Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3720/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2007-ci il tarixli 3437 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, ona qarşı 2011-ci il tarixdə yəni müqavilənin müddəti bitəndən təxminən 3 ildən artıq müddətdən sonra iddia qaldırılmışdır. İddiada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsaslanaraq iddianın təmin edilməsi xahiş edilir. İşin hallarından görünür ki, bankla zamin arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti konkret göstərilməmişdir. Zaminlik müqaviləsinin 3.2-ci bəndində qeyd olunur ki, həmin müqavilə üzrə zaminliyin öhdəliyi borclunun kreditor qarşısında kredit üzrə öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədədir. Ona nəinki zaminlik müqaviləsi bağlanan andan həmçinin də sonrakı vaxtlar da öhdəliyin icrası ilə bağlı bank tərəfindən müraciət edilməmişdir. Borcun ona qarşı yönəldiyini o icra şöbəsindən ona iş yerinə 2019-cu il tarixində daxil olan bildirişə əsasən xəbər tutumuşdur. Göstərilənlərə əsasən Cavabdeh ASC ilə İddiaçı arasında xx xxxxxx 2007-ci il tarixli, 3437 saylı zaminlik müqaviləsinə əsasən zaminliyə xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdein nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-1420/11 №-li xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4 qarşı “borc tələbinə dair” iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 3334.24 manat əsas borc, 738.09 manat faiz borcu, 864 manat dəbbə pulu cəmi 4936.33 manat məbləğində borc Cavabdeh ASC-nin xeyrinə tutulmuş, iddia qalan hissədə, yəni cavabdehlərdən dəbbə pulunun qalan 2016.80 manat məbləğin tutulması hissəsində təmin edilməmiş və iddia qismən təmin edildiyindən iddiaçı Cavabdeh ASC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 29%-i yəni 6 manatı iddiaçıya aid edilsin, qalan 71%-i yəni 14 manat cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin müddətin ötürülməsi səbəbindən geri qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-cil tarixli qərardadından verdiyi şikayət təmin edilməmişdir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı qeyd edilən qətnamənin icra edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 3437 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı zamin qismində borclu X3 bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün eyni dərəcədə, tam həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC ilə X5 arasında kredit münasibətləri mövcud olmuş və həmin kredit müqaviləsinin təminatı kimi hazırkı iş üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borclu tərəfindən kredit öhdəlikləri yerinə yetirilmədiyindən Bank tərəfindən borclu və zaminə qarşı məhkəmədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və hazırki tələblə əlaqədar iddiaçı tərəfindən kredit öhdəliklərinin tam şəkildə icra olunmasına dair qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Həmçinin həmin məhkəmə qətnaməsində hazırda mübahisə predmeti olan zaminlik müqaviləsinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsinə xitam verilməsinin əsasları qanunvericilikdə konkret olaraq öz əksini tapmışdır. Lakin hazırki mübahisə üzrə zaminlik müqaviləsinin xitam edilməsi üçün bir əsas mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx xxxxxx 2007-ci il tarixli, 3437 saylı zaminlik müqaviləsinə əsasən zaminliyə xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3720/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3720/2020
13.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver