Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3971/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qıznın sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin azaldılaraq əmək haqqının yarısı məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Tərəflərin rəsmi nikahından övladları -xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün nikahları pozulmuş və uşaqların saxlanması üçün cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. Övladına aliment verməkdən imtina etmir. Belə ki, həmin övlad onunla bərabər anasının da övladıdır. Cavabdeh də işləyərək övladının digər ehtiyaclarını təmin edə bilər. Maaşı çox azdır və sabit pul məbləğində aliment verdikdən sonra onun öz ehtiyacları üçün vəsait qalmır. Həmçinin cavabdehlə aralarında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir, lakin cavabdeh ilkin mediasiya sesssiyasında iştirak etsə də, razılıq əldə edilməmiş, bununla bağlı müvafiq arayış təqdim olunmuşdur. Həmçinin tərəfindən ilkin mediasiya ilə bağlı 50 manat məbləğində medaisiyaya dair xərc ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC-də texniki işçi olaraq işləyir və 600 manat əmək haqqı alır. Uşaqların saxlanması üçün 600 manat məbləğində aliment təyin olunanda ümumiyyətlə işləmirdi. İndi ikinci dəfə ailə qurub, həmin nikahdan uşağı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 600 manat əmək haqqını rəsmi olaraq alır, amma digər yarısı ona əlbəəl ödənilir. Bakı şəhərində 28 May küçəsində iddiaçının iki evi var və kirayəyə verir. Özü iddiaçını axtaranda evinə getmiş və o zaman ərəblərə kirayəyə verildiyinin şahidi olmuşdur. Nikah dövründə əmlakla bağlı mübahisələrdən yayınmaq üçün evləri öz adına rəsmiləşdirməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3587/2023 saylı qətnaməsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1206/2022 saylı qətnaməsi əsasında cavabdeh İddiaçı Bəxtiyroviçdən iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik aşna çatanadək saxlanıması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1485/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3587/2023 saylı qətnaməsi hər ay hər uşağa görə sabit pul məbləğində tutulan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməsi, alimentin miqdarı hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1485/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş cavabdeh İddiaçı göndərilmişdir. 02 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/2/2024-00735 saylı, xx.xx.2024cü il tarixli ilkin mediasiy sessiyasındaa iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərci olan 60 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. «X9 MMC»nin xx.xx.2022-ci il tarixli 022-303 saylı əmrinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən İddiaçılə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən, İddiaçı "xxxx" MMC-nin inzibati binası və icarəyə götürdüyü digər sahələrdə vəkalət verənin müəyyən etdiyi vaxtlarda müəyyən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən, İddiaçı 2024-cü ilin may, iyun və iyul aylarında 600 manat əmək haqqı almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını aldığı əmək haqqının az olması səbəbindən müəyyənləşdirilmiş alimentin ödənilməsində çətinliklər yaranmasına əsaslanmaqla tələb etmişdir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 3 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3587/2023 saylı qətnaməsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1206/2022 saylı qətnaməsi əsasında cavabdeh İddiaçı Bəxtiyroviçdən iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, üç uşağın hər biri üçün 180 manat müəyyən edilmiş, hər iki tərəfin apellyasiya şikayəti əsasında yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği ilə bağlı hazırda mübahisə yaranmışdır. Göründüyü kimi iddiaçı daha əvvəl də hər uşaq üçün təyin olunmuş 180 manat alimentin məbləğini mübahisələndirmiş, lakin onun apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir, əksinə Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, alimentin miqdarı hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 600 manat müəyyən edilmişdir. Həmin vaxtdan hazırkı iddia qaldırılan dövrədək keçən 5 aylıq müddət ərzində alimentin azaldılmasına əsas ola bilən halların baş verməsi müəyyən edilməmiş, əksinə hazırda iddiaçının müntəzəm əmək haqqı almaqla əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1485/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi çıxarılarkən iddiaçı heç bir yerdə işləməməsini, valideyninin maddi yardımı hesabına yaşadığını əsas gətirməklə hər uşağa görə 150 manat aliment, ümumilikdə 450 manat ödəmək iqtidarında olduğunu bildirmişdir. Hazırda isə əmək haqqının 600 manat olmasını əsas gətirməklə təyin olunmuş alimentin miqdarının azaldılmasını tələb edir. Göründüyü kimi sözügedən qətnamə çıxarılarkən iddiaçının işsiz olaraq üç uşağa görə 600 manat məbləğində alimentin müəyyən olunduğu halda, hazırda 600 manat əmək haqqı alması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində onun vəziyyətini pisləşdirən dəyişikliklərin olması ilə bağlı iddiaçının dəlillərinin əsassız olmasını təsdiq edir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi həddində - üç uşağa görə iddiaçının 600 manat sabit gəlirin yarsının – ümumilikdə 300 manat məbləğində alimentin (hər uşağa görə 100 manat) müəyyən edilməsi uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. İddiaçının “uşaqların saxlanılması ilə bağlı xərclərdə ata və ananın iştirakının bərabər olması”na dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, uşaqların iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 maddi cəhətdən təmin etməyə borcludur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3971/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3971/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver