Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3976/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi iştirakı, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semih və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkayın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Süngericli Semihə qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semihin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) Süngericli İlkaya qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkay ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Süngericli Semihə qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semihin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) Süngericli İlkaya qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının (ilkin iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırda Türkiyə Respublikasında eyni tərəflər arasında eyni predmet də daxil olmaqla məhkəmə mübahisəsi getməkdədir. Qarşı tərəfin niyyəti sadəcə hüquqlarını müdafiə etdiyi şəxsə qarşı bir sıra məhkəmələrdə iddialar irəli sürməklə onu sıxışdırmaqdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semih qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkay məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkayın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Süngericli Semihə qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semihin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) Süngericli İlkaya qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırda Türkiyə Respublikasının İstanbul Anadolu 21.Ailə Məhkəməsində iddiaçı İlkay Süngericlinin cavabdeh Semih Süngericliyə qarşı “boşanma, uşaq və aliment tələbi”nə dair mülki işə baxılmaqdadır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni əsaslarla mübahisə üzrə iş başqa məhkəmənin icraatında olduğundan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkayın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Süngericli Semihə qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semihin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) Süngericli İlkaya qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süngericli İlkayın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Süngericli Semihə qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Süngericli Semihin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) Süngericli İlkaya qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3976/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3976/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver