Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3993/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməlsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(006)-3993/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Piriyevin icraatında olan iddiaçı "xxxx" MMC-nin İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin itirməklə əlil olmuş İddiaçı ilə cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair e-2-2(113)-84/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçının tələbi Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-4480/2023 saylı “baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin itirməklə əlil olmuş İddiaçı ilə cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə baxılmaqda olan işlə bir başa əlaqəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, baxılacağı təqdirdə işin nəticəsinin tez əldə olunacağı, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(006)-3993/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin itirməklə əlil olmuş İddiaçı ilə cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair e-2-2(113)-4480/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3993/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3993/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver