Məhkəmə qərarları › İş №2(102)-3880/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3880/2021

29.07.2021 · Müqavilələrin ləğv edilməsi - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3880/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mayıs oğlunun cavabdeh “X5 LTD” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması, əmək haqqı tələbi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Əliyev Rəfail Ziyad oğlunun, cavabdehin nümayəndəsi X4, vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1140/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X5 LTD” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 21.04.2020-ci il tarixdə “İstiqlal” Qurğusunda portalda fəhlə vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13.07.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. “X5 LTD” MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı Əmrindən görünür ki, İddiaçı Mayıs oğlu ilə X5 LTD şirkəti arasında bağlanmış 21 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsiz lik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13.07.2020-ci il tarixdən xitam verilsin. Məhkəməyə təqdim edilmiş X5 LTD şirkətinin qurğu rəisinin köməkçisi vəzifəsində çalışan Ariz Əliyevin 08.06.2020-ci il tarixli raportundan görünür ki, 08.05.2020-ci il tarixdə X5 LTD şirkətinin nəzarət olunma karantin mərkəzində videomüşahidə zamanı şirkətin dənizdəki qurğularından növbəli rejimdə işləmək üçün səyahət etməli olan və bu məqsədlə karantin məntəqəsinə yerləşdirilmiş 3 nəfər işçinin daxili qaydaları pozaraq icazəsiz qaydada öz otağını tərk etməsi və digər işçinin məskunlaşdığı otağa getməsi aşkar olunmuşdur. Bununla əlaqədar, şirkətin mühafizəçiləri hadisələrin baş verdiyi otağa baş çəkdikdə karantin qaydalarını pozan həmin işçilərdən ikisinin şəxsiyyəti müəyyən edilmişdir. Həmin işçilər portalda fəhlə vəzifəsində çalışan X2 və portalda fəhlə 1.5 vəzifəsində çalışan X1. Lakin, qaydanı pozan digər üçüncü işçinin şəxsiyyətini kamera görüntüləri və digər vasitələrlə aydınlaşdırmaq mümkün olmadı. “X5 LTD” şirkətinin “İstiqlal” qurğusunda qazma fəhləsi kimi işləyən İddiaçı tərəfindən 08.05.2020-ci il tarixdə verilmiş izahatından görünür ki, həqiqətəndə 08 may 2020-ci il tarixində şirkətin karantin qaydasını pozmuşdur. Həmin gün qaldığı 2 №-li kottejin işıqları bir neçə dəfə söndüyü üçün və gecə saat 02:00 radələrində bir dəfədə söndüyündən onlar elektrikə zəng edib bu barədə məlumat verdikdən son ra onlara bildirdilər ki, işiqları səhər bərpa edə bilərlər. Bu səbəbdən o qaldığı 2 №-li kotejdən 3 №-li kotejə oruc tutduğu üçün qaynanmış qaynar su üçün keçdi. “X5 LTD” şirkətinin “Gücləndirilmiş karantin rejimi tələbləri”nin 1.2-ci bəndindən görünür ki, işçilər karantinin 12-ci günündə də bir COVİD-19 PZR (X3) testindən keçirələcək və nəticələr mənfi olarsa o zaman dənizə buraxılacaqlar. Həmin qaydalarının 1.4 bəndində qeyd edilmişdir ki, karantin rejiminin tələblərinin pozulmasına görə cərimə və məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Mayıs oğlu cavabdeh X5 LTD MMC-yə, üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, i şə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı əmrinin ləğv edilməsi, İddiaçı Mayıs oğlunun işə bərpa edilməsini, 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi, 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respu blikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən: “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə 13.07.2020-ci il tarixdən ləğv olunmuşdur. X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı Əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir. O, uzun müddətdir ki, qüsursuz şəkildə əmək fəaliyyəti ilə məşğul olur. 07.07.2011-ci il tarixdən Əmək müqaviləsi bağlamaqla X5 LTD MMC-yə takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdir. X5 LTD MMC-də sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur. Covid-19 pandemiyası ilə əlaqədar ilkin karantin elan edildiyi vaxt dənizdəki platformada işdə idi. Həmin dövrə görə iş növbəsi 14 iş günü və 14 istirahət günlərindən ibarət idi. Karantinlə əlaqədar iş rejimləri də dəyişdi və iş növbəsi 28 iş günü və 28 istirahət günlərinə dəyişdi. Faktiki olaraq isə 38 gün işdə olmuşdur, bir o qədər istirahət etməli olduğu halda, istirahət gününün ilk 14 günündən sonra onları karantinə aldılar. Əslində bu iş rejimi çətin və əmək qanunvericiliyinin tələblərinə uyğun olmasa da, mövcud vəziyyətlə əlaqədar bu dəyişməni anlayışla qarşıladı. Beləliklə, 2020-ci ilin may ayının 3-də onlar Mərdəkan qəsəbəsində yerləşən “Karvan Otel” kotteclərində yerləşdirdilər. Qeyd etmək istəyir ki, X5 LTD MMC “Karvan Otel” kotteclərində onlara normal şərait yarada bilmədi, eyni zamanda bir kottecdə ən azı 5 nəfər bir yerdə qalmağa məcbur olurdu. Qeyd edir ki, qaldıqları kottecdə işıqlar tez-tez sönürdü, hər dəfə də onlar narazılıqları bildirdikdən sonra elektrik çağırırdılar. Elektrik naqillərdəki nasazlığı bərpa edəndən çox keçməmiş işıqlar yenə də sönürdü. Yenidən elektrik çağrılır və vəziyyət belə davam edirdi. May ayının 7-də elektrik naqilində yenə də nasazlıq yarandı və elektrik enerjisi kəsildi. Onlar bu barədə əvvəllər olduğu kimi mərkəzin əməkdaşlarına və müəssisənin orada olan növbətçi nümayəndəsinə (Oktay müəllim) məlumat verdi. Otelin elektriki bildirdi ki, elektrik enerjisi ən azından səhərə kimi olmayacaq, yaranmış qəza problemi ciddidir. 2020-ci ilin may ayı Ramazan ayı idi. O və otaq yoldaşı oruc tuturdular. Elektrik enerjisi olmadığından otaqlarında isti su hazırlamaq mümkün deyildi. Belə bir vəziyyətdə onlar də məcbur olub müvəqqəti ehtiyaclarını qarşılaya bilmək üçün qonşu kottecə keçməyi düşündülər. Həmin məqsədlə öz kottecilər indən çıxıb qonşu kottecə gedərkən qonşu kottecin qarşısında olan zaman qaldıqları mərkəzin mühafizəçisi kamerada bunu görüb onlara yaxınlaşdı və onlar də məsələni ona izah etdilər. Səhərisi gün, yəni, 2020-ci ilin may ayının 8-də onlar X5 LTD MMC-nin ofisinə apardılar və onlar bununla əlaqədar izahat yazdılar. Baş verənlərlə bağlı bütün məsuliyyəti ilə bildirir ki, onlar qonşu kottecdə qalanlarla aralarında hər hansı ünsiyyət, təmas yaranmadı, çünki mühafizəçinin müdaxiləsi ilə onlarla görüşə bilməmiş, lazım olan isti suyu da onlardan ala bilmədilər. Müəssisənin ofisində görüş zamanı X5 LTD MMC-nin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev onlara bildirdi ki, karantin qaydalarını pozduqları üçün ərizə yazıb öz xahişlərilə işdən getməlidilər, əks təqdirdə işdən qovulacaqsınız. Kadrlar Şöb əsinin rəisi Emil Qədiməliyevlə olan, eyni zamanda 12 may və 1 iyun 2020-ci il tarixli görüşlərdə də dəfələrlə qeyd etdi ki, karantin qaydasını pozmağı sırf şirkətin öz işçilərinə lazımi şərait yaratmamasından irəli gəlmiş və oruc tutmaqları ilə əlaqədar olmuşdur. Eyni zamanda onlar qısa müddətə qonşu kottecin qarşısına keçməkləri heç kimə zərər dəyməmişdir. Bu arada xüsusi olaraq qeyd etmək istəyir ki, müəssisənin kadr məsələləri üzrə rəsmi şəxsinin onlara qarşı qərəzli mövqeyi həm də ondan görünürdü ki, onlar ofisə gedərkən, eyni zamanda ofisdə olarkən məlum yoluxucu xəstəliklə əlaqədar zəruri və eyni zamanda məcburi qabaqlayıcı tədbirlərin heç birinə (sosial məsafə, onların səhhətilərilə bağlı həkim rəyi və s.) nə həmin şəxs, nə də digər əməkdaşlar tərəfindən əməl olunmurdu. X5 LTD MMC- nin İnsan Resursları Departamentinin rəhbərləri ilə görüşlərdə dəfələrlə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri dəfələrlə bildirib ki, hal-hazırki vəziyyətdə, yəni karantin dövründə işçilərin işdən çıxarılması hallarına yol verilməməlidir. Lakin, X5 LTD MMC-nin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev bildirdi ki, ona qarşı heç bir güzəşt olmayacaq və o işdən azad olunmalıdır. Eyni zamanda qeyd olunan müddətdə onun əmək haqqı da ödənilmədi. Nəticədə isə onunla bağlanmış Əmək müqaviləsi qanunsuz əsaslarla ləğv edildi. X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqavilə sinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə ləğv edilmə barədə Əmri tərtib edilərkən aşağıda göstərilən əmək hüquqları bu müəssisə tərəfindən pozulmuşdur. X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı Əmri ilə mənimlə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndi ilə ləğv etsə də, əslində ona qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini tədbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqların dan sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. X5 LTD MMC guya karantin qaydalarını, o cümlədən müəssisədaxili intizam qaydalarını pozduğunu əsas gətirərək barəsində onun hərəkətlərinə qeyri-adekvat olan ağır intizam tənbehini tədbiq edərək əmək müqaviləsini ləğv etmişdir. Lakin, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin digər tələblərini də pozmuşdur. Göründüyü kimi intizam tənbehi, cavabdehin onların hərəkətləri intizam xətası kimi aşkar etdiyi gündən 02 ay 06 gün sonra verilmişdir. Yəni X5 LTD MMC-nin intizam tənbehinin tətbiq olunması barədə 10.07.2020-ci il tarixli, 1173 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuz hesab olunmalı və məhkəmə qaydasında ləğv edilməlidir. Həmçinin hesab edir ki, qanunsuz işdən azad olunması ilə əlaqədar ona maddi ziyan dəymişdir. Həmin maddi ziyanın əvəzi kimi onun xeyrinə 5000 manat məbləğinin ödənilməsini tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-4093/2020) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 LTD MMC-nin 10.07.2020-ci il tarixli, 1173 saylı əmrinin ləğv edilməsi, İddiaçı Mayıs oğlunun işə bərpa edilməsi, İddiaçı Mayıs oğluna 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Mayıs oğlu ilə X5 LTD MMC arasında bağlanmış 21 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqavilə sinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13.07.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində qeyd edilir ki, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallar nəzərdə tutula bilər: bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda. Digər hallar dedikdə, cavabdeh, tərəflər arasında bağlanılmış 21 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) yarımbəndində göstərilənləri nəzərdə tutmuşdur. Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu mad dəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Lakin, işəgötürən X5 LTD MMC işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alınmadan, işçini digər məsuliyyətə cəlb edilmədən, ona ağır intizam tənbehini tətbiq edərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, İddiaçı Mayıs oğlu 07.07.2011-ci il tarixdən X5 LTD MMC şirkətində takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdi. Onun sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı Mayıs oğlu karantin qaydalarını 07.05.2020-ci il tarixdə pozmuş, X5 LTD MMC isə 10.07.2020-ci il tarixdə 1173 saylı əmri ilə əmək müqaviləsini ləğv etmişdir. Cavabdeh həmin maddənin tələblərini pozaraq intizam xətası kimi aşkar etdiyi gündən 2 ay 6 gün keçdikdən sonr a, 13.07.2020-ci il tarixdə İddiaçı Mayıs oğlu ilə bağlanılmış əmək müqaviləsini ləğv etmişdir. Həmçinin cavabdeh X5 LTD MMC 08 may 2020-ci il tarixdən işdən çıxarılan 13.07.2020-ci il tarixədək İddiaçı Mayıs oğlunu işdən kənarlaşdırmış və əmək haqqını ödəməmişdir. Halbuki iddiaçı öz hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İstiqlal” qurğusunda fəhlə vəzifəsində işləyən İddiaçı Mayıs oğlu ilə X5 LTD MMC arasında bağlanmış 17 aprel 2020ci il tarıxli əmək müqaviləsinin g) bəndinin pozulduğuna görə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13 iyul 2020-ci il tarixdən işdən azad olunması haqqında 1173 saylı 10 iyul 2020-ci il tarixli əmr qanunsuzdur. İddiaçının cavabdeh X5 LTD MMC 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması tələbi ilə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və A.Tanrıverdiyevdən ibarət tərkibdə, i ş № 2(103)-1140/2021) İddiaçı Mayıs oğlu və cavabdeh “X5 LTD” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bütün hüquq normalarını düzgün tətbiq etmiş və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “X5 LTD” MMC (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli 2(103)-1140/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələblərinin tam həcmdə rədd edilməsi ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Əmək Məcəlləsinin 75.2-ci maddəsinin d bəndinə əsasən xitam verilsə də, məhkəmə xitama tətbiq edilməli olan istinad olunan maddəni deyil, 70(ç) maddəsini tətbiq etmişdir. Lakin məhkəmə Məcəllənin 75.2(d) maddəsi ilə xitam verilməsinin nə üçün mümkün olmadığı barədə bir cümlə ilə belə mövqe bildirməmişdir. Hər hansı işçinin təhlükəsizlik, əməyin mühafizəsi, intizam və ya karantin qaydalarını pozması halları əmək müqaviləsinə xitamın ayrıca əsası kimi daxil edilibsə, işəgötürən əmək müqaviləsində işçi və işəgötürənin müəyyən etdiyi əlavə hal kimi Məcəllənin 75.2(d) maddəsi ilə xitam verə bilər. Cavabdeh əmək müqaviləsinə xitam vermək üçün iki müxtəlif əsas olduğu halda müqaviləyə öz mülahizəsi əsasında bu əsaslardan birinə müvafiq olaraq xitam vermişdir. Cavabdehin həyata keçirdiyi xitamda qanunvericiliyin və ya Məcəllənin heç bir tələbi pozulmamışdır. Məhkəmə əmək müqaviləsinə Məcəllənin 75.2 (d) maddəsi ilə xitam verilməsinə müddət tətbiq etməklə Məcəllənin 75-ci, 186-cı və 187-ci maddələrinin tətbiqində səhvə yol vermişdir. Məcəllədə əmək müqaviləsinə 75-ci maddə üzrə xitam verilərkən hər hansı müddət tələbi qoyulmamışdır. Məcəllənin 186-cı maddəsində sadalanan hallar baş verdikdə intizam tənbehi tədbirinin tətbiq etmək işəgötürənin vəzifəsi yox, hüququdur. Əmək qanunvericiliyi əmək müqaviləsinə xitam verilmədən öncə işəgötürən tərəfindən ilk növbədə intizam tənbehinin tətbiqinə dair məcburi göstəriş nəzərdə tutmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X6 və vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Əliyev Rəfail Ziyad oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş və qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanunil iyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibət ləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiy inə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “c” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “ç” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 75-ci maddənin 1-ci bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 186-cı maddəsinə əsasən, işəgötürə n, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtil ə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu M əcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci mad dəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu göstərmiş, faktiki olaraq apellyasiya şikayətində göstərilən dəlillər təkrarlanmışdır. Həmin dəlillər isə faktiki olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən qiymətləndirilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasının əsaslarının müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Ona görə də, məhkəmə kollegiy ası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X5 LTD” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1140/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar