Məhkəmə qərarları › İş №2(006)-4083/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4083/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4083/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx xxxxxx 2004-cü ildə Nəsimi rayonu VVDQ şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ailəyə göstərdiyi laqeyd münasibət özünü biruzə verdi, bu və ya digər səbəbdən aralarında söz-söhbətlər yarandı və yaranmış gərgin münasibət nəticəsində ər-arvad münasibətimiz bitdi. Ailəni qoruyub saxlamaq üçün cavabdehin laqeyd hərəkətlərinə bir müddət dözsə də, nəticəsi olmadı. Əksinə cavabdeh insanı incidən hərəkətlərinə davam edərək ailəni tərk etdi. Bundan sonra o, demək olar ki, aylarla evə gəlmir və ailəsiylə maraqlanmır. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 10, mənzil 36-da yaşayır. Aylıq gəliri az olduğuna görə çox çarəsizdir və iki uşağa baxmaqda çətinlik çəkir. Qohumlarının köməkliyi ilə güclə dolanır. Uşaqların sağlamlığı, tərbiyəsi, təhsili iddiaçını narahat etsə də, cavabdeh bunları düşünmür. İddiaçı dəfələrlə uşaqların geyim, qida və s ehtiyaclarını ödəmək üçün cavabdehdən pul istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək xərcələri ödəməkdən yayınır. Belə olan halda cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı hesab edir ki, məhkəmə uşaqların qanunla müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edəcəkdir. Göstərilənlərə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşayış çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ № 119273 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx xxxxxx 2004-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 707 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 879317 seriyalı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarındakı Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 692168 seriyalı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuşdur, hazırda cavabdeh uşaqların saxlanılmasına maddi köməklik göstərmədiyi üçün iddiaçı sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə iddianı hüquqi cəhətdən əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Hazırki vəziyyətdə məhkəmə qeyd olunanları nəzərə alaraq, hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ayda cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar