Məhkəmə qərarları › İş №2(006)-3840/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3840/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3840/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3-cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və aliment” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə birgə nikahdan doğulmuş 05.09.2007-ci il təvəllüdlü X2, 12.10.2013-cü il təvəllüdlü X5 və 09.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahlarının pozulması və uşaqlarının onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında nikah Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 06.10.2007-ci il tarixində qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06.10.2007-ci il tarixli 542 saylı akt ilə qeyd edilmişdir. Həmin nikahdan 3 uşaqları - 05.09.2007-ci il təvəllüdlü X6, 12.10.2013-cü il təvəllüdlü X9 və 09.07.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün yardım göstərmir. O və azyaşlı uşaqları hal-hazırda maddi cəhətdən çətinlik çəkirlər. Hal-hazırda 3 azyaşlı uşağın tələbatının onun tərəfindən qarşılanması mümkün deyildir. Ona görə də, belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında 06.10.2007-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin ləğv edilməsi, 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 onun yanında qalmaları, 12.10.2013-cü il təvəllüdlü X5 isə anası İddiaçı yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 06.10.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan üç uşaqları - 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə münasibətləri əvvəllər çox yaxşı olsa da, son zamanlar cavabdehin ona qarşı münasibəti dəyişmiş və sonuncu, ondan aralarında olan nikahın pozulmasını tələb etməyə başlamışdır, nəticədə hər üç övladını götürərək evdən getmişdir. Onda olan məlumata görə də kirayədə yaşayır. Hazırda isə aralarında olan nikahın pozulması və uşaqların saxlanması üçün ondan alimentin tutulması barədə iddia tələbi ilə müraciət etmişdir. O, hər zaman həm qarşlıqlı iddia üzrə cavabdehə qarşı olan yaxşı münasibətini pozmamağa, həmçinin övladlarına yaxşı ata olmağa çalışmışdır. Lakin qarşlıqlı iddia üzrə cavabdeh evdən getdiyi vaxtdan bəri övladlarını ona göstərmir. O, buna cəhd göstərdikdə hər cür yollarla ona mane olmağa çalışır. O, uşaqları görmək üçün onların təhsil aldığı məktəbə getdikdə isə bu halın uşaqlara psixoloji təsir göstərdiyini bildirərək onu övladları ilə ünsiyyətdən yayındırır. Cavabdeh ona uşaqları ilə ünsiyyətdə olmağa icazə verməsə də, o, maddi imkanı çatan qədər, yəni hər ay 150 manat pulu atası vasitəsi ilə övladlarına göndərir. Cavabdehlə birgə nikahdan anadan olmuş üç övladlarından - 05.09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X7 ona çox bağlıdır. Digər övladı 12.10.2013-cü il təvəllüdlü X9 da ona bağlı olsa da, anasına daha çox bağlıdır. Ona görə də hesab edir ki, qarşlıqlı iddia üzrə cavabdehlə aralarında olan nikah pozularkən oğlu Amin Allahverdizadə anasının yanında qalmalı, digər iki qız övladları Selcan və Yağmur Allahverdizadələr onun yanında qalmalıdır. Bundan əlavə, iddia tələbində ondan hər üç övladının saxlanması üçün ümumlikdə 510 manat məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi tələb edilmişdir. Hesab edir ki, həmin alimentin miqdarı kifayət qədər çoxdur. Onun həmin məbləği hər ay ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçı özü online satışla məşğul olaraq yaxşı gəlir əldə edir. O, isə işləmir, arada iş tapdıqca fərdi əmək fəaliyyəti ilə məşğul olaraq həm öz maddi ehtiyaclarını təmin edir və həm də uşaqlarının saxlanmasına kömək etmək üçün 150 manat məbləğində pul ödəyir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın nikahın pozulması hissəsində qəbul etdiyini qeyd edərək, digər hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili X10 ilk iddianın nikahın pozulması hissəsində qəbul etdiklərini qeyd edərək, digər hissədə rədd edilməsini, 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 onun yanında qalmaları barədə qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə ilkin iddia üzrə iddiaçının, ilkin iddia üzrə cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 oktyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 340858 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X15 arasında nikah 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 adlı üç yetkinlik yaşına çatmamış uşaqları var. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının (Komissiyasının) 27.07.2021-ci il tarixli, 2/669 nömrəli rəyindən görünür ki, Nəsimi Rayon Məhkəməsindən Nəsimi rayon İcra Hakimiyyətinin "Qəyyumluq və Himayəçilik Komissiyası”na daxil olmuş 07.06.2021-ci il tarixli, 2(006)-3840/2021 nömrəli qərardadı, azyaşlılarlar - 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 valideynlərinin hansının yanında qalmasının uşaqların mənafeyinə uyğunluğu haqqında rəy verilməsinə dair məhkəmə qərardadı və ona əlavə olunmuş iddia ərizəsi Nəsimi rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”nın 14.07.2021-ci il tarixli iclasında baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı İddiaçı ilə Cavabdeh Bəxtiyar oğlu arasında 05.09.2007-ci ildə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahlarından azyaşlı övladları - 05 09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Hal-hazırda tərəflər ayrı yaşayırlar və azyaşlılar - 05.09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalır. İddiada qaldırılan məsələyə dair rəy verilməsi üçün tərəflər Nəsimi rayon İcra Hakimiyyətinin "Qəyyumluq və Himayəçilk Komissiyası”na dəvət edilmiş və onların məsələyə dair münasibətləri öyrənilmişdir. İddiaçı komissiyanın iclasında çıxış edərək, azyaşlı övladları - 05.09.2007-cı il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılması barədə rəy verilməsini xahiş etmişdir. Cavabdeh Bəxliyar oğlu isə komissiyanın iclasında çıxış edərək, azyaşlı övladları - 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 iddiaçı - İddiaçı yanında qalmasına etiraz edərək, azyaşlıların onun yanında saxlanmasına dair müvafiq rəyin qəbul ediməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 oktyabr 2011-ci il tarixli, № 6/2011 nömrəli Qərarı uyğun olaraq azyaşlılar - 05.09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X1 iclasında dinlənilmişdir. Azyaşlılar - 05.09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X1 iclasında çıxış edərək, anaları İddiaçı yanında saxlanılması barədə müvafiq rəyin qəbul edilməsini xahiş etmişdirlər, (ərizələrin surəti əlavə olunur). Nəsimi rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası" qeyd olunanları və uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. Azyaşlılar uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamağı haqqında BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyənnaməsi"nin 6-cı prinsipini nəzərə alaraq, azyaşlılar - 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmasını azyaşlılarların mənafeyinə uyğun hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının (Komissiyasının) 27.07.2021-ci il tarixli, 2/669 nömrəli rəyinə əlavə edilmiş azyaşlı 05.09.2007-ci il təvəllüdlü X6 və 09.07.2012-ci il təvəllüdlü X7 tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına (Komissiyasına) ünvanlanmış ərizələrin surətlərindən görünür ki, onlar anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə baxışı zamanı fikirləri dinlənilən X6, X7 və X9 anaları ilə qalmaq istəklərini bir daha təsdiq etmişlər. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, ilkin iddia üzrə Cavabdeh hazırda “X14” Məhdud Məsuliyyətli Cəmiyyətində rəngsaz vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 656 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Birgə nikahlarından 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 adlı üç övladları anadan olmuşdur. Hazırda tərəflər arasında birgə nikahdan anadan olmuş uşaqların hansı valideyinin yanında qalmaları ilə bağlı mübahisə yaranmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümüd yoxdur. İlkin iddia üzrə iddiaçı nikahın pozulmasında təkid edir. İlkin iddia üzrə cavabdeh isə ilkin iddianı “nikahın pozulması” hissəsində ertiraf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə, ərarvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu, habelə hər iki tərəfin nikahın pozulmasına razı olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. - 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. - 49.3-ci maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarını təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. - 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - 60.4-cü maddəsinə əsasən ayrı yaşayan valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini onların rəyini (qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə aınmaqla həll edir. «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu, BMT-in “Uşaq hüquqları Haqqında” Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. BMT Baş Məclisinin 20.11.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Göstərilən hallar əsas verir ki, uşaqlar ananın yanında qalsınlar. Belə ki, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması səbəbilə azyaşlıların ana himayəsində qalıb böyümələri onların mənafelərinə daha uyğun hesab edilməlidir. Məhkəmə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının (Komissiyasının) 27.07.2021-ci il tarixli, 2/669 nömrəli rəyini, azyaşlı 05.09.2007-ci il təvəllüdlü X2 və 09.07.2012-ci il təvəllüdlü X3 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına (Komissiyasına) ünvanlanmış ərizələrini, azyaşlı uşaqların yaşlarını, mənafelərini, habelə məhkəmə baxışı zamanı verdikləri ifadələrini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 anaları İddiaçı ilə qalmalıdırlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləği o zaman tutulur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alır. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, bu halların heç biri mövcud olmadığından, yəni ilkin iddia üzrə Cavabdeh daimi iş yeri olduğundan və aldığı aylıq əmək haqqı 656 manat təşkil etdiyindən, aliment Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində qeyd edilən qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılmaları üçün aliment sabit pul məbləğində deyil, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulmalıdır. Beləliklə, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X2, 09.07.2012-ci il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, 05.09.2007ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 anaları İddiaçı ilə qalmalı, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X2, 09.07.2012-ci il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalı, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X9 anaları İddiaçı ilə qalsınlar. Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X2, 09.07.2012-ci il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar