Məhkəmə qərarları › İş №2(006)-3888/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3888/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3888/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmışdır. Hal-hazırda 2-ci qrup əlildir. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır. Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı ilkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta pulu verilir. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. Qeyd edək ki, 1997-ci ilin may ayının 20-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilib. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, № 020484 saylı vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin 872892 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli qərarından görünür ki, 1992-ci ilin aprel ayında Qaradağ PHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində xidmətetmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travma nə səbəbə ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək keçirilmiş qapalı kəllə beyin travmasından baş beyin silkələnməsi sonrakı vəziyyət diaqnozu ilə N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur və xx.xx.1994-cü ildə HHK tərəfindən şəhadətləndirilmişdir. N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli arayış, xx.xx.1994-cü il tarixli ambulator kartası Tər-Tər qarnizonu hərbi prokurorluğunun xx xxxxxx 1998-ci il tarixli amnistiya qərarı ilə azad edilmişdir. xx xxxxxx 1998-ci il tarixli amnistiya qərarı. “Hərbi travmadır”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 xx xxxx 2019-cu il tarixli, 07-07-360 saylı məktubundan görünür ki, Sizin hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Dövlət Sığorta Şirkətinə ünvanlandırdığınız xx xxxxxx 2019-cu il tarixli ərizənizə baxıldı. Bildirilir ki, İİ qrup əlillik dərəcəsi almanız ilə əlaqədar Şirkətin elektron informasiya bazasına əsasən İddiaçı xx xxxxxxxx 1999-cu il tarixdə Qaradağ rayon Dövlət Sığorta Filialı tərəfindən ******* manat yeni manatla 660 manat sığorta məbləği ödənilmişdir. Beləliklə, Azərbaycan Respublikası Dövlət X3 xx xxxx 2019-cu il tarixli, 07-07-360 saylı məktubundan görünürdüyü kimi İİ qrup əlillik dərəcəsi alınması ilə əlaqədar Şirkətin elektron informasiya bazasına əsasən İddiaçı xx xxxxxxxx 1999-cu il tarixdə Qaradağ rayon Dövlət Sığorta Filialı tərəfindən ******* manat yeni manatla 660 manat sığorta məbləği ödənilmiş, buna görə də iddiaçıyacavabdeh tərəfindən sığorta ödənişi ödənilməməlidir. Məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində İddiaçı sığorta məbləği ödənilmişdir. Ona görə də iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar