Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3746/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi X7 katibliyiilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Silahlı Qüvvəllərində xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi “müddətdən artıq təkrar hərbi xidmət” keçərkən İİ qrup əlil olaraq müəyyən edilmiş 6500 manat sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1967-ci il təvəllüdlü İddiaçı 1984-cü il tarixdən 1986-ci il tarixə qədər Sovet Ordusunda xidmət etmişdir. Onun bu xidməti 4889343№-li hərbi biletində müvafiq əmrlərlə təsdiq edilmişdir. Hərbi biletindəki qeydlərə əsasən xx xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixə kimi Azərbayacan Respublikasının Silahlı Qüvvələrində xidmət keçməyi göstərilsə də, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-6434 saylı xx.xx.2015ci il tarixli arayışından görünür ki o həqiqətən xx xxxxxx 1993-cü il tarixdən xidmətə başlamış və Silahlı Qüvvələr Baş Qərargah Rəisinin xx xxxxxx 1997-ci il tarixli 334№-li əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılıb Tərtər rayon Hərbi Komissarlığında qeydiyyata götürülməsi üçün göndərilməsi göstərilmişsə də, lakin müddətdən artıq xidmət keçmiş hərbiçi kimi onun pensiya müavinətinin hesablanıb onun pensiyasına əlavə olunması barədə müraciətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar İdarəsi, həmçinin Maliyə və Büdcə İdarəsi mənfi cavablandırmışdır. O İ Qarabağ müharibəsi zamanı döyüşlərdə ağır yaralanıb İİ qrup əlillik dərəcəsi almışdır Halbuki bu pensiya İ Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərə və döyüşənlərə aid olunur. 2014-cü il tarixdə Azərbyacn Respublikasının Prezidentinin bu barədə məlum Sərəncamının olmasına baxmayaraq Müdafiə Nazirliyi onun kimi əlilin pulunun hesablanıb ödənilməsi üçün müvafiq arayışla onu təmin etməmişdir. Buna görə də onun pensiya müavinəti hesablanıb onun pensiyasına əlavə olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 4646 saylı xx xxxxxx 1993-cü il tarixli xəstəlik şəhadətnaməsində xidmət zamanı döyüşlərdə ağır yaralanmağı haqqında tam məlumat öz əksinin tapmışdır. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi 18№-li Zona TSEK verdiyi TSE-01 Ser AR №512512 saylı arayışlaonun İİ qrup dərəcəsi müddətsiz təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-6434 saylı xx.xx.2015-ci il tarixli arayışından görünür ki, o həqiqətən xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi təkrar xidmət keçmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi özünün verdiyi bu məlumatı təkzib edərək öz verdiyi məlumatı şübhə altına alaraq ona lazım olan arayışı vermir. Beləliklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi süni, bürokratik əngəllər yaradaraq bu qəbildən olan onun kimi əlil insanlara maddi və mənəvi əzab verir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi 18 nömrəli Zona X1 512512 saylı arayışının surətindən görünür ki, 1967-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.1993-ci il tarixli 4646 saylı xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdfiəsi zamanı xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli 07-02-084 saylı məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət X9 həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X6 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3746/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3746/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver