Məhkəmə qərarları › İş №2(006)-406/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-406/2023

11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-406/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında Cavabdeh BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsini və müvafiq qeydlərin "xxxx" MMC-nin kredit reyestrinə daxil edilməsi vəzifəsinin Cavabdeh BOKT ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh BOKT ASC ilə X2 arasında PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən Natiq Pənahova illik 36 faiz olmaqla 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə xx.xx.2014-ü ildə PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Natiq Pənahov tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Cavabdeh BOKT ASC 2016-cı ildə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına əsasən Bankın nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Keçən müddət ərzində cavabdeh tərəfindən məhkəməyə müraciət edilməmişdir. İddiaçı hesab edir ki, ötən müddət ərzində Cavabdeh BOKT ASC tərəfindən məhkəməyə müraciət edilmədiyinə görə İddiaçı və Cavabdeh BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsi ləğv edilməlidir. xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh BOKT ASC-yə pretenziya məktubu göndərərək, zaminliyin ləğv edilməsini və barəsində olan məlumatların MKR-dən silinməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən məktuba cavab verilməmişdir. Nəticədə, İddiaçı öhdəliyin icrası vaxtı başa çatdığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin etməlidir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı və Cavabdeh BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh BOKT ASC-nin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Mülki işin materiallarında olan 17 noyabr 2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli Kredit (Borc) müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borclu X1 24 ay müddətinə, 36%-lə ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 17 noyabr 2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, 17 noyabr 2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli Kredit (Borc) müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti kimi borclu X2 ilə ipoteka saxlayan "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsi çıxış etmişdir. Mülki işin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-346/2016 saylı, 13 iyun 2016-cı il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və İddiaçı qarşı “borcun, bu borcun əvəzinin girov predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələinə dair mülki iş baxılmamış saxlanılmışdır. Mülki işin materiallarında olan Cavabdeh BOKT ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvək Banka müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2014cü il tarixdə Cavabdeh BOKT ASC ilə X2 arasında PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən Natiq Pənahova illik 36 faiz olmaqla 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə xx.xx.2014-ü ildə PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Natiq Pənahov tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Cavabdeh BOKT ASC 2016-cı ildə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına əsasən Bankın nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Keçən müddət ərzində cavabdeh tərəfindən məhkəməyə müraciət edilməmişdir. İş materiallarından göründüyü kimi Bank müqavilə üzrə borclu və zaminə qarşı Bərdə Rayon Məhkəməsində 2016-cı il tarixdə iddia qaldırmış, lakin həmin iddia baxılmamış saxlanılmışdır. İş materiallarından göründüyü kimi sonradan uzun müddət keçdikdən sonra iddia tələbi ilə bağlı Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı halda tərəflər arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tələblə müraciət etməli olduğu halda, bu müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Göründüyü kimi, İddiaçı xx.xx.2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar