Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3799/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı X1, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı X5 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 sentyabr 1978-ci ildə Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4018/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılan nikah pozulmuşdur. X5 ilə Cavabdeh nikah müddətində müəyyən daşınmaz əmlaklar əldə etmişlər. Həmin əmlaklardan biri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılan 11 yanvar 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh satılan ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsidir. Tərəflər arasında bağlanılan 02 may 2020-ci il tarixli Sazişə əsasən İddiaçı həmin qeyri-yaşayış sahəsinin 1/2 hissəsindən Cavabdeh xeyrinə müəyyən şərtlərlə imtina etmişdir. Razılaşmaya əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 1\3 hissəsi ilə bağlı imtina ərizəsi yazmalı idi. Onunla belə bir razılıq əldə etmişdilər ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı üçüncü şəxsin (cavabdehin qardaşı X9) qanunsuz hərəkətləri olduğundan məhkəmə mübahisəsi yaranmışdı. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin iddiaçıya məxsus olması ilə razılaşmış, həmin hissədən ona çatan paydan iddiaçının xeyrinə imtina etdiyini bildirdi və məhz İddiaçı maraqlarını qorumaq məqsədilə Yasamal rayon məhkəməsinin icraatında olan həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşularaq qardaşı X11 qarşı İddiaçı maraqlarını müdafiə etdi, iş üzrə həqiqəti bildirərək qeyri-yaşayış sahəsinin X9 adına formal rəsmiləşdirildiyini təsdiq etdi. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən pay istəmədiyini, bunun əvəzində iddiaçının da onun adına rəmiləşdirdiyi ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından imtina etməyini istədi. İddiaçı imtinanın qarşılıqlı olacağını dediyi üçün cavabdehlə razılaşdı. Cavabdehlə sazişin şərtləri barədə razılaşdıqdan sonra cavabdehin vəkili tərəfindən həmin saziş tərtib edildi və iddiaçı cavabdehlə notariat kontoruna gedərək sazişi imzaladı. Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən sərbəst şəkildə oxunması mümkün deyildir. Buna baxmayaraq, İddiaçı cavabdehə də, onun vəkilinə də inandığı üçün sazişi imzalamışdır. Çünki cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyriyaşayış sahəsinin iddiaçıya məxsus 1\3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. İddiaçı da öhdəlik götürmüşdü ki, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina edəcəkdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindəki payından imtina etməsini təsdiqləyən müqavilə şərti Sazişdə müəyyən mənada öz əksini tapmışdır. Belə ki, 02 may 2020-ci il tarixli Sazişin 3-cü bəndində yazılmışdır: «Tərəflərin razılaşmasına əsasən Cavabdeh Yasamal rayon məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa, apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X1 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürür». Sazişin bu bəndi bilavasitə təsdiq edir ki, Cavabdeh şəxsən özünün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı xüsusi marağı yoxdur və həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə işində yalnız İddiaçı yazılı razılığı ilə prosessual hərəkətlər edəcəkdir. Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, Sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keçirmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki Sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır. Nəticədə tərəflərdən birinin mənafeyini kobud şəkildə pozan, birtərəfli və ədalətsiz saziş ortaya çıxmışdır. Odur ki, həmin saziş etibarsız hesab edilməlidir. Bundan əlavə, cavabdehlə nikah zamanı əldə edilən əmlakların bölünməsi barədə məhkəmənin icraatında iş olmuş və həmin mübahisə üzrə tərəflər müstəqil şəkildə barışıq sazişi bağlamışlar. 27 fevral 2020-ci il tarixli həmin barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan şərtə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından Cavabdeh xeyrinə imtina etmişdir. Halbuki, Sazişdən göründüyü kimi, bu imtina birtərəfli xarakter daşımış və onun qarşılığında Cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Qeyd olunan mənzillər də iddiaçı tərəfindən alınmışdır və cavabdehlə nikah zamanı əldə edildiyindən həmin mənzillərdə də onun əmlak payı vardır. İddiaçı cavabdehlə bağlanılan bu sazişin də iddiaçının qanuni maraqlarına ziddir və bu Saziş də etibarsız hesab edilməlidir. İddiaçı hesab edir ki, həmin saziş ona zərər vurmuşdur. Çünki iddiaçı cavabdehin adına rəsmiləşdirilən, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina etdiyi halda, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1\3 hissəsindən sonuncunun xeyrinə imtina etməmişdir. Nəticədə iddiaçı bu razılaşma səbəbindən zərərə məruz qalmış və əmlak payından məhrum olmuşdur. İddiaçı bu sazişləri cavabdehlə yuxarıda qeyd etdiyi şərtlərlə, yəni, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1\3 hissəsindən cavabdehin onun xeyrinə imtina etməsi şərtilə bağlamışdır. Cavabdeh isə həmin şərtə əməl etmir və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin yarısını sonuncudan tələb edir və bu zaman bəhanə kimi bu dəlili ortaya qoyur ki, sazişlərdə onun hansısa əmlak payından imtinası yazılmamışdır. Belə olduğu halda sual yaranır: əgər nikah zamanı qazanılan hər bir əmlakda iddiaçının da 1/2 hissədə payı varsa, o nə üçün onlardan cavabdehin xeyrinə imtina edirdi? Əvəzsiz imtina edəcəkdisə, nə üçün saziş bağlayırdı? İmtina danışıqları qarşılıqlı şərtlərlə olmuşdur. Lakin sazişlər cavabdehin vəkili tərəfindən hazırlandığından iddiaçının xeyrinə əldə edilən saziş şərtləri sazişə daxil edilməmiş, sonuncu isə sazişi cavabdeh və vəkilinə inamı ucbatından avtomatik olaraq imzalamışdır. Bu isə iddiaçının vacib əhəmiyyətli yanılmasıdır ki, həmin sazişlər barədə hazırkı iddia irəli sürülmüşdür. Hazırkı iddia ilə çıxış etməzdən əvvəl iddiaçı «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehlə mübahisənin mediasiya sessiyası vasitəsilə həll edilməsi üçün müraciət etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmadı. Bu, mediatorun verdiyi 15 iyul 2022-ci il tarixli arayışla də təsdiq olunur. Odur ki, həmin birtərəfli və ədalətsiz sazişlərin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və tərəflər arasında bağlanılan həmin sazişlər məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Qanunvericilik ər-arvad arasında ümumi şəkildə belə sazişlərin bağlanılmasını nəzərdə tutursa da, bu cür sazişlər nəticəsində tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsini yolverilməz hesab edir. Belə ki, Ailə Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunur ki, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nikah müqaviləsində (sazişdə) nəzərdə tutula bilməz. İddiaçının yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Odur ki, həmin sazişlər etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanılan və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişinin və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Sazişin etibarsız hesab edilməsi, sazişlərdə iddiaçının cavabdehin xeyrinə imtina etdiyi əmlakların 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X5, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətini və ya kəsici müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Əliağa oğlunun Cavabdeh qarşı «ümumi əmlakın bölünməsi» tələbinə dair ilk iddiasının qismən, Cavabdeh İddiaçı Əliağa oğluna qarşı «nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiasının tam təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərinin; Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzilinin; Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və «Mercedes 300E» markalı 1981ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı Əliağa oğlu ilə Cavabdeh arasında payları bərabər olmaq şərti ilə bölünməsi, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzilləri; Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzili; Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və «Mercedes 300E» markalı 1981-ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1/2 pay nisbətində İddiaçı Əliağa oğlunun, 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüquqlarının tanınması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş 27 fevral 2020-ci il tarixli “Barışıq Sazişi”nin 4-cü bəndindən görünür ki, X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bölünməsi qət olunmuş Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzilləri ilə bağlı hissədən tamamilə imtina edir. Həmin Sazişin 5-ci bəndinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərlə bağlı bütün iddia, tələb və hüquqlarından, həmçinin ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimi üzrə, habelə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin mənzillərə dair ½ pay nisbətində paylı mülkiyyət hüquqlarından Cavabdeh xeyrinə imtina edir. Bu barışıq sazişi ilə tərəflər Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin mənzillərə Cavabdeh ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır (Sazişin 6-cı bəndi). İşin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2, X1 və X3 cavabdehlər X11 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsinin təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri- yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MMC ilə X13 arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar X2, İddiaçı və X3 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər X6 və "xxxx" MMC-dən alınıb birgə iddiaçılar X7, İddiaçı və X8 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdehlər X11, "xxxx" MMC-yə və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə X13 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsindən ½ (ikidə bir) hissəsinə Cavabdeh və ½ (ikidə bir) hissəsinə İddiaçı paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin Cavabdeh və İddiaçı təhvil verilməsi qət olunmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X9, "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İşin materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş 02 may 2020-ci il tarixli “Sazişi”n 3-cü bəndinə əsasən tərəflərin razılaşmasına əsasən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X1 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Həmin Sazişin 4-cü bəndinə görə Sazişin 3-cü bəndi nəzərə alınaraq X5 birgə nikah dövründə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m pay hüququnun ½ pay nisbətində paylı mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edir. Bu Saziş ilə tərəflər ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m hissəsinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin sahəyə Cavabdeh ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır (Sazişin 5-ci bəndi). Qeyd olunan Sazişin 7-ci bəndindən görünür ki, həmin Saziş mahiyyət etibarı ilə ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m paya münasibətdə Ailə Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş ər-arvadın mülkiyyətinin müqavilə rejimini müəyyən edən nikah müqaviləsinə bərabər sənəddir. İşin məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı X5 onun atası, Cavabdeh isə anasıdır. Atası ilə anası 2019-cu ildə rəsmi qaydada boşanıblar. Boşandıqdan sonra onlar öz aralarında əmlak bölgüsünü apardılar və onlar arasında olan pay bölgüsü barədə danışıqların şahidi olaraq bildirir ki, anası Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ünvanında "xxxx" MMC-nin inşa etdiyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində ona çatan 100 kv.m sahədən atası X1 xeyrinə imtina etdi. Bunu həmin vaxt rəsmiləşdirə bilmədilər, çünki həmin obyektlə bağlı məhkəmə mübahisəsi var idi və sənədləri tam hazır deyildi. Anasının həmin paydan imtinasının qarşılığında atası X14 rayonunun ərazisində yerləşən 3 ədəd mənzildəki payından və Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMC-nin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsindəki payından imtina etmişdir. Bu danışıqlar, qarşılıqlı razılaşma barədə həmin vaxt onun məlumatı olmuşdur. Hazırda isə anası atası ilə razılaşmanın ziddinə olaraq həmin 100 kv.m sahəni tələb edir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqdə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmçinin, Mülki Məcəllənin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4-cü maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər birgə nikahları dövründə müəyyən əmlaklar əldə etmişlər. Nikahları pozulduqdan sonra həmin əmlaklar onlar arasında məhkəmə qaydasında bölünmüşdür. Sonradan tərəflər arasında bağlanılan 02 may 2020-ci il tarixli Sazişə əsasən İddiaçı ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki 1/2 hissəsindən Cavabdeh xeyrinə müəyyən şərtlərlə imtina etmişdir. Cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1\3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. İddiaçı da öhdəlik götürmüşdü ki, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina edəcəkdir. Cavabdehin iddiaçıya məxsus qeyriyaşayış sahəsindəki payından imtina etməsini təsdiqləyən müqavilə şərti Sazişdə müəyyən mənada öz əksini tapmışdır. Belə ki, 02 may 2020-ci il tarixli Sazişin 3-cü bəndində yazılmışdır: «Tərəflərin razılaşmasına əsasən Cavabdeh Yasamal rayon məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa, apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X1 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürür». Sazişin bu bəndindən görünür ki, Cavabdeh şəxsən özünün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı xüsusi marağı yoxdur və həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə işində yalnız İddiaçı yazılı razılığı ilə prosessual hərəkətlər edəcəkdir. İddiaçı cavabdehlə sazişin şərtləri barədə razılaşdıqdan sonra cavabdehin vəkili tərəfindən həmin saziş tərtib edildi və iddiaçı cavabdehlə notariat kontoruna gedərək sazişi imzaladı. Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən (71 yaşı var) sərbəst şəkildə oxunması inandırıcı deyildir. Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, Sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keçirmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Nəticədə iddiaçının maraqlarını pozan, ona münasibətdə ağır şərtli saziş bağlanmışdır. Bundan əlavə, 27 fevral 2020-ci il tarixli “Barışıq sazişi”nin 4-cü bəndində nəzərdə tutulan şərtə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından Cavabdeh xeyrinə imtina etmişdir. Halbuki, Sazişdən göründüyü kimi, bu imtina birtərəfli xarakter daşımış və onun qarşılığında Cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin faktiki hallarından göründüyü kimi tərəflərin sazişlərin bağlanmasından əvvəlki danışıqları və davranışları sazişlərdə göstərilən şərtlərlə ziddiyyət təşkil etməklə, iddiaçının həmin sazişlərin bağlanmasına yönəlmiş həqiqi iradə ifadəsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə (Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi) əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32-ci maddəsinə (Ər-arvadın birgə mülkiyyəti) əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37-ci maddəsinə əsəsən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik ər-arvad arasında ümumi şəkildə belə sazişlərin bağlanılmasını nəzərdə tutursa da, bu cür sazişlər nəticəsində tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsini yolverilməz hesab edir. Belə ki, Ailə Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunur ki, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nikah müqaviləsində (sazişdə) nəzərdə tutula bilməz. Məhkəmə iddiaçının tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillərlə razılaşaraq qeyd edir ki, iddiaçının kifayər qədər yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Qeyd olunanlara görə, həmin sazişlər etibarsız hesab edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, işin məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş hər iki tərəfin övladı olan X4 yuxarıda qeyd olunan sazişlər bağlanana qədər həqiqətən də anası Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ünvanında "xxxx" MMC-nin inşa etdiyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində ona çatan 100 kv.m sahədən atası X1 xeyrinə imtina etməsini, bunun qarşılığında isə atası X1 Nəsimi rayonunun ərazisində yerləşən 3 ədəd mənzildəki payından və Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMC-nin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsindəki payından anasının xeyrinə imtina etməsini təsdiq etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iş üzrə iddia müddətini və ya kəsici müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə ərizəsinə cavab olaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin faktiki hallarından məlum olduğu kimi İddiaçı Cavabdeh ilə yuxarıda göstərilən sazişləri 2020-ci ilin fevral və may aylarında bağlamış, həmin vaxtı məsələnin sülh yolu ilə həll olunduğunu ehtimal etmiş və uzun müddət (bu ilin iyul ayına kimi) qarşı tərəfin onu aldatmasını düşünməmiş və beləliklə də yaxın vaxtlara qədər hüquqlarının pozulduğunu bilməmişdir. Buna görə də hazırki iş üzrə kəsici müddətin tətbiqinə əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılan və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişi və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Saziş etibarsız hesab edilməli, sazişlərdə iddiaçının cavabdehin xeyrinə imtina etdiyi əmlakların (Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin, 17, 18, 19 saylı mənzilləri, ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində sahəsi 172,5 kv.m olan qeyriyaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsi) 1/2 hissəsinə pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılan və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişi və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Saziş etibarsız hesab edilsin. Həmin Sazişlərdə İddiaçı Cavabdeh xeyrinə imtina etdiyi əmlakların (Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin, 17, 18, 19 saylı mənzilləri, ünvan 4 ünvanında inşa edilmiş binanın “A” girişində sahəsi 172,5 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsi) 1/2 hissəsinə pay hüququ tanınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3799/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3799/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver