu ildə iddiaçının həyat yoldaşı X6 dünyasını dəyişmişdir. X8 iddiaçı ilə onun mərhum həyat yoldaşı X2 övladıdır. O, 2004-cü ildə həqiqi hərbi xidmətə getmiş, N saylı hərbi hissədə şərəflə qulluq etmişdir. 2005-ci ilin yanvar ayında Ağdam rayonunun Təzəkənd kəndində düşmən gülləsinə tuş gələrək Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuşdur. O, şəhidlik adına layiq görülərək Lənkəran şəhəri, kiçik bazar qəbristanlığında dəfn olunmuşdur. 1997-ci ildə hərbi qulluqçuların icbari sığorta olunması barədə qanun qəbul olunmuşdur. Həmin qanun qəbul olunmamışdan əvvəl həlak olan hərbi qulluqçulara ödənilməli olan sığorta pulu uzun müddət mübahisələrə səbəb oldu. Ona görə də həmin qan pulunun hərbi qulluqçulara ödənilməsi barədə çoxsaylı məhkəmə qətnamələri verilmiş və icra olunmuşdur. Həmin mübahisəli hal barəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı ilə “qan pulunun” şəhid olan hərbi qulluqçulara ödənilməsi barədə müsbət qərar verilmişdir. Xeyli sayda hərbi qulluqçular məhkəmə qətnaməsi ilə həmin pulu almışlardır. Lakin həmin vaxtı bildirdilər ki, gələcəkdə də bu haqda Prezident Fərmanı olacaqdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməmişdir. Həqiqətən də 19 aprel 2018-ci il tarixdə Prezident tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi barədə Fərman verilmişdir. Lakin həmin Fərmanın verilməsindən bir müddət keçsə də, iddiaçının oğlunun sığorta (qan pulu) ödənilməmişdir. Göstərilənlərə əsasən 2004-2005-ci illərdə hərbi xidmətdə olmuş, 2005-ci ildə Ağdam rayonu, Təzəkənd kəndi uğrunda döyüşdə həlak olmuş, iddiaçının oğlu X7 görə iddiaçıya verilməli olan 11000 (on bir min) manat icbari sığorta pulunun ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, şəhid oğlunun adı texniki səhv ucbatından “Aqil” yazmaq əvəzinə “Adil” yazılmışdır. Bu səbəbdən iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək xahiş etmişdir ki, şəhid oğlunun adının X4 oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ 125632 seriya nömrəli X5 surətindən görünür ki, vətəndaş X9 26.01.2005-ci ildə ölmüşdür. Ölüm səbəbi kimi “ürəyin, hər iki ağ ciyərin yaralanması” qeyd edilmişdir. Öldüyü yer: N saylı hərbi hissə. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli, 1637 №-li arayışa əsasən, X6 06 iyun 1999-cu il tarixdə ölmüşdür, ölüm haqqında 01 iyul 1999-cu il tarixli 184 №-li akt qeydi tərtib olunmuşdur. Ölümünün səbəbi kimi miokardın təkrari infarktı qeyd edilmişdir. İş materiallarında olan 06 iyul 1999-cu il tarixli, V-ЖГ № 302350 seriya nömrəli X5 surətinə əsasən, X6 06.06.1999-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin iyul ayının 1 günündə 184 № ilə qeyd edilmişdir. Ölümünün səbəbi kimi isə miokardın təkrari infarktı qeyd edilmişdir. İş materiallarında olan Lənkəran şəhər VVAQ şöbəsi tərəfindən verilmiş, Xİİ-ЖГ 279079 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 31 avqust 1986-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin oktyabr ayının 8 günündə 775 № ilə qeyd edilmişdir. X1r, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07 fevral 2020-ci il tarixli, 07-07-57 nömrəli məktubunda bildirilir ki, A.N.Məmmədovun həlak olması ilə əlaqədar Şirkətin elektron informasiya bazasına əsasən Lənkəran rayon dövlət sığorta filialı tərəfindən ******* (beş milyon beş yüz min) manat, yeni manatla 1100 (bir min bir yüz) manat sığorta məbləği 03 mart 2005-ci il tarixdə onun varisinə (vərəslələrinə) ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; Həmin Qanunun 7-ci maddəsinə görə, həlak olması (ölümü) halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; - vərəsəlik hüququnu təsdiq edən sənəd; - sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Lənkaran rayon dövlət sığorta filialı tərəfindən ******* (beş milyon beş yüz min) manat (1100 manat) sığorta məbləğinin 03 mart 2005-ci il tarixdə A.N.Məmmədovun varisinə ödənilməsi barədə hər hansı əsas olan sübutu (ödəniş qəbzi) məhkəməyə təqdim etməməklə sığorta ödənişinin ödənilməsini sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, qeyd olunan məbləğ ona verilməmişdir. Belə olan halda, İddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində icbari sığorta məbləği tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3719/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3719/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver