Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-402/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus SYM XPRO 125 model, 99E289 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə (motosiklet) dəymiş zərərin əvəzi olaraq 1275 manat pul vəsaitinin, ödənilmiş 32.75 manat dövlət rüsumunun və gələcəkdə məhkəmə xərcləri üzrə ödəyəcəyi pul vəsaitlərinin (ekspertiza xərci və s.) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 08:00-da Bülbülə erazisində Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus SYM XPRO 125 model, 99E289 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə (motosiklet) zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixli İXP4931323nömreli protokol tərtib olunmuş, həmçinin xx.xx.2022-c il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 təqsirli bilinmişdir. Nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən AYP 041532 nömrəli arayışdan da görünür ki, ona məxsus SYM XPRO 125 model, 99E289 qeydiyyat nömrəli motosikletin travers, sol amortizator, mühərrik dəstəyi, ön plastik, ön qanad, arxa sağ yan plastik, arxa sol yan plastik, alt plastik, arxa stop, sol əyləc dəstəyi, arxa qanadına zərər dəymişdir. “Mopedo.az" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, ona məxsus SYM XPRO 125 model, 99E289 qeydiyyat nömrəli motosikletin 100 manat dəyərində travers, 75 manat dəyərində sol amortizator, 180 manat dəyərində mühərrik dəstəyi, 100 manat dəyərində ön plastik, 50 manat deyərində ön qanad, 90 nanat dəyərində arxa sağ yan plastik, 90 manat dəyərində arxa sol yan plastik, 70 manat dəyərində alt plastik, 55 manat dəyərində arxa stop, 15 manat dəyərində sol əyləc dəstəyi, 50 manat dəyərində arxa qanad zədəsi aşkar olunmuş, həmçinin şassinin (rama) təmiri üçün 200 manat və işçiliklə bağlı 200 manat xərc tələb olunur. Nəqliyyat vasitənin təmiri üçün tələb olunan cəmi məbləğ 1275 manat təşkil edir. X4 məxsus Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən sığortalanmışdır. X6 tərəfindən vurulmuş zərəri ödəməli olan sığorta şirkəti "Ata Sığorta” ASC özü hesablama aktı və onun əsasında sığorta aktı tərtib edərək nəqliyyatımda zərər görmüş hissələri tam göstərməmiş, dəymiş ziyanı usta pulu ilə brlikdə 520 manat qiymətləndirmişdir. Dəfələrlə sığorta şirkətindən nəqliyyatına dəymiş zərərin düzgün qiymətləndirilərək tam ödənilməsini xahiş etsə də, xahişi təmin olunmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il, saat 08:00-da Bülbülə qəsəbəsində X6 tərəfindən idarə olunan Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində X6 tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, iddiaçıya məxsus SYM XPRO markalı motosikletə dəymiş ziyan 1275 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Hesablama aktından görünür ki, iddiaçıya məxsus SYM XPRO 125 markalı 99E289 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyan 520 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8655 saylı ekspert rəyi ilə, nəzəri hesablama yolu ilə, “Mopeda.az" MMC-nin xx.xx.2022-ci və "Atasığorta” ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “SYM X Pro 125" markalı, 99 E 289 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1275,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il, saat 08:00-da Bülbülə qəsəbəsində X6 tərəfindən idarə olunan Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində iddiaçı tərəfindən idarə olunan SYM XPRO 125 markalı 99E289 dövlət qeydiyyat nişanlı motosikletə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, X6 xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini motosikletə təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 520 manat, iddiaçı isə 1275 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində motosikletə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8655 saylı ekspert rəyi ilə, iddiaçıya məxsus 2020-ci il buraxılışlı “SYM X Pro 125" markalı, 99 E 289 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1275,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1275 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan Toyota Rav-4 minik markalı 99GH500 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus SYM XPRO 125 model, 99E289 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə (motosiklet) dəymiş zərərin əvəzi olaraq 1275 manat pul vəsaiti və ödənilmiş 32.75 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-402/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-402/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver