Məhkəmə qərarları › İş №2(006)-3871/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3871/2021

08.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3871/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nə, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında göstərdi ki, hal-hazırda cavabdehlə barışığa gəlmişlər və bu səbəbdən mülki işlə əlaqədar onunla cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli barışıq sazişin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 08.07.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, bir tərəfdən Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında qeydiyyatda olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru X4 şəxsində, digər tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı şəxsində (bir yerdə “tərəflər” adlandırılacaqlar) aşağıdakı şərtlərlə barışıq sazişini imzalamışlar. 1. Bu “Barışıq Saziş”i iddiaçı X1 cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-3871/2021 saylı iş üzrə barışıq sazişidir. 2. X10 ilə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-733A ünvanındakı 0.097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinin 325125 manat qiymətlə qəbul edilməsini; əmlak əldə edildikdən sonra iddiaçının 100.LN.2105.281113.00001 saylı, 28 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 202.795,46 manat borcunun silinməsini; yaranan 122.280,54 manar fərqin iddiaçının təqdim etdiyi etibarnamə üzrə nümayəndəsi X5 adına olan cari bank hesabına bu “Barışıq Sazişi”nin təsdiq edildiyi gündən 10 iş günü müddətində ödəməyi; İddiaçı 100.LN.2105.281113.00001 saylı 28 noyabr 2013-cü il tarixli “Kredit müqavilə”si üzrə hər hansı məbləğdə borcunun (əsas, faiz və cərimə) olmadığını bəyan edilməsini öhdəsinə götürür. 3. Bu “Barışıq Saziş”i ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüş olduğu hazırki iddia tələbindən imtina edir; Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773A ünvanındakı 0.097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinin ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyətinə (balansına) keçməsinə etiraz etmir; habelə gələcəkdə iş üzrə cavabdehə qarşı əmlak və pul tələbinə dair iddia irəli sürməyəcəyini; Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773 A ünvanındakı 0.097 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinə dair sərəncam və sahiblik hüquqlarını cavabdehə “Barışıq Sazişi”nin məhkəmə tərəfindən təsdiq edildiyi gündən keçməsini və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773 A ünvanındakı 0.097 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evini heç bir mane yaratmadan və boş vəziyyətdə 01 sentyabr 2021-ci il tarixinə qədər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsini öhdəsinə götürür. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, tərəflər arasında 08.07.2021-ci il tarixdə bağlanmış barışıq sazişi həmin şərtlərlə məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən hakim iş üzrə icraata tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər "xxxx" ASC-nə, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi tələbinə dair» iddia ərizəsi üzrə tərəflər arasında 08.07.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilsin və hazırki mülki işin icraatına xitam verilsin:

1. Bu “Barışıq Saziş”i iddiaçı X1 cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-3871/2021 saylı iş üzrə barışıq sazişidir.

2. X10 ilə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-733A ünvanındakı 0.097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinin 325125 manat qiymətlə qəbul edilməsini; əmlak əldə edildikdən sonra iddiaçının 100.LN.2105.281113.00001 saylı, 28 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 202.795,46 manat borcunun silinməsini; yaranan 122.280,54 manar fərqin iddiaçının təqdim etdiyi etibarnamə üzrə nümayəndəsi X5 adına olan cari bank hesabına bu “Barışıq Sazişi”nin təsdiq edildiyi gündən 10 iş günü müddətində ödəməyi; İddiaçı 100.LN.2105.281113.00001 saylı 28 noyabr 2013-cü il tarixli “Kredit müqavilə”si üzrə hər hansı məbləğdə borcunun (əsas, faiz və cərimə) olmadığını bəyan edilməsini öhdəsinə götürür.

3. Bu “Barışıq Saziş”i ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüş olduğu hazırki iddia tələbindən imtina edir; Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773A ünvanındakı 0.097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinin ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyətinə (balansına) keçməsinə etiraz etmir; habelə gələcəkdə iş üzrə cavabdehə qarşı əmlak və pul tələbinə dair iddia irəli sürməyəcəyini; Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773 A ünvanındakı 0.097 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evinə dair sərəncam və sahiblik hüquqlarını cavabdehə “Barışıq Sazişi”nin məhkəmə tərəfindən təsdiq edildiyi gündən keçməsini və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-773 A ünvanındakı 0.097 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 207.1 kv.m metrdən ibarət bağ evini heç bir mane yaratmadan və boş vəziyyətdə 01 sentyabr 2021-ci il tarixinə qədər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsini öhdəsinə götürür. İddiaçıya izah edilsin ki, hazırki iddiadan imtina etdiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar