Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4034/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X7, vəkili X1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 3.900 manat məbləğində qızıl dəstinin (qolbağ, üzük, sep, sırğa) və nişan üzüyünün, 7.032 manat məbləğində cehiz əşyalarının: mebel dəstinin, 2 ədəd pərdənin, tvofkanın, ətçəkən maşının, 1 ədəd boşqab dəstinin, adyalın, 8 ədəd pastel dəstinin, döşək dəstinin, xalçanın, yorğanın, qazan dəstinin, süfrənin, uşaq beşiyinin, çaydan dəstinin, uşaq üçün vanna dəstinin, uşaq üçün velosipedin, mikserin, tavanın, sok maşınının, vilkaqaşıq dəstinin, 6 ədəd qənd qabının, 3 ədəd balıq qabının, 6 ədəd meyvə qabının, 6 ədəd salat qabının, 24 ədəd stəkan dəstinin, 2 ədəd tort qabının, 2 ədəd ləpə qabının, 12 ədəd duz qabının, padnosun, 36 ədəd stəkan dəstinin, 2 ədəd buludun, 4 ədəd gəzmək paltarının, içi paltarlarla dolu çamadanın, eləcə də 50 manat mediasiyaya ödədiyi pulun, 85 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda cavabdehlə olan faktiki nikahlarından xx.xx.2020-ci ildə X11 adında oğlan uşaqları anadan olmuşdur. Cavabdehlə rəsmi nikahları olmadığına görə onunla birlikdə hər ikisinin razılığı ilə 1 saylı «ASAN Xidmət» Mərkəzinin qeydiyyat şöbəsinə rəsmi ərizələrlə müraciət edərək xx.xx.2020-ci ildə övladları X5 doğum haqqında şəhadətnamə almışlar. xx.xx.2021-ci ildə cavabdeh iddiaçını azyaşlı uşağı İsmayıl ilə birlikdə birgə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-dən dava-dalaşla qovub çıxardı, uşağı əlindən aldı və həmin vaxt iddiaçının atası X7 102 Polis xidmətinə zəng vurdu, 102 Polis xidmətindən polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-ə gəlib araşdırma apardılar və oğulları İsmayılı cavabdehdən alıb ona verdilər. Bundan sonra atası İsmayılla onu öz yaşadıqları ünvana-ünvan 2 gətirdilər və həmin vaxtdan İsmayılla birlikdə həmin ünvanda qalırlar. Qeyd edilən hadisədən sonra iddiaçı atası evinə gələndən sonra onun qızıl-zinət əşyaları və cehiz əşyaları cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-də qalmışdır. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır:
1. Qızıl dəsti (qolbağ, üzük, sep, sırğa)--3.000 manat
2. Nişan üzüyü--900 manat. Cəmi: 3.900 manat. Qeyd edilən qızıl-zinət əşyalarını cavabdeh Mübarək şadlıq restoranında nişan toyları olarkən iddiaçıya hədiyyə etmişdir. Cavabdehlə xx.xx.2019-cu ildə Mübarək şadlıq restoranında toyları oldu, bundan 2-3 gün əvvəl iddiaçı atası evindən aşağıdakı cehiz əşyalarını cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsindəki 97 saylı evə aparmışlar:
1. Mebel dəsti-2.600 manat
2. 2 ədəd pərdə-600 manat
3. Tofqa-290 manat
4. ətçəkən maşın-150 manat
5. boşqab dəsti-200 manat
6. 1 ədəd adyal-100 manat
7. 8 ədəd pastel dəsti-440 manat
8. döşək 1ədəd-100 manat
9. Xalça-100 manat
10. Yorğan-50 manat
11. Qazan dəsti-60 manat
12. Süfrə-100 manat
13. Uşaq beşiyi-300 manat
14. Çaydan dəsti-50 manat
15. Uşaq üçün vanna dəsti-40 manat
16. Uşaq üçün velosiped-70 manat
17. Mikser-55 manat
18. Tava 1 ədəd-30 manat
19. Sok maşını-120 manat
20. Vilka-qaşıq dəsti-90 manat
21. 6 ədəd qənd qabı-40 manat
22. 3 ədəd balıq qabı-15 manat
23. 6 ədəd meyvə qabı-50 manat
24. 6 ədəd salat qabı-12 manat
25. 24 ədəd stəkan dəsti-40 manat
26. 2 ədəd tort qabı-30 manat
27. 2 ədəd ləpə qabı-30 manat
28. 12 ədəd duz qabı-30 manat
29. Padnos-30 manat
30. 36 ədəd stəkan dəsti-90 manat
31. 2 ədəd bulud-20 manat
32. 4 ədəd gəzmək paltarı-400 manat
33. Çamadanın içi dolu paltarlarla-700 manat. Cəmi: 7.032 manat. Qızıl-zinət əşyalarının və cehiz əşyalarının mübahisəsiz qaydada alınması məqsədilə Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixində, 12:00-12:25 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Öz növbəsində Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının cavabdeh İddiaçı hesabına ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılması və ona məxsus olan zinət əşyalarının-ona məxsus olan nişan üzüyünün, onun şəxsi üzüyünün, anasına məxsus olan 11 qramlıq qolbağının qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.2019-cu il tarixində qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdular. Qeyri-rəsmi nikahdan 1 övladları olmuşdur. xx.xx.2020-ci il təvəllüdlü X11. Cavabdeh X3 ilə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmuş, adi bir ailə kimi həyatları davam etmişdir. Son bir neçə ay ərzində konkret olaraq cavabdehlə aralarında olan münasibətlər gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. Belə ki, o, evin gündəlik məişət xarakterli tələbatlarını təmin etməyərək, ev təsərrüfatının aparılmasını həyata keçirmirdi. Ailə münasibətlərinə etinasız yanaşaraq, ona və digər ailə üzvlərinə qarşı hörmətsizlik edirdi. Belə olan halda X3 ilə aralarında olan münasibətlərinə son qoyulmuşdur. Cavabdehlə aralarında olan qeyri-rəsmi nikah münasibətlərinə son qoyulsa da, cavabdehin ailə qurduqları zaman gətirdiyi cehiz əşyaları hələ də hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən evlərində qalmışdır. Cavabdeh şəxsə cehiz əşyalarını çıxartması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh şəxs bu vaxtadək cehiz əşyalarını götürməmişdir. Yalnız aşağıdakı əşyalar cehiz əşyalarıdır: paltar şkafı-1 ədəd, taxt-1 ədəd, güzgü-1 ədəd, tumbuçka-2 ədəd, masa yemək-1 ədəd, oturacaq-6 ədəd, divan-1 ədəd, soba-1 ədəd, ütü-1 ədəd, ətçəkən maşın-1 ədəd, sokçəkən maşın-1 ədəd, mikser-1 ədəd, stəkan-6 ədəd, nəlbəki-6 ədəd, dəst stəkan-6 ədəd, nəlbəki-6 ədəd, meyvə qabı-5 ədəd, salat qabı-5 ədəd, qənd qabı-6 ədəd, pendir qabı-2 ədəd, qənd qabı-2 ədəd, çaşka-6 ədəd, salat bıçağı, böyük çaynik-1 ədəd, balaca çaynik-1 ədəd, salat boşqabı-10 ədəd, pendir boşqabı-10 ədəd, aş boşqabı-10 ədəd, ayrı rənglərdə işlənmiş bulud-2 ədəd, yemək boşqabı-10 ədəd, yemək qaşığı-10 ədəd, çəngəl-10 ədəd, çay qaşığı-10 ədəd, qazan-3 ədəd, uşaq üçün çimməyə plasmas vanna-1 ədəd, vedrə- 1ədəd, uşaq üçün qarşoq-1 ədəd, çemodan-1 ədəd, taxt döşəyi-1 ədəd, taxt yorğanı-1 ədəd, adyal-1 ədəd, uşaq üçün adyal-1 ədəd, süfrə-3 ədəd, süfrə silən dəsmal-3 ədəd, hamam xalatı-1 ədəd, dəsmal-2 ədəd, yataq dəsti-5 ədəd, qırmızı yastıq üzü- 2 ədəd, tül pərdə-2 ədəd, üstə asılan pərdə-2 ədəd, uşaq kravatı-1 ədəd, finka-1 ədəd, kalqotka-1 ədəd, corab-31 ədəd, yun köynək-2 ədəd, yun papaq-3 ədəd, sabun-1 ədəd, bədən kisəsi-1 ədəd, 1,47 eni-1,10 uzunu ayaqaltı, çılçıraq balaca-1 ədəd, 1 cüt ayaqqabı. Həmçinin, cavabdeh gedərkən ona məxsus olan nişan üzüyünü, onun üzüyünü, anasının 11 qramlıq qolbağını da aparıb. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2021-ci ilin avqust ayının sonlarında evdə cavabdehlə söz-söhbətləri oldu. Uşaq həmin vaxtı baldızının evində olmuşdur. Dava-dalaşdan sonra o, evdən çıxmışdır. Sonradan uşağı tələb etsələr də, uşağı ona vermədilər. O da məcbur olub 102-yə müraciət etməli oldu. Bundan sonra uşaq cavabdehdən alınıb ona verildi. Həmin gündən sonra o, həmin evə qayıtmamışdır. O vaxtdan etibarən ata evində oğlu ilə birlikdə yaşamağa başlamışdır. Sonda iddia tələbində qeyd etdiyi qızılzinət əşyalarının, hansılar ki toyda taxılan qızıl dəsti (qolbaq, sep, sırğa və üzük) və nişan üzüyünün və toy olmamışdan bir neçə gün əvvəl cavabdehə məxsus evə aparılan cehiz əşyalarının cavabdehdən alınıb ona geri qaytarılması, habelə iddia tələbi ilə bağlı çəkilən məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək bildirdi ki, avqust ayının 29-u qızı İddiaçı ona zəng etdi ki, onu döyüblər, uşağını da əlindən alıblar. Bundan sonra o, yoldaşı və oğlu ilə qızı yaşadığı evə gəldi. Həmin vaxt qız evin çölündə idi. O gündən sonra 1 il ərzində qızı həmin evə qayıtmamışdır. Sonda iddiaçının nümayəndəsi ilkin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X1 ilkin iddia tələbini müdafiə edərək və cavadehin qarşılıqlı iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh qismində İddiaçı qarşı məhkəməyə cehiz əşyalarının çıxarılması, şəxsi əşyaların qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. İddiaçı Cavabdeh qeyd etdiyi qarşılıqlı iddia ərizəsinin şəxsi əşyaların (ona məxsus nişan üzüyünün, anasına məxsus 11 qramlıq qolbağının) qaytarılması tələbinə dair hissəsini aşağıdakılara əsasən əsassız və qeyri-qanuni hesab edir. İddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2021-ci ildə Baxışov X4 Arifəni azyaşlı uşaqları İsmayıl ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-dən dava-dalaşla qovub çıxardı, uşağı əlindən aldı və həmin vaxt atası X7 102 polis xidmətinə zəng vurdu, 102 polis xidmətindən Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-ə gəlib araşdırma apardılar və oğulları İsmayılı Cavabdeh alıb ona verdilər. Bundan sonra atası İsmayılla onu öz yaşadıqları ünvana-ünvan 4 vəziyyətdə iddiaçı Cavabdeh məxsus olan nişan üzüyünü və onun anasına məxsus 11 qramlıq qolbağını apara bilməzdi. Cavabdeh istinad etdiyi həmin halı qarşılıqlı ərizəsində sübuta yetirə bilmədiyindən həmin hal Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərinə ziddir. Sonda iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh “cehiz əşyalarının çıxarılması, qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qızıl-zinət əşyalarının qaytarılması hissəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, həmin gün qızın evində dava olub. Uşağı aparıblar baldızıgilə. Həmin gün hadisə baş verən zaman Tural Bakıda olmayıb, Qubada olub. Mübahisə Arifə xanımla onun qayınanası arasında olub. Mübahisə zamanı xanım hamamda qayınanasının paltarlarını yandırıb. Xanım atasına zəng edib. Uşağı götürmək məqsədilə polisə müraciət edib. Arifə xanım evdən gedərkən özünə və cavabdehə məxsus qızıl-zinət əşyalarını və mənzilə dair çıxarışı da aparıb. Ortada qızıl-zinət əşyaları mübahisələndirilir. Sonda ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilən Hümbətova Hicran Bəşir qızı ifadəsində bildirdi ki, İddiaçı onun qızıdır. Turalın anası onunla birlikdə işləyirdi. O, öz qızını Turala vermək istəmirdi. 2019-cu ildə nişanla, toyla qızını evləndirdilər. 2021-ci ilin avqust ayında onların ailələrində mübahisə yaranmağa başladı. Həmin vaxtlarda qızının telefonu əlindən alınmışdı ki, o, evdəkilərlə danışa bilməsin. Mübahisə yarandığı vaxt qızı ona zəng etdi ki, onu döyüblər. O, oğlu və yoldaşı Hacəliyev İsmixan qızının evində getdilər. Hətta qızı bir dəfə də acıqlanıb evdən çıxıb ata evinə gəlmiş, əməliyyatını da onun özü etdirmişdir. Cavabdeh narkamandır, qızını neçə dəfə döyüb, onun bədənində salamat yer qalmayıb. Hətta döyülməsi ilə bağlı onlar polisə də şikayət etmiş, lakin sonradan cavabdeh tərəf xahiş etmişdir ki, şikayət ərizəsini geri götürsünlər, belə ki qızlarını evə aparıb, yaxşı yaşamağa davam edəcəklər. Qızı qayıtdıqdan sonra 2 ay ərzində yenə qızlarını yola vermədilər. Uşaq doğulandan sonra azyaşlı uşağını da onun əlindən aldılar. 102-yə zəng etdikdə, onlar cavabdehə dedilər ki, əgər uşağı anasına verməsə, cavabdehi uşaq oğrusu kimi axtarışa verəcəklər. Əlavə olaraq hakimin suallarına cavab olaraq bildirdi ki, onlar qızının yaşadığı evə gələndə Tural orada yox idi. Qızını döydükdən sonra evdən çıxıb getmişdi. Evə gəldikdən sonra o, qayınına zəng etdi ki, qızını döyüb çölə salıblar. Nə etsinlər. O da dedi ki, polisə zəng edin. Qızı ordan çıxanda uşaqla birlikdə üzərindəki təkcə paltarı ilə çıxmışdır. Yəni, qızının üzərində heç bir qızılzinət əşyası olmamışdır. Avqust ayından sonra qızı bir daha o evə qayıtmamışdır. Bir dəfə bir neçə nəfər gələrək qızı evinə qaytarmağa cəhd etsələr də, qızı istəməmişdir ki, oğlan onu istəmir. 2 il ərzində onların ailəsində mübahisə onunla bağlı da yaranmışdır ki, oğlan Rusiyaya getmək istəyirdi, amma onun anası icazə vermirdi. Əlavə olaraq iddiaçının nümayəndəsinin (vəkilinin) suallarına cavab olaraq bildirdi ki, evə getdikləri vaxt qızı döyülmüş vəziyyətdə idi. Evdən çölə salınanda isə onun üzərində heç nə olmamışdır. Əgər qızı cavabdeh tərəfin dediyi kimi qayınanasının qolbağını özü ilə birlikdə gətirmiş olsa idi, onda sual yaranır ki, niyə öz qızıllarını götürmüyüb, məhz qayınanasının qolbağını özü ilə birlikdə götürüb çıxıb? Onlar sübut etsinlər ki, onun belə bir qolbağı olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşı qızıdır. Ona el adəti ilə toy etmişdirlər. Dəfələrlə qızı döymüş, dəfələrlə oğlan barəsində şikayətlər edilmişdir. Onlar iddia edir ki, qız guya onlara aid qızılları özü ilə birlikdə götürmüşdür. Onların qızılı var idisə, necə olurdu ki, oğlunun işi polisdə olduğu vaxt onlar başqalarından pul istəyirdilər. Əlavə olaraq hakimin suallarına cavab olaraq bildirdi ki, qızı gətirəndə o da qardaşıgildə olmuşdur. Qızı gətirəndə qızın üzərində paltarından başqa heçnə olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, Cavabdehı tanıyır. Onlarla qonşudur. Hadisə baş verən günü səs-küyə həyətə çıxdı və gördü ki, bir dənə balaca boy kişi Turala bir şillə vurdu. O, həyətə gələndə İddiaçı həyətdə idi, uşaq yox idi bibisigildə idi, polisə zəng etdilər, sonra uşağı gətirdilər. Qızın atası da, anası da qışqırırdı. O, həyətə düşdükdən sonra qıza nəsihətlər verməyə başladı. Qızın yanında yerdə çanta var idi. Uşağı verəndən sonra onlar çıxıb getdilər. Tural əvvəl həyətdə idi, qızgil getdikdən sonra Tural da həyətdən çıxıb getdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, hər iki tərəfi də tanıyır. Həmin gün işdən gəldikdən sonra evdə idi, axşam saat 9-un yarısı olardı birdən həyətdə səs-küy yarandı. Tural o vaxtı evdə yox idi. Uşaq bibisigildə idi. Qızın atasıgil deyirdilər ki, bunlar uşağı oğurlayıb. Turalın anası isə dedi ki, uşaq bibisigildə yatdığından onu durquzub evə gətirə bilməmişdilər. Uşağı Turalın bacısı gətirənə kimi artıq qızın atası polisi çağırmışdı. Qızın qardaşı Tural orda olanda onun ağzına yumruq vurmuşdu. Qız evdən çıxanda yanında parça çantası da olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Cavabdeh və onun ailəsini, həmçinin İddiaçı də tanıyır. Turalgillə qonşuluqda yaşayır. Hadisə baş verən vaxtı qonşuların səsini eşitdi ki, bəs Turalın anasını döyürlər. Qaçdı ora gördü ki, dava var. Xanım həmin gün bəzənmişdi, saçını da hörmüşdü. Polisə zəng etdilər. Polis gəldi. Arifədən soruşdular ki, səni kim döyüb?-dedi ki Tural. Anası Arifəyə dedi ki, get içəridən paltarlarını, qızıllarını da götür. Çıxanda qızın əlində çanta gördü. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilən, AZ-İV № 458564 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 27 fevral 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 10 mart 2022-ci və 12 aprel 2022-ci il tarixli Arayışlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov küçəsi, ev 311 ünvanı üzrə, Cavabdeh isə ünvan 5vanı üzrə pasport qeydiyyatındadırlar. Mülki işin materiallarında olan 18 mart 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 12:00-12:25 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası barədə Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixdə, 08 gün əvvəlcədən yazılı formada mediasiyaya dəvət məktubu göndərilməklə, habelə ***-***-**-** mobil nömrəsinə zəng edilməklə məlumat verilməsinə baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: Ü.Məmmədov). Mülki işin materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin 01 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Nərimanov rayonu, Karxana küçəsi, ev 311-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidməti və 21-ci PB-yə müraciət edərək, həyat yoldaşı tərəfindən döyülməsi barədə bildirmişdir. Faktla bağlı araşdırma aparılmış və Nərimanov rayonu, Karxana küçəsi, ev 311-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə təkrar ərizə verərək artıq şikayət və tələbinin olmaması barədə bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 21 fevral 2019-cu il tarixində Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq cavabdehin yaşadığı ünvan 6 ünvana gətirmişdir. Sonradan İddiaçı ilə Cavabdeh ailə münasibətləri pozulduğundan iddiaçı yaşadığı evi tərk etmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət və cehiz əşyalarının cavabdehin yaşadığı mənzildə qaldığını bildirərək, cavabdeh tərəfindən həmin əşyaların qaytarılmasını tələb edir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı evdə qalan cavabdehə məxsus cehiz əşyalarının cavabdeh İddiaçı hesabına evdən çıxarılmasını və ona məxsus olan şəxsi əşyaların cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından və cehiz əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının cehiz əmlakları ilə bağlı tələbi cavabdeh tərəfindən faktiki olaraq etiraf olunduğundan (hansı ki cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsinin də bir hissəsi həmin tələblə bağlıdır) həmin hissənin onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə aradırması zamanı və həmçinin, qarşılıqlı iddia ərizəsində Cavabdeh tərəfindən cehiz əşyalarının onda olması faktı sübuta yetirildiyindən, ilkin iddia tələbi həmin hissədə mübahisələndirilmir. Lakin, ilkin iddia tələbinin qalan hissəsi-yəni qızıl-zinət əşyalarına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehdə olduğu sübuta yetirilmədiyindən ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları - ona məxsus olan qızıl-zinət əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehin sahibliyində olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qızıl-zinət əşyalarının geri qaytarılması hissəsində təmin edilə bilməz. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə qarşılıqlı iddia tələbinin “cehiz əşyalarının cavabdehin hesabına öz yaşadığı mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, bu fakt artıq ilkin iddia tələbinə münasibətdə sübuta yetirilmişdir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə məxsus şəxsi əşyaların (qızılzinət əşyalarının) qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızıl-zinət əşyalarının qaytarılmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkillər təqdim etmişdir. Fotoşəkillərdə olan görüntüdə qızıl-zinət əşyalarının tərəflərin üzərində olduğu aydındır. Lakin, bu şəkillər həmin əşyaların iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Göstərilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək ilkin iddianın qismən təmin olunmasını, mebel dəstinin, 2 ədəd pərdənin, tvofkanın, ətçəkən maşınının, 1 ədəd boşqab dəstinin, adyalın, 8 ədəd pastel dəstinin, döşək dəstinin, xalçanın, yorğanın, qazan dəstinin, süfrənin, uşaq beşiyinin, çaydan dəstinin, uşaq üçün vanna dəstinin, uşaq üçün velosipedin, mikserin, tavanın, sok maşınının vilka-qaşıq dəstinin, 6 ədəd qənd qabının, 3 ədəd balıq qabının, 6 ədəd meyvə qabının, 6 ədəd salat qabının, 24 ədəd stəkan dəstinin, 2 ədəd tort qabının, 2 ədəd ləpə qabının, 12 ədəd duz qabının, padnosun, 36 ədəd stəkan dəstinin, 2 ədəd buludun, 4 ədəd gəzmək paltarının, içi paltarlarla dolu çamadanın Cavabdeh alınıb İddiaçı verilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə mediasiya xərci ilə bağlı belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilən 50 manat məbləğində mediasiyaya dair xərc Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. 7032 (yeddi min otuz iki) manat məbləğində cehiz əşyaları: mebel dəsti, 2 ədəd pərdə, tofqa, ətçəkən maşın, 1 ədəd boşqab dəsti, adyal, 8 ədəd pastel dəsti, döşək dəsti, xalça, yorğan, qazan dəsti, süfrə, uşaq beşiyi, çaydan dəsti, uşaq üçün vanna dəsti, uşaq üçün velosiped, mikser, tava, sok maşını, vilka-qaşıq dəsti, 6 ədəd qənd qabı, 3 ədəd balıq qabı, 6 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 24 ədəd stəkan dəsti, 2 ədəd tort qabı, 2 ədəd ləpə qabı, 12 ədəd duz qabı, padnos, 36 ədəd stəkan dəsti, 2 ədəd bulud, 4 ədəd gəzmək paltarı, içi paltarlarla dolu çamadan İddiaçı qaytarılsın. Mediasiyaya dair ödənilən 50 (əlli) manat məbləğində mediasiya xərci və 85 (səksən beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. İlkin iddia ərizəsi qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva