Məhkəmə qərarları › İş №2(006)-4111/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4111/2022

13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4111/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş övladları 05 yanvar 2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat olmaqla, həmçinin uşağın 3 yaşına çatana kimi 100 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuşlar. Nikahları rəsmi qeydiyyata alınmışdır. Birgə nikahlarından 05 yanvar 2021ci il təvəllüdlü X3 anadan olmuşdur. Artıq uzun müddətdir ki, onlar cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər. Cavabdeh onunla və övladı ilə maraqlanmır. Ona və övladına qarşı laqeyidlik göstərir. Cavabdeh əvvəllər könüllü olaraq aliment ödəsə də, xx.xx.2022-ci il tarixdən səhlənkarlıq etməyə başlayaraq aliment ödəməkdən yayınmışdır və buna görə məhkəmə qətnaməsi olmadan onun mütəmadi olaraq aliment verməsinə inanmır. Ona görə də qərara gəlmişdir ki, alimenti ondan məhkəmə qaydasında tələb etsin. Cavabdehdən uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləği şəklində keçmiş günlərdə ödəmədiyi aliment borcu nəzərə alınmaqla, 200 manat, həmçinin övladları 3 yaşına çatana kimi 100 manat aliment cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh öncələr uşağın saxlanılması üçün 2022-ci ilin mart ayına kimi 200 manat məbləğində aliment ödəsə də, sonradan onun ödənilməsindən yayınmışdır. Belə ki, cavabdeh mart ayından bu vaxta kimi, yalnız aprel ayı istisna olmaqla, aliment ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, "xxxx" ASC-də elektrik montyoru vəzifəsində çalışır. Rəsmi aldığı əmək haqqısı 545 manat qismində qeyd edilsə də, əslində 460 manat pul alır. O, 2022-ci ilin mart ayına kimi övladının saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödəmişdir. Lakin sonradan, iddiaçı ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyindən, alimentin ödənilməsini dayandırmışdır. Onu da qeyd edir ki, uşağının saxlanılması üçün 2022-ci ilin aprel ayında da 200 manat aliment ödəmişdir. İddianı qismən qəbul edir və qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək haqqısının ¼ hissəsi miqdarında aliment ödəməyə razıdır. Lakin iddianın qalan hissəsi ilə razı deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 05 yanvar 2021-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də elektrik montyoru vəzifəsində çalışmaqla, aylıq 545 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahlarından olan azyaşlı uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında və eyni zamanda hər ay 57 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, tutulmalı olan alimentin məbləğinə münasibət bildirildikdən sonra onun tutulma vaxtına, yəni hansı tarixdən ödənilməli olmasına da ayrıca hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, alimentin ona məhkəməyə müraciət etdiyi tarixdən deyil, 2022-ci ilin mart ayından tutulmasını xahiş etmişdir. Xahişini isə cavabdehin məhz həmin tarixə kimi hər ay 200 manat məbləğində aliment ödəməsi, lakin sonradan (2022-ci ilin aprel ayı istisna olmaqla) bu ödənişləri dayandırması və s. hallarla əsaslandırmışdır. Cavabdeh isə öz növbəsində bu faktı inkar etməmiş və 2022-ci ilin mart ayına qədər, habelə aprel ayı aliment ödədiyini qəbul etmişdir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə, iddiaçının məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər gördüyünü sübuta yetirdiyini, cavabdehin isə bu faktı inkar etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının haqlı tələbi təmin edilməklə, alimentin ödənilməsinə 2022-ci ilin mart ayından etibarən (2022-ci ilin aprel ayı istisna olmaqla) başlanılmalıdır. Məhkəmə iddia tələbinin digər “uşağın 3 yaşına çatana kimi 100 manat alimentin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2022-ci il tarixdən (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən (2022-ci ilin aprel ayı istisna olmaqla) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında və eyni zamanda hər ay 57 manat sabit pul məbləğində aliment tutulmalı; xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2022-ci il tarixdən (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən (2022-ci ilin aprel ayı istisna olmaqla) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında və eyni zamanda hər ay 57 manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2022-ci il tarixdən (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar