Məhkəmə qərarları › İş №2(006)-3901/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3901/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3901/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair ilkin iddia ərizəsi üzrə mülki işə və iddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıCavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat oaln sep olmaqla qızıl-zinət əşyaları və onların dəyəri olan pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ümumi çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü, ümumi dəyəri 400 manat olan nişan üzüyünün X1 alınaraq ona verilməsi, bu mümkün olmadıqda onun dəyəri olan 400 manatın alınaraq Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, izahatında bildirdi ki, o, xx xxxx 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. xx xxxxxx 2019-cu il təvəllüdlü X6r. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, belə ki, kənar müdaxilə nəticəsində aralarında daima söz-söhbət yaranmışdır. Bu səbəbdən də Nəsimi rayon Məhkəməsində nikahın pozulması tələbinə dair tələbinə dair iddia qaldırmışdır. Həmçinin qeyd edir ki, ona məxsus qızıl-zinət əşyaları hazırda cavabdehdədir. Qarşılıqlı iddiada göstərilən Cavabdeh məxsus ümumi çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü, ümumi dəyəri 400 manat olan nişan üzüyünun ondan tələb edilməsi əsasızdır. Həmin üzük cavabdehdədir. Sonda iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X3 ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu ildə özü könüllü şəkildə özünəməxsus qızıl-ziynət əşyalarını, Cavabdeh məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsini, özü tərəfindən hədiyyə olan, Cavabdeh alınmış çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü, X7 məxsus doğum haqqında şəhadətnaməni, nikah şəhadətnaməsini və digər şəxsi geyim əşyalarının əksəriyyətini götürərək səbəbsiz yerə mənzili tərk etmişdir. Daha sonra xx.xx.2019-cu il tarixində o, yaxın qohumları ilə birgə yaşadıqları Nəsimi rayonu, 5 mkr, 20 yanvar küçəsi, ev 06, mənzil 117 ünvanına gələrək özünəməxsus digər əşyaları götürərək çıxıb getmişdir. Daha sonra 2019-cu ilin dekabr ayında atası Qasımov Məhəmməd ilə birlikdə təkrar ünvanlarına gələrək özünə aid digər yataq dəstləri, süfrələr və digər yüngül cehiz əşyaları götürərək getmişdir. İlk dəfə olduğu kimi digər iki dəfə yaxın qohumları ilə gəldiyində sərbəst şəkildə özünəməxsus qızıl əşyalarını və digər əşyaları götürərək getmişdir. Qeyd edilənlərə əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 öz izahatında bildirmişdir ki, o, İddiaçı xalasıdır. İddiaçı ilə Cavabdeh arasında daima mübahisələr olmuş, sonda boşanmışlar. İddiaçı evdən çıxan zaman heç nəyi götürməmişdir. Bir neçə gün sonra X4 getmiş, iddiaçıya və uşağa məxsus bəzi əşyaları götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X8 öz izahatında bildirmişdir ki, İddiaçı atası onun həyat yoldaşının əmisi oğludur. O, X4 ilə birlikdə mübahisədən sonra Cavabdeh evinə getmiş, bəzi əşyaları götürmüşlər. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddiaçının və cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 saylı Bakı Asan Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ İV № 256014 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il təvəllüdlü X5 valideynləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər xx.xx.2018-ci il tarixində rəsmi nikaha girmiş və el adəti ilə toy məclisi keçirib ər-arvad münasibətlərinə daxil olmuşlar. İddiaçı tələb etdiyi qızıl-ziynət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmin əşyaların toy ərəfəsində iddiaçıya hədiyyə edildiyini etiraf etsə də, sonradan əşyaların iddiaçının özü tərəfindən aparıldığını iddia edir. Lakin, cavabdeh qızıl ziynət əşyalarının iddiaçı tərəfindən aparıldığına dair məhkəməyə heç bir sübut təqdim etmir. Hal bu ki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat olan sep olmaqla qızıl-zinət əşyaları həqiqətəndə cavabdeh tərəfindən ona hədiyyə edildiyini və hazırda həmin əşyaların cavabdehdə olduğunu məhkəmədə sübuta yetirə bildi. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, sözügedən qızılzinət əşyaları cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1- cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV-cü bəndlərinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan qanun normalarına əsaslanaraq, hazırkı mübahisə üzrə dəlilləri və tərəflərin münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının iradəsinə zidd əmlakını verməyib, istifadəsində saxlaması qanuna ziddir. Cavabdehin qanunsuz istifadəsinə saxladığı əmlakın geri tələb edilməsi ilə bağlı iddiaçının tələbi qanuni və əsaslıdır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-ziynət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh məxsus ümumi çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü, ümumi dəyəri 400 manat olan nişan üzüyünün X1 alınaraq ona verilməsi, bu mümkün olmadıqda onun dəyəri olan 400 manatın alınaraq Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Cavabdeh 5 qram olan 750 əyarlı qızıl üzüyü İddiaçı tərəfindən evdən aparılmasını və özündə saxlanılması barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. AzərbaycanRespublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh ona məxsus olan 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat olan sep olmaqla qızıl-zinət əşyaları və onların dəyəri olan pulun alınıb ona qaytarılsın. “Qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar