Məhkəmə qərarları › İş №2(006)-3990/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3990/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3990/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı polkovnik-leytenant X16 Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə zabit qismində xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olmuşdur. Lakin bu günə qədər iddiaçı onun vəfat etməsi ilə əlaqədar qanunda nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşının hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olduğunu bildirmiş və onun ölümünə görə “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanununda nəzərdə tutulmuş 11 000 manat sığorta ödənişinin iddiaçıya verilməsi üçün qərar qəbul edilməsini (göstəriş verilməsini) xahiş etmişdir. Lakin müraciətə xx.xx.2020-ci il tarixli, 07-07-243 №-li məktubla imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanına əsasən xx.xx.1997-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinə həvalə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının həyat yoldaşının həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü və hərbi əməliyyatlarla əlaqədar yox, onun xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Göstərilənlərə əsasən, iddiaçının mərhum həyat yoldaşı polkovnik-leytenant X9 hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmasına görə “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanununda nəzərdə tutulmuş 11 000 manat sığorta ödənişinin və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh AR Dövlət X4 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 1979-cu ildə Səadət Sarayı tərəfindən verilmiş H-ЖГ № 345533 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X3 xx xxxxxx 1979-cu il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikah haqqında akt qeydləri kitabında 5139 nömrə ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. İşdə olan xx xxxxxx 1999-cu ildə Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ- ЖГ № 477667 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx xxx 1994-cü ildə 36 yaşında ölmüşdür, bu barədə xx xxxxxx 1994-cü ildə ölüm haqqında akt qeydləri kitabında 1077 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kəskin tənəffüs və ürək damar çatışmazlığıdır. İşdə olan iddiaçının müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2020-ci il tarixli, 07-07-243 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən xx xxxxxx 1997-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinə həvalə edilmişdir. Ona görə də birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinə müraciət etmək tövsiyyə olunur. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, K/531 saylı məktubunda qeyd edilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin üçüncü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyini, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Odur ki, mərhum X9 ailəsinə “şəhid ailəsi” statusunu təsdiq edən müvafiq arayışın verilməsi üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, 12-35-178 saylı arayışında qeyd edilir ki, X14 xx.xx.1985-ci il tarixdən xx.xx.1994cü il tarixədək SSRİ DTK-nın Xüsusi şöbəsində - Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə zabit qismində həqiqi hərbi xidmət keçmiş və xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar AR Prezidenti yanında Xüsusi İdarənin xx.xx.1994-cü il tarixli 238şh nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən polkovnik-leytenant hərbi rütbəsində şəxsi heyətin siyahısından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, 12-K-540 saylı; xx.xx.2019-cu il tarixli, 12/K-755 saylı; xx.xx.2019-cu il tarixli, 12/K- 755/2 saylı məktublarında qeyd edilir ki, mərhum Ş.Kazımov xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçu hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»na müvafiq olaraq «şəhid» statusu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığını və ya döyüş təminatı ilə bağ tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən olmüş hesab edilmiş şəxslərə verilir. Bu səbəbdən də mərhum X12 «şəhid» statusunun verilməsi məsələsinin müsbət həlli mümkün hesab edilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından aydın olur ki, iddiaçının həyat yoldaşı X16 xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək SSRİ DTK-nın Xüsusi şöbəsində - Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə zabit qismində həqiqi hərbi xidmət keçmiş və xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar AR Prezidenti yanında Xüsusi İdarənin xx.xx.1994-cü il tarixli 238şh nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən polkovnikleytenant hərbi rütbəsində şəxsi heyətin siyahısından çıxarılmışdır. X1 vəfatından sonra Azərbaycan Respublikası Dövlət X7 sığorta ödənişinin verilməsi üçün müraciət etsə də, ona Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinə müraciət etmək tövsiyyə edilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabilliyətini itirmiş şəxslərin sosial təminatına dövlət tərəfindən zəmanət verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən: hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz sığorta ödənişi ödənilir. xx xxx 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçular minimum əmək haqqının min misli məbləğində sığorta edilmişlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılaraq 11.000 (on bir min) manat müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Fərmanın təsir dairəsi xx.xx.1997-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara aiddir. Lakin iddiaçının həyat yoldaşının həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü və hərbi əməliyyatlarla əlaqədar yox, onun xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Bu halda cavabdeh tərəf Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi deyil Dövlət X6malıdır. İş materialları ilə X9 xx.xx.1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması və iddiaçının onun vərəsəsi olması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 11.000 (on bir min) manat sığorta məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, qeyd edilən məbləğ də cavabdeh Azərbaycan Respublikası Dövlət X4 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 11.000 (on bir min) manat icbari şəxsi sığorta məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11030 (on bir min otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar