Məhkəmə qərarları › İş №2(006)-3938/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3938/2021

20.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3938/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızı cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ilə cavabdeh İddiaçı3 arasında bağlanmış 27 oktyabr 2014cü il tarixli K-163/2014 saylı “Kredit müqaviləsi” və 01.05,2015-ci il tarixli K-025/2015 saylı “Kredit müqaviləsi” üzrə cəmi borc məbləğini təşkil edən (45.444,53 + 3.120,52 - 973,11 =) 47.591,94 (qırx yeddi min beş yüz doxsan bir manat doxsan dörd qəpik) manat kredit öhdəliyinə onun İddiaçı3 BOKT “xxxx” MMC-nin xeyrinə tutulmaqla xitam verilməsi; Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ilə cavabdeh İddiaçı3 arasında bağlanmış 27.10.2014-cü il tarixli K-163/2014 saylı “Kredit müqaviləsi” üzrə öhdəliklərin təminatı olan 27.10.2014-cü il tarixli, İ-027/2014 saylı “Sonrakı ipoteka müqaviləsi” və 01.05.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01.05.2015-ci il tarixli, 1-006/2015 saylı “İpoteka müqaviləsi” əsasında təminat üsulu olaraq yüklü edilmiş İddiaçı1 Sadiq qızına məxsus ünvan 1 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar ipotekalara xitam verilməsi və həmin əmlakların ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında işlərin birləşdirilməsi barədə vəsatət ilə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və sair tələbləri barədə” birgə iddiasına dair 2(006)-3938/2021 saylı mülki işin ilkin olaraq icraata qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT “xxxx” MMC cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair e-2(005)-164/2021 saylı mülki işlə birləşdirilməsi və işlərə birgə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı '‘öhdəliyə xitam verilməsi və sair tələbləri barədə” birgə iddiasına dair 2(006)-3938/2021 saylı mülki iş vardır və həmin işin məhkəmə hazırlıq iclası 20 may 2021-ci il tarixə saat 14:55-ə təyin edilmişdir. İddiaçılar iddia ərizəsində Nərimanov Rayon Məhkəməsinin icraatında olan və məhkəmə baxışı mərhələsində olan e-2(005)-164/2021 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 9/4944 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləğinin İddiaçı3 BOKT “xxxx” MMC-nin xeyrinə tutulmaqla 27.10.2014-cü il tarixli K-163/2014 saylı və və 01,05.2015-ci il tarixli K025/2015 saylı “Kredit müqavilələri” üzrə yaranmış kredit öhdəliklərinə xitam verilməsi, həmin kredit öhdəliklərinin təminatı olan ipotekalara xitam verilməsi və əmlakların ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə ki, iddiaçı BOKT “xxxx” MMC cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızına qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizələr ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 27.10.2014-cü il tarixli K-163/2014 saylı və və 01.05.2015-ci il tarixli K025/2015 saylı “Kredit müqavilələri” üzrə yaranmış borcun tutulmasını və tutmanın cavabdehlərə məxsus ipoteka predmeti olan əmlaklara yönəldilməsini xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatındadır və ekspert rəyi alındıqdan sonra mülki işin məhkəmə baxışı 20 may 2021 -ci il tarixə saat 09:30-a təyin edilmişdir. Göründüyü kimi, hər iki mülki iş bir-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması məqsədəmüvafiqdir. MPM-nin “birbiri ilə əlaqədar olan bir neçə işin aidiyyəti” adlı 43-cü maddəsinin tələbinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir (maddə 43.1.). Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43.2.). Beləliklə, MPM-nin 43-cü maddəsinə istinad edərək hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və sair tələbləri barədə” birgə iddiasına dair 2(006)-3938/2021 saylı mülki iş ilkin olaraq icraata qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT “xxxx” MMC cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair e-2(005)-164/2021 saylı mülki işlə birləşdirilməli və işlərə birgə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı BOKT “xxxx” MMC-nin cavabdeh İddiaçı2 və q. qarşı “borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04.2020-ci il tarixli, 2(005)- 1904/2020 saylı qərardadından (hakim Vüqar Quliyev) görünür ki, iddiaçı BOKT “xxxx” MMC cavabdeh İddiaçı2 və q. qarşı “borc və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ərizəsi 31.05.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 06.05.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızı BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(006)-3938/2021 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası ərizəsi 07.05.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 20.05.2021-ci il tarixə, saat 14:55-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırkı iş üzrə cavabdehin işlərə birgə baxılmasına dair xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-164/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3938/2021 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair 2(006)- 3938/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT “xxxx” MMC cavabdeh İddiaçı2 və q. qarşı “borc və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalı və bu məqsədlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3938/2021 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 44, 184, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 Sadiq qızının cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair 2(006)-3938/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT “xxxx” MMC cavabdeh İddiaçı2 və q. qarşı “borc və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)-164/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar