Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-378/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə X5 hərəkəti həmin yolda qanunla qəti qadağan olunan NEW Holland TC5050 markalı, 90-L-009 d.q.n.n-lı kombayn texniki vasitəni mövcud qanunvericiliyə uyğun olaraq avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almalı olduğu halda qanunun bu tələblərini kobud şəkildə pozaraq, müşayiət avtomobili ayrılmalı olduğu halda qanunun bu tələbini də kobud şəkildə pozaraq, heç bir təhlükəsizlik tədbiri görmədən, eni 390 sm olan kombayn mexaniki texniki vasitəni biçmə qurğusu ilə birlikdə eni 340 sm olan avtomobil yoluna çıxararaq, əvvəlcədən hərəkət iştirakçılarına qəza şəraiti yaradaraq onunla əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi **-GC-*** d.q.n.n-lı Mersedes Benz C-180 markalı avtomobilinin hərəkət zolağına çıxaraq ağır yol-nəqliyyat hadisəsi törədərək, xidməti vəzifələrini icra edən (bu barədə DİN-in Rəyi ərizəyə əlavə olunmuşdur) iki polis əməkdaşı Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı X8 və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X6 sağlamlıqlarına ağır bədən xəsarətləri yetirməklə faciəli şəkildə onların həlak olmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının X14 general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə DİN-in Baş Pasport qeydiyyat və Miqrasiya idarəsinə bilavasitə tabe olan Gəncə Asan xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTBnin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsi olması nəzərdə tutulmuşdur. Rəydə eyni zamanda qeyd olunmuşdur ki, DİN-in Maliyyə- Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-1828-1221 nömrəli məktubunda sabiq polis leytenantı X8 və sabiq polis kiçik serjantı X2 vəfat etmələrinin xidməti vəzifəsinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin surətinin Dövlət Kommersiya Şirkətinə təqdim edilməsi üçün sabiq əməkdaşların ailə üzvlərinə təqdim olunmasının məqsədə müvafiq hesab edilsin. X14 Vilayət Eyvazovun göstərişi əsasında Dövlət Sığorta Kommersiya şirkətinə sığorta ödənişinin sabit polis leytenantı X8 və sabiq polis kiçik serjantı X2 ailəsinə ödənilməsi ilə bağlı tapşırıq verilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti sabiq polis kiçik serjantı X2 valideyni X4 bu sığorta ödənişini etmişdir. Səhhəti ilə bağlı bu sığorta ödənişi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə 2023-cü ildə müraciət etdi. Onlar xx.xx.2023-cü il tarixli məktubunda bu sığorta ödənişini Dövlət Sosial Müdafiə fondu tərəfindən ödəniləcəyini bildirdilər. Dövlət Sosial Müdafiə Fondu isə xx.xx.2023-cü il tarixli məktubunda ölüm hadisəsi 2020-ci il tarixində baş verdiyinə görə adıçəkilən sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olduğunu bildirir. Göstərilənlərə əsasən xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan sabiq polis leytenantı X7 Daxili İşlər Nazirliyi tərəfindən təyin edilmiş sığorta məbləğinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmasının təmin edilməsi xahiş edilmişdir. 3.Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. İddiaçının oğlu X1 şəhəri Nizami rayon Polis İdarəsində işlədiyi dövrdə 16 avqust 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində aldığı ağır bədən xəsarətləri nəticəsində həlak olmuşdur. Daha sonra iddiaçı sığorta ödənişinin verilməsi ilə əlaqədar 2023-cü il tarixində Şirkətə müraciət etmişdir. Qeyd olunan müraciətlə əlaqədar aparılan araşdırma nəticəsində Şirkətin iddiaçı qarşısında öhdəliyi yaranmadığından sığorta ödənişi verilməsindən imtina edilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. İddiaçının oğlu X8 16 avqust 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində aldığı ağır bədən xəsarətləri nəticəsində həlak olmuşdur. Baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olması Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli Rəyi ilə təsdiqini tapmışdır. AR Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığınının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Dövlət Sosial Müdafiə Fondu təmin edir, iddiaçının təqdim etdiyi rəyin verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra İddiaçı ərizəsi əsasında cavabdeh əsl cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının oğlu, Gəncə şəhəri Nizami rayon Polis idarəsinin əməkdaşı, polis leytenantı X8 Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X6 ilə birlikdə xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş, AR DİN tərəfindən verilən xx.xx.2021-ci il tarixli rəy əsasında ölümün sözügedən şəxslərin xidməti vəzifələrinin icrası ilə əlaqəli olması faktı öz təsdiqini tapmışdır. İddiaçı oğlunun həlak olmasına görə ona sığorta ödənişinin ödənilməsi məqsədilə AR Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, sonuncu sığorta ödənişinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olması əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı sığorta ödənişinin ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbinin rədd edilməsini tələb edir.
b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının X14 Vilayət Eyvazovun “DİN-in rəhbərliyinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” 27 aprel 2021-ci il tarixli Rəyindən görünür ki, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsinin olması nəzərə alınmışdır. 9.Mülki işin materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. 10.Mülki işin materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3182/2023 saylı qərarına əsasən iddia təmin edilərək, X3 xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. 11.Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-249/2024 saylı qərardadına əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3182/2023 saylı qərarı ləğv edilərək, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. 12.Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanan 17 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciət araşdırılarkən məlum olmuşdur ki, X3 vəfat etməsi ilə bağlı tərtib edilmiş 100328 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi xx.xx.2020ci ilə aiddir. X3 qanun üzrə vərəsəsi kimi İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Nəzərə alınması xahiş olunmuşdur. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanan 05 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 27 aprel 2021ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu tərəfindən həyata keçirilir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə edilmişdir. 14.Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-585/2024 saylı qərardadına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3052/2024 saylı qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-585/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 17.”Polis haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. 18.“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə əsasən, sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2-ci maddəsinə əsasən, sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3-ci maddəsinə əsasən, sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. 5-ci maddəsinə əsasən, sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. 7.1-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 7.2-ci maddəsinə əsasən, sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. 7.3-cü maddəsinə əsasən, sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur. 7.4-cü maddəsinə əsasən, sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. 11-ci maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. 19.“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının: 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. 20.“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. 21.“Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2022-ci il Fərmanında Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və Cəmiyyətin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxs olması göstərilmişdir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 20.İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami rayon Polis idarəsinin əməkdaşı, polis leytenantı X8 xx.xx.2020-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza keçirmiş və vəfat etmiş, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. 21.Bundan sonra iddiaçı baş vermiş hadisə nəticəsində həlak olan oğlu X3 ölümü ilə bağlı sığorta məbləğini almaq istəmiş, lakin xidməti vəzifəsini həyata keçirərkən sığorta hadisəsinin baş verməsinə baxmayaraq cavabdeh sığorta məbləğini verməkdən imtina etmişdir. Sığorta məbləğinin verilməsindən imtinanın əsası kimi isə iş materiallarına əlavə edilmiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin 27 aprel 2021-ci il tarixli Rəyi göstərilir. 22.Lakin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş bütün digər sənədlərdə sözügedən sığorta hadisəsinin iddiaçının daxili işlər orqanında xidməti vəzifəsini yerinə yetirərkən baş verməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya sığorta hadisəsinə görə sığorta məbləği ödənilməlidir. 23.Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının 2020-ci ilin dekabrın 31-dən sonraya aid olmasını və bu dəlilini iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilən 27 aprel 2021-ci il tarixli rəyi ilə əsaslandırması və buna görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsi əsaslı sayıla bilməz. 24.Belə ki, iş materiallarından da müəyyən edilir ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və sığorta hadisəsinin şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar olmasını təsdiq edən sənədin tarixi isə xx.xx.2021-ci ilə aiddir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. Odur ki, hazırki iş üzrə də xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu həlak olmuş, yəni həmin tarixdə artıq sığorta hadisəsi baş vermiş, daha sonra xx.xx.2020-ci il tarixdə isə ölüm haqqında şəhadətnamə verilərək, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktı təsdiq edilmişdir. 25.Odur ki, məhkəmə məhz sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədin 2020-ci ilə aid olmasını əsas götürərək Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanının müddəalarına əsasən müvafiq sığorta ödənişinin məhz hazırki iş üzrə cavabdeh tərəfindən ödənilməsini əsaslı hesab edir. 26.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf sığorta hadisənin tarixini müvafiq rəyin verilmə anından götürülməsi tam əsassız hesab edir. Belə ki, sığorta hadisəsi şəxsin həlak olması anı ilə bağlı olmuş, qeyd edilən rəy isə hadisə ilə bağlı səbəbli əlaqənin (xidməti vəzifələrin icrası zamanı ilə bağlılığın mövcudluğu) mövcudluğunu təşkil etmişdir. Bu rəyin tarixin sonradan verilməsi isə səbəb müvafiq araşdırmaların aparılmasının zərurliyindən müəyyən müddət çəkməsi olmuşdur. Çünki səbəbli əlaqənin mövcud olmaması nəticədə sığorta hadisənin olmamasına gətirib çıxaracaqdır. Bu halda ilk olaraq əsas hissə şəxsin vəfat etməsi anı, köməkçi hissə isə səbəbli əlaqənin (xidməti vəzifələrin icrası zamanı ilə bağlılığın mövcudluğu) təsdiq edilməsidir. 27.Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 xidməti vəzifəsini icra edən zaman həlak olması ilə bağlı müvafiq sığorta ödənişinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. X3 xidməti vəzifəsini icra edən zaman həlak olması ilə bağlı müvafiq sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.