Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-389/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qıznın, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, vətəndaşın işgüzar nüfuzunun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, vətəndaşın işgüzar nüfuzunun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “Tik- Tok” hesabında ““Bank Respublika”ya onun adına “Yelo Bank”ın zəmanət məqsədilə qoyduğu 34000 AZN pulu “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunlu paylaşımının onun işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumat hesab olunmaqla Cavabdeh üzərinə ona məxsus “Tik-Tok” hesabında “Mən - Cavabdeh bildirirəm ki, mənə məxsus “Tik-Tok” hesabında ““Bank Respublika”ya mənim adıma “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunda təkzib vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması və Cavabdeh onun xeyrinə 10000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, onun İddiaçı qarşı heç bir təhqir və tənqid işlətmədiyini, ümumiyyətlə onun elə bir səhifəsinin olmadığını bildirmişdir. Həmçinin o bildirir ki, o, dələduz sözünü yazmayıb, “dəliduz” yazıb. Dəliduz isə acıdil deməkdir. O, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarının 33-37-ci səhifələrində olan ekran qeydlərindən (ScreenShot) görünür ki, “elcinqocayev539” sosial şəbəkədən “Yelo Bankın həyasızlığı görün hansı həddə çatıb ki, 166 daşınma xidmətinə görə məndən 4200 azn pul istəyir”, “Dələduzlar cəzasız qalmamalıdır.”, ““Bank Respublika”ya onun adına “Yelo Bank”ın zəmanət məqsədilə qoyduğu 34000 AZN pulu “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm”, “Diqqət Diqqət dələduzlar və quldur dəstədindən təşkil olunmuş Yelo Bankdan kredit götürmək istəyən müştərilərin nəzərinə Yelo Bankdan vaz keçin” məzmunlu ifadələr paylaşılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, xx.xx.2014-cü il tarixli 21-C-l-0656-14 saylı kredit müqaviləsinə əsasən onun Yelo Banka 38838 ABŞ dolları indiki məzənnə ilə 66000 AZN borcu olduğu halda bank ondan qalıq borcu bəhanəsi ilə 8983 AZN pul tələb etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Yelo Banka ödəniş etmiş, imzası ilə qəbz versələr də qəbzi və şəxsiyyət vəsiqəsini bankın mütəxəsisi Cavid götürmüş alqı-satqı qurtardıqdan sonra verəcəyini bildirmişdir. Əlavə yəni 75000 AZN pul tutdu, çünki alqı-satqını özü aparırdı. Notariat kontorunda bankın mütəxəsisi Cavidə bildirmişdir ki, Nəsimi Rayom Məhkəməsinin qərarında qalan pulun ona qaytarılması aydın şəkildə öz əksini tapır. Bu ev hərracda ucuz qiymətə satılmayıb ki, qalıq borc qala 116000 AZN alğı-satqı aparıldı, Yelo Bank nə rəsmi şəkildə nə də qeyri-rəsmi şəkildə ona pul verməmişdir. Dəllal qismində çıxış edən bank nümayəndəsi Ayaz adlı biri 34000 AZN Bank Respublikaya halallıq adı altında onun adına pul qoymuşlar. Alğı-satqıdan sonra sənədini götürmüşdür ki, ona çatacaq 34000 AZN pulu götürsün. Bankda ona bildirmişlər ki, o pul başqa hesaba köçürülüb. Bu qədər özbaşnalıq olarmı? Evini satıb onu pulsuz qoyublar. Bank ona deyir ki, Ayazlıqdı, Ayaz deyir Banklıqdı bankdan istə pulunu. Bütün bunlara baxmayaraq “Yelo Bank” və bu işlərdə iştirak edənlər onu məhkəmə ilə hədələyirlər ki, o, sussun. Belə ki, o qeyd edir ki, iddiaçı səhifənin ona aid olmasını sübut etməlidir. O, həmçinin məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-4/1956 saylı ekspert rəyindən görünür ki, “Tik-Tok” sosial şəbəkəsində Cavabdeh məxsus elcinqocayev539 adlı səhifədə yazılmış “Bank Respublikaya mənim adıma Yelo Bankın zəmanət məqsədliə qoyduğu 34000 manat Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu Yelo Bankın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” (iş materiallarının 33-37-ci səhifələrində olan) ifadələri öz təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini ləkələyən xarakterlidir. Məlumatın həqiqiliyinin müəyyən olunması hüquqi araşdırmaya aid məsələlərdir. İş materiallarında olan Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı işgüzar nüfuzunun ləkələnməsi iddia tələbi irəli sürməkdə haqlıdır. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi ifadə ilə məhkəməyə ünvanlandığı izahatlarında ziddiyyətlər mövcuddur. Cavabdeh izahatının birində onun belə bir səhifəsi olmadığını bildirsə də, 12 oktyabr 2023-cü il tarixli məhkəmə iclas protokolundan (səh. 67) görünür ki, o, onun Tik-Tok hesabının olduğunu bildirir və o yazılarını yazdığı, lakin həmin ifadələri yazarkən iddiaçı Cavidi nəzərdə tutmadığını bildirir. Məhkəmə cavabdehin ilk verdiyi izahatı mötəbər sübut kimi qəbul edir, digər izahatı isə artıq özünümüdafiə xarakteri daşıyır. Həmçinin cavabdeh məhkəməyə baş vermiş hadisələrlə bağlı dəfələrlə müraciətlər etsə də, o, ifadələrini təsdiq edəcək heç bir sənəd və ya sübut təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyindən də görünür ki, “Tik-Tok” sosial şəbəkəsində Cavabdeh məxsus elcinqocayev539 adlı səhifədə yazılmış “Bank Respublikaya mənim adıma Yelo Bankın zəmanət məqsədliə qoyduğu 34000 manat Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu Yelo Bankın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” (iş materiallarının 33-37-ci səhifələrində olan) ifadələri öz təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini ləkələyən xarakterlidir. İddia tələbinin vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, mənəvi ziyanın tutulması tələbi 500 manat hissəsində təmin edilə bilər. Belə ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Kompensasiya (əvəzin ödənilməsi) yanaşmasına görə mənəvi zərərin məqsədi vurulmuş zərərin eynilə (məsələn, təhqirə görə üzr istənilməsi) və ya pulla aradan qaldırılmasıdır. Mənəvi zərərin zərər çəkənə ödəniləcək müəyyən məbləğdə pulla tam olaraq aradan qaldırılması mümkün deyildir. Lakin bu hal mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna etmir. Məhkəmə hazırki işdə vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunan qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 500 manat həcmində müəyyənləşdirilməlidir. Çünki həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Ona görə də mənəvi ziyanın məbləği 500 manat həddində müəyyən edilməsi ağlabatandır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 tərəfindən “Tik-Tok” sosial şəbəsində ““Bank Respublika”ya onun adına “Yelo Bank”ın zəmanət məqsədilə qoyduğu 34000 AZN pulu “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunlu yazıları həqiqətə uyğun olmayan məlumatlar hesab olunmaqla İddiaçı işgüzar nüfuzunu ləkələyən ifadələr hesab olunmalı, həmin yazılara görə Cavabdeh tərəfindən “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə təkzib yerləşdirilməli və dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 120 manat məbləğində pulun 60 manat hissəsi İddiaçı, 60 manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən “Tik-Tok” sosial şəbəsində yazılan “Bank Respublika”ya onun adına “Yelo Bank”ın zəmanət məqsədilə qoyduğu 34000 AZN pulu “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunlu yazılar həqiqətə uyğun olmayan məlumatlar hesab olunmaqla İddiaçı işgüzar nüfuzunu ləkələyən ifadələr hesab olunsun. “Tik-Tok” sosial şəbəsində yazılan “Bank Respublika”ya onun adına “Yelo Bank”ın zəmanət məqsədilə qoyduğu 34000 AZN pulu “Yelo Bank”ın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu. Cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunlu yazılarına görə Cavabdeh tərəfindən “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə təkzib yerləşdirilsin. Dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 120 (yüz iyirmi) manat məbləğində pulun 60 (altmış) manat hissəsi İddiaçı, 60 (altmış) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-389/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-389/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver