Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3866/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması xx.xx.2021-ci il tarixindən hesablanaraq xx.xx.2011-ci il təvəlüldlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 13 mart 2010-cu il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişlər. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Bu baxımdan da nikahın pozulmasını və böyük qızı X3 onun himayəsinə verilməsi tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən təmin olunduğundan apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-368/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq ondan Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv olunması, xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılması tələbi təmin olunaraq Cavabdehn ilə birgə nikahlarından dogulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması qərarlaşdırılmışdır. Belə ki, qızı X4 xx.xx.2021-ci il tarixindən onun himayəsindədir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafında heç bir maraq göstərməmişdir. Ondan əlavə digər uşağı xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində qalmasına baxmayaraq, ona da ana nəvazişi və qayğısı göstərmir. Özü işlədiyinə görə demək olar ki, kiçik qızı qonşuların ümidinə qalmışdır. Bu da onu bir ata kimi narahat edən məsələlərdən biridir. Göründüyü kimi, cavabdeh bir valideyin kimi uşaqların böyüməsində, sosial inkişafında heç bir maraq göstərmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3-cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və s” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “uşağın himayəyə qaytarılması və alimentin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsinin “xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunması, qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsi, İddiaçı “xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılması” tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2376/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) vəzifəsində çalışmaqla aylıq 407 manat əmək haqqı alır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı adına əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Daha sonra aralarında olan nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. Tərəflər arasında nikahın pozulması, uşaqların valideynlərdən birinin himayəsinə verilməsi və azyaşlıların saxlanılmaları üçün alimentin tutulması məsələsinə məhkəmədə baxıldığı dövrdə tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 atası İddiaçı ilə və xx.xx.2019-cu il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, lakin İddiaçı aliment tələbinə dair iddiası apelyasiya instansiyası məhkəməsində təmin edilməmiş və işə kassasiya qaydasında baxılarkən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğundan, habelə xx.xx.2019-cu il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, məhkəmə hesab edir ki, eynilə digər valideyn İddiaçı himayəsinə verilmiş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün də aliment tutulmalı və alimentin tutulması iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixdən deyil, hazırki iddia ilə məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iddiaçı yuxarıda qeyd edilən “nikahın pozulması və s.” iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə, habelə apelyasiya şikayəti verməklə, alimentin ödənilməsini xahiş etmiş və məhkəmənin yuxarıda qeyd olunan qərarları qəbul olunmuşdur. Bununla da məhkəmə hesab edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən həmin hissəyə həmin dövrdə qiymət verildiyindən, hazırki vəziyyətdə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3866/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3866/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver