Məhkəmə qərarları › İş №2(006)-4006/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4006/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4006/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «avtomobilə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «avtomobilə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadan məhkəməyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən tərtib olunmuş 08 avqust 2022-ci il tarixli 56 saylı aktdan görünür ki, İddiaçı tərəfindən göndərilmiş poçt vasitəsilə daxil olmuş zərf açılan zaman iddia ərizəsində imza aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, təqdim olunmuş iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi imzalanmadan verilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Vergi ödəyicilərinin məlumatları haqqında elektron portaldan çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı AZ1005, ünvan 1ülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla, aidiyyəti üzrə cavabdehin yuxarıda qeyd olunan qeydiyyat ünvanı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «avtomobilə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla, izah edilməlidir ki, aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar