Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4093/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı Mayıs oğlunun, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Mayıs oğlunun cavabdeh X11 LTD MMC-yə, üçüncü şəxs X4 Təşkilatı İB-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mayıs oğlu cavabdeh X11 LTD MMC-yə, üçüncü şəxs X4 Təşkilatı İB-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilməsi, İddiaçı Mayıs oğlunun işə bərpa edilməsini, xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi, 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mayıs oğlu iddianı müdafiə edərək öz izahatında bildirmişdir ki, cavabdeh X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən: “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə xx.xx.2020-ci il tarixdən ləğv olunmuşdur. X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir. Bildirmək istəyir ki, o İddiaçı uzun müddətdir ki, qüsursuz şəkildə əmək fəaliyyəti ilə məşğul olur. xx.xx.2011-ci il tarixdən Əmək müqaviləsi bağlamaqla X11 LTD MMC-yə takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdir. X11 LTD MMC-də sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur. Məhkəməyə bildirir ki, Covid-19 pandemiyası ilə əlaqədar ilkin karantin elan edildiyi vaxt dənizdəki platformada işdə idi. Həmin dövrə görə iş növbəsi 14 iş günü və 14 istirahət günlərindən ibarət idi. Karantinlə əlaqədar iş rejimləri də dəyişdi və iş növbəsi 28 iş günü və 28 istirahət günlərinə dəyişdi. Faktiki olaraq isə 38 gün işdə olmuşdur, bir o qədər istirahət etməli olduğumuz halda, istirahət gününün ilk 14 günündən sonra onları karantinə aldılar. Əslində bu iş rejimi çətin və əmək qanunvericiliyinin tələblərinə uyğun olmasa da, mövcud vəziyyətlə əlaqədar biz bu dəyişməni anlayışla qarşıladıq. Beləliklə, 2020-ci ilin may ayının 3-də onlar Mərdəkan qəsəbəsində yerləşən “Karvan Otel” kotteclərində yerləşdirdilər. Qeyd etmək istəyir ki, X11 LTD MMC “Karvan Otel” kotteclərində onlara normal şərait yarada bilmədi, eyni zamanda bir kottecdə ən azı 5 nəfər bir yerdə qalmağa məcbur olurdu. Qeyd edir ki, qaldıqları kottecdə işıqlar tez-tez sönürdü, hər dəfə də onlar narazılıqları bildirdikdən sonra elektrik çağırırdılar. Elektrik naqillərdəki nasazlığı bərpa edəndən çox keçməmiş işıqlar yenə də sönürdü. Yenidən elektrik çağrılır və vəziyyət belə davam edirdi. May ayının 7-də elektrik naqilində yenə də nasazlıq yarandı və elektrik enerjisi kəsildi. Onlar bu barədə əvvəllər olduğu kimi mərkəzin əməkdaşlarına və müəssisənin orada olan növbətçi nümayəndəsinə (Oktay müəllim) məlumat verdi. Otelin elektriki bildirdi ki, elektrik enerjisi ən azından səhərə kimi olmayacaq, yaranmış qəza problemi ciddididr. 2020-ci ilin may ayı Ramazan ayı idi. O və otaq yoldaşı oruc tuturdular. Elektrik enerjisi olmadığından otaqlarıda isti su hazırlamaq mümükün deyildi. Belə bir vəziyyətdə onlar də məcbur olub müvəqqəti ehtiyaclarını qarşılaya bilmək üçün qonşu kottecə keçməyi düşündülər. Həmin məqsədlə öz kottecilərindən çıxıb qonşu ,kottecə gedərkən qonşu kottecin qarşısında olan zaman qaldıqları mərkəzin mühafizəçisi kamerada bunu görüb onlara yaxınlaşdı və onlar də məsələni ona izah etdilər. Səhərisi gün, yəni, 2020-ci ilin may ayının 8-də onlar X11 LTD MMC-nin ofisinə apardılar və onlar bununla əlaqədar izahat yazdılar. Baş verənlərlə bağlı bütün məsuliyyəti ilə bildirir ki, onlar qonşu kottecdə qalanlarla aralarında hər hansı ünsiyyət, təmas yaranmadı, çünki mühafizəçinin müdaxiləsi ilə biz onlarla görüşə bilmədik, lazım olan isti suyu da onlardan ala bilmədilər. Müəssisənin ofisində görüş zamanı X11 LTD MMC-nin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev onlara bildirdi ki, karantin qaydalarını pozduqları üçün ərizə yazıb öz xahişlərilə işdən getməliyilər, əks təqdirdə işdən qovulacaqsınız. Kadrlar Şöbəsinin rəisi Emil Qədiməliyevlə olan, eyni zamanda 12 may və x xxxx 2020-ci il tarixli görüşlərdə də dəfələrlə qeyd etdi ki, karantin qaydasını pozmağı sırf şirkətin öz işçilərinə lazımi şərait yaratmamasından irəli gəlmiş və oruc tutmaqları ilə əlaqədar olmuşdur. Eyni zamanda onlar qısa müddətə qonşu kottecin qarşısına keçməkləri heç kimə zərər dəyməmişdir. Bu arada xüsusi olaraq qeyd etmək istəyir ki, müəssisənin kadr məsələləri üzrə rəsmi şəxsinin bizə qarşı qərəzli mövqeyi həm də ondan görünürdü ki, onlar ofisə gedərkən, eyni zamanda ofisdə olarkən məlum yoluxucu xəstəliklə əlaqədar zəruri və eyni zamanda məcburi qabaqlayıcı tədbirlərin heç birinə (sosial məsafə, onların səhhətilərilə bağlı həkim rəyi və s.) nə həmin şəxs, nə də digər əməkdaşlar tərəfindən əməl olunmurdu. X11 LTD MMC-nin X2 rəhbərləri ilə görüşlərdə dəfələrlə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, X1 və Azərbaycan Respublikası Əmək və X10 Naziri dəfələrlə bildirib ki, hal-hazırki vəziyyətdə, yəni karantin dövründə işçilərin işdən çıxarılması hallarına yol verilməməlidir. Lakin, X11 LTD MMC-nin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev bildirdi ki, ona qarşı heç bir güzəşt olmayacaq və o işdən azad olunmalıdır. Eyni zamanda qeyd olunan müddətdə onun əmək haqqı da ödənilmədi. Nəticədə isə onunla bağlanmış Əmək müqaviləsi qanunsuz əsaslarla ləğv edildi. X11 LTD MMCnin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə ləğv edilmə barədə Əmri tərtib edilərkən aşağıda göstərilən əmək hüquqları bu müəssisə tərəfindən pozulmuşdur. X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmri ilə mənimlə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndi ilə ləğv etsədə, əslində ona qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini tədbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. X11 LTD MMC guya karantin qaydalarını, o cümlədən müəssisədaxili intizam qaydalarını pozduğunu əsas gətirərək barəsində onun hərəkətlərinə qeyri-adekvat olan ağır intizam tənbehini tədbiq edərək əmək müqaviləsini ləğv etmişdir. Lakin, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin digər tələblərini də pozmuşdur. Göründüyü kimi intizam tənbehi, cavabdehin onların hərəkətləri intizam xətası kimi aşkar etdiyi gündən 02 ay 06 gün sonra verilmişdir. Yəni X11 LTD MMC-nin intizam tənbehinin tətbiq olunması barədə xx.xx.2020-ci il tarixli, 1173 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuz hesab olunmalı və məhkəmə qaydasında ləğv edilməlidir. Həmçinin hesab edir ki, qanunsuz işdən azad olunması ilə əlaqədar ona maddi ziyan dəymişdir. Həmin maddi ziyanın əvəzi kimi onun xeyrinə 5000 manat məbləğinin ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mayıs oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı barəsində qəbul edilmiş əmr tamamilə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə və düzgün əsaslarla qəbul edildiyindən onun məhkəmə qaydasında ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı heç də əsassız olaraq işdən azad edilməmişdir. İşdən azad edilməsinə gətirib çıxaran təqsirli hərəkətləri bilavasitə işçinin özü tərəfindən edilmişdir. Bütün dünyada hazırda Covid 19 tipli virus yayılmış və dünya səviyyəsində pandemiya elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə xx xxxx 2020-ci il tarixli 122 saylı qərarına əsasən ölkə ərazisində xüsusi iş rejimi tətbiq edilmişdir. Həmçinin, AR NK-nın 2020-ci il 02 aprel tarixli 124 nömrəli qərarının 1 saylı əlavəsinin 6-cı bəndində Cavabdeh MMC-nin də ehtiva olunduğu AR Dövlət Neft Şirkəti əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında qeyd edilmişdir. AR NK-nin qeyd edilən qərarını rəhbər tutaraq və şirkətin fəaliyyətinin dövlət üçün strateji əhəmiyyətini nəzərə alaraq fasiləsiz iş rejimi və işçilər arasında Covid 19 virusunun yayılması təhlükəsini aradan qaldırılmasını təmin etmək məqsədilə Şirkət tərəfindən BCP-002-2020 VƏ bcp-010-2020 prosedurları qəbul edilmiş və bütün işçilər, o cümlədən, İddiaçı da həmin prosedurların yəni qaydaların tələbləri ilə tanış edilmişdir. İddiaçı da xx xxx 2020-ci il tarixində dənizdə yerləşən “İstiqlal” qazma qurğusunun getməli olduğu üçün xx.xx.2020-ci il tarixindən etibarən 14 günlük müddətində Şirkətin nəzarət edilən karantin məntəqəsinə yerləşdirilmişdir. Nəzarət edilən karantin məntəqəsində olduğu müddətdə Şirkətin qəbul etdiyi və onun yazılı şəkildə tanış olduğu təhlükəsizlik qaydalarına əməl etməli olduğu halda, o həmin qaydaları bilərəkdən təqsirli və şüurlu şəkildə, kobud qaydada pozmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixində iddiaçı Mustafayev öz kottesini tərk edərək digər 2 şəxslə birlikdə qonşu kottece getmiş və içəriyə heç də onun qeyd etdiyi kimi qapıdan daxil olmamışdır. Su istəməyə gedən bir adam normal qaydada qonşu kottecə yaxınlaşardı və qapını döyərək isti suyunu götürüb geri qayıdardı. Lakin, iş materiallarına əlavə edilmiş video diskdə əks edilən xx.xx.2020-ci il tarixli gecənin görüntülərindən də göründüyü kimi iddiaçı digər 2 şəxslə birgə qonşu kottecə əllərində sumka ilə qapıdan deyil, pəncərədən daxil olur. Ona görə pəncərədən daxil olur ki, bütün kotteclərin qapısının üztündə müşahidə kameraları vardır və əgər onlar içəri qapıdan daxil olsaydılar bu yüz faiz kameraya düşəcəkdi. Lakin onlar kottecin arxasında olan pəncərədən ona görə də istifadə edirlər ki, onların olduqları kottecdən keçdikləri qonşu kottecə məsafə daha yaxın idi və pəncərənin üzərində müşahidə kamerası olmayacaqdı. Həm də pozuntu edən şəxslərin komuflyaj edilmələrindən də görünür ki, məqsəd müşahidə kameralarına düşməmək idi. Bəli, su götürmək, su istəmək qəbahət deyildir. Lakin görüntülərə baxan zaman birlikdə vaxt keçirmək üçün bir yerə toplaşan şəxslərin məqsədi görünür, su üçün gedilməsi deyil. Beləliklə, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəbə onun özünün təqsirli hərəkətləri olmuşdur və cavabdeh Şirkət tərəfindən əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. Mustafayev barəsində qəbul edilmiş əmr əsaslı olduğundan da məhkəmə qaydasında ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Ona görə də işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı əmək hüquqlarının pozulmasının baş vermədiyini nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı işdən azad olunması haqqında 1173 saylı xx.xx.2020-ci il saylı əmrin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək, işdə iştirak edən şəxsləri dinləyərək və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “İstiqlal” Qurğusunda portalda fəhlə vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmrindən görünür ki, İddiaçı Mayısoğlu ilə X11 LTD şirkəti arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilsin. Əsas: İddiaçı Mayıs oğlunun xx.xx.2020-ci il izahatı. Məhkəməyə təqdim edilmiş X11 LTD şirkətinin qurğu rəisinin köməkçisi vəzifəsində çalışan Ariz Əliyevin xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə X11 LTD şirkətinin nəzarət olunna karantin mərkəzində vidiomüşahidə zamanı şirkətin dənizdəki qurğularından növbəli rejimdə işləmək üçün səyahət etməli olan və bu məqsədlə karantin məntəqəsinə yerləşdirilmiş 3 nəfər işçinin daxili qaydaları pozaraq icazəsiz qaydada öz otağını tərk etməsi və digər işçinin məskunlaşdığı otağa getməsi aşkar olunmuşdur. Bununala əlaqədar, şirkətin mühafizəşiləri hadisələri baş verdiyi otağa baş çəkdikdə karantin qaydalarını pozan həmin işçilərdən ikisinin şəxsiyyəti müəyyən edilmişdir. Həmin işçilər portalda fəhlə vəzifəsində çalışan X6 və portalda fəhlə 1.5 vəzifəsində çalışan X3. Lakin, qaydanı pozan digər üçüncü işçinin şəxsiyyətini kamera görüntələri və digər vasitələrlə aydınlaşdırmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş X11 LTD şirkətinin “İstiqlal” qurğusunda qazma fəhləsi kimi işləyən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən verilmiş izahatından görünür ki, həqiqətəndə xx xxx 2020-ci il tarixində şirkətin karantin qaydasını pozmuşdur. Həmin gün qaldığı 2 №-li kottejin işıqları bir neçə dəfə söndüyü üçün və gecə saat 02:00 radələrində bir dəfədə söndüyündə onlar elektrikə zəng edib bu barədə məlumat verdikdən sonra onlara bildirdilər ki, işiqları səhər bərpa edə bilərlər. Bu səbəbdən o qaldığı 2 №-li kotejdən 3 №-li kotejə oruc tutduğu üçün qaynanmış qaynar su üçün keçdi. İş materiallarına əlavə edilmiş X11 LTD şirkətinin “Gücləndirilmiş karantin rejimi tələbləri”nin 1.2-ci bəndindən görünür ki, işçilıər karantinin 12-ci günündə də bir COVİD-19 PZR (X8) testindən keçirələcək və nəticələr mənfi olarsa o zaman dənizə buraxılacaqlar. Həmin qaydalarının 1.4 bəndində qeyd edilmişdir ki, karantinin rejiminin tələblərinin pozulmasına görə cərimə və məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Mayıs oğlu ilə X11 LTD MMC arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində qeyd edilir ki, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallar nəzərdə tutula bilər: bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda. Digər hallar dedikdə, cavabdeh, tərəflər arasında bağlanılmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) yarımbəndində göstərilənləri nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Lakin, işəgötürən X11 LTD MMC işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alınmadan, işçini digər məsuliyyətə cəlb edilmədən, ona ağır intizam tənbehini tətbiq edərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, İddiaçı Mayıs oğlu xx.xx.2011-cı il tarixdən X11 LTD MMC şirkətində takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdi. Onun sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı Mayıs oğlu karantin qaydalarını xx.xx.2020-ci il tarixdə pozmuş, X11 LTD MMC isə xx.xx.2020-ci il tarixdə 1173 saylı əmri ilə əmək müqaviləsini ləğv etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Göründüyü kimi cavabdeh həmin maddənin tələblərini pozaraq intizam xətası kimi aşkar etdiyi gündən 2 ay 6 gün keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı Mayıs oğlu ilə bağlanılmış əmək müqaviləsini ləğv etmişdir. Həmçinin cavabdeh X11 LTD MMC xx xxx 2020-ci il tarixdən işdən çıxarılan xx.xx.2020-ci il tarixədək İddiaçı Mayıs oğlunu işdən kənarlaşdırmış və əmək haqqını ödəməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “ç” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Mayıs oğlu öz hərəkətləri ilə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “İstiqlal” qurğusunda fəhlə vəzifəsində işləyən İddiaçı Mayıs oğlu ilə X11 LTD MMC arasında bağlanmış xx xxxxx 2020-ci il tarıxli əmək müqaviləsinin g) bəndinin pozulduğuna görə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən işdən azad olunması haqqında 1173 saylı xx xxxx 2020-ci il tarixli əmr qanunsuz qəbul edilmişdir. Belə olan halda İddiaçı Mayıs oğlunun cavabdeh X11 LTD MMC-yə, üçüncü şəxs X4 Təşkilatı İB-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi əsaslıdir və qismən təmin edilməlidir. İddiaçı Mayıs oğlunun cavabdeh X11 LTD MMC 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması tələbi ilə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdənona cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X11 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilsin. İddiaçı Mayıs oğlu işə bərpa edilsin. İddiaçı Mayıs oğluna xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı, işə buraxılmadığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində BakışəhəriNəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4093/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4093/2020
31.08.2020 · Müqavilələrin ləğv edilməsi - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver