Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3848/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-330/2014 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 120 manat aliment tutularaq iddiaçıya ödənlməsi hissəsində dəyişdirilməsi və xx.xx.2011-ci il təvəllüdlü X1 ilə əlaqədar hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində aliment pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 Cavabdeh ilə xx.xx.2010-cu il tarixində ailə qurmuşlar və nikahları Bakı şəhəri Nəsimi rayon X7 qeydi kitabında 401 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 1 övladları- xx.xx.2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. Ailə quranda münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin günahı üzündən münasibətlərimi pisləşmiş, bir müddət nikahımızın qorunması üçün cəhdlər etməklərinə baxmayaraq, cavabdeh nikahın qorunması üçün heç bir cəhd etməmiş. əksinə daimi mübahisə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-330/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və bir azyaşlı övladlarının iddiaçının yanında saxlanılması qət edilmişdir və cavabdehdən övladının saxlanması üçün 120 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda övladı böyümüş və onun maddi və mənəvi tələbatları artdığından iddiaçı təkcə onun tələbatlarını ödəyə bilmir. Belə ki, övladları 11 yaşındadır və o, əlavə məktəb hazırlıqları ilə məşğul olur, maddi cəhətdən iddiaçının təminatı azdır və valideyninin köməyi ilə övladının tələbatlarını qismən ödəyə bilirəm. Aliment barədə qətnamənin qəbul edilməsindən 8 il keçmiş və bu müddət də həm övladları böyümüş, onların təlabatları çoxalmış, həm də Respublikada baş vermiş inflyasiya və madi təminat məhsulların qiymətlərinin yüksəlmişdir. Övladı üçün ödənilən aliment məbləği onun təlabatının tam və dolğun ödənilməsinə kifayət etmir. Ona görə hesab edir ki, cavabdeh tərəfdən övladının saxlanılması üçün ödənilən aliment azdır onların maddi və mənəvi təlabatlarını ödənilməsi üçün az olduğundan artırılmalıdır. Hazırda cavabdeh işləyir və aylıq gəliri 1000 manatdan çoxdur. Lakin cavabdeh övladına çox az məbləğdə maddi vəsait ödəyir. Övladı orta məktəbdə oxuyur və böyüdükcə onun təlabatları çoxalır və mən övladlarınn təlabatını tək ödəməkdə çətinlik çəkir. Belə ki, övladının hər aylıq saxlama xərcləri ümumilikdə götürüldükdə 400-500 manatdan çoxdur. Hazırda Azərbaycan Respublikası üzrə uşaqların saxlanılması üçün minumum yaşayış səviyyəsi 193 manat müəyyən edilsə də, uşağın saxlanılması və təhsili xərcləri həmin məbləğdən çoxdur. Bununla əlaqədar Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək mübahisənin tərəflər arasında həll edilməsini xahiş etmiş, cavabdeh “ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir”. Ona görə hesab edir ki, Cavabdeh övladlarının saxlanılması üçün alimerit məbləği artırılaraq 200 manat həddinə çatdılımalıdır. İddiaçı və cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində bağlanmış və 401 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il tarixdə anadan olan X8 yetkinlik yaşına çatmamış uşağı İddiaçı yanında saxlanması və Cavabdeh hər ay xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 120 manat alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4175/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ İİ 676681 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası X6r. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mediasiya Şurası, ünvan 2miş MŞB/3-01273 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması haqqında Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2022-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 330/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-330/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3848/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3848/2022
20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver