Məhkəmə qərarları › İş №2(006)-3988/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3988/2020

15.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3988/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi RayonMəhkəməsinəmüraciətedərək,Naxçıvan şəhəri 20ci məhəllədəmülkiyyətində olan 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,5 otaqlı 85.55kv.m yaşayış - kv.m qeyriyaşayış-kv.m köməkçi sahədən ibarət 95 A nömrəlifərdi yaşayış evimə olan ipotekaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, 20-ci məhəllədə mülkiyyətində olan 0.1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,5 otaqlı 85.55 kv.m yaşayış—kv.m qeyri-yaşayış-kv.m köməkçi sahədən ibarət 95 A nömrəli fərdi yaşayış evini Cavabdeh ASC-nin Şərur rayon Filialına ipoteka qoymuşdur. Əsas borclu isə X1r və haliyyədə məhkəmə qətnaməsini icra etmədiyinə görə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2015-ci ilin aprel və iyun ayında mülkiyətimdə olan ev ipotekaya əsasən Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi tərəfindən hərraca çıxarılmış və satılmamışdır. Bu barədə cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmişdir.Bundan başqa Cavabdeh ASC-nin Şərur rayon Filialına ipoteka predmetini götürmək təklif edilmiş və sonuncu əmlaka faktiki olaraq sahiblik etməmişdir. Qeyd olunanlara əsasən Naxçıvan şəhəri 20ci məhəllədə mülkiyyətində olan 0,1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı 85.55 kv.m yaşayış - kv.m qeyri-yaşayış-kv.m köməkçi sahədən ibarət 95 A nömrəli fərdi yaşayış evimə olan ipotekaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşlarının həyata keçirilmədiyini və İran İslam Respublikası yolu vasitəsilə sərnişin daşınması dayandırıldığı üçün Bakı şəhərinə gələ bilmədiyini nəzərə alaraq onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin məhkəməyə müraciət edərək işə baxılmasını xahiş etdiyini nəzərə alınmaqla, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2580/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8424/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)- 2580/2018 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-405/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməklə, ipotekaya xitam verilməsini mübahisələndirmiş, bununla da bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından istifadə etmişdir. Belə ki, qeyd edilən iddianın (“ipotekaya xitam verilməsi”) və hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı olan iddianın (“ipotekaya xitam verilməsi”) qanuni əsasları (“İpoteka haqqında” Qanunun 43..4- 43.8 və 48-ci maddələri) və predmeti (Naxçıvan şəhəri, 20-ci məhəllədə mülkiyyətində olan 0.1003 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,5 otaqlı 85.55 kv.m yaşayış—kv.m qeyri-yaşayış-kv.m köməkçi sahədən ibarət 95 A nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü), habelə iş üzrə cəlb edilmiş tərəflər eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh ASC-yə qarşı hazırda irəli sürülən iddia üzrə tərəflər, predmet və əsaslar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş mülki işdəki tərəflər, predmet və əsaslarla eynilik təşkil etdiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar