Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-412/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ona veriləcək sığorta ödənişinin hesablanması və onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət X4 mülki işin baxılması üçün aidiyyəti İnzibati-İqtisadi Məhkəməsinə göndirlməsinə dair vəsatəti təmin edilməmişdir. Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi şikayət təmin edilməyərək iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə sığorta ödənişinə görə 2-ci qrup üzrə müəyyən olunmuş 6600 manat pulun (11000:60 faiz) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına məsafənin uzaq olması ilə əlaqədar gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1992-ci ildən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etmişdir. xx xxxxxx 1999-cu il tarixdə gizir hərbi rütbəsində avtomobil bölüyündə təmir taqımının komandir vəzifəsindən tərxis olunmuşdur. Xidmət müddətində Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Dəfələrlə müayinə və müalicə olunduqdan sonra Azərbaycan Respublikası ƏƏSMN-nin X7 Komissiyası tərəfindən xx xxxxx 2018-ci il tarixdə ona 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Ona veriləcək sığorta ödənişinin hesablanması üçün 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti sədrin birinci müavini A.Hacıyev imzası ilə ona ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubda sığorta ödənişinin qeyri münkün olması göstərilmiş və ona sıorta ödənişi hesablanmamışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə İİ qrup əlillik dərəcəsi almanız ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə baxıldı. bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunnun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, Siz xx xxxxxx 1999-cu ildə hərbi xidmətdən tərxis olunmusunuz və bu hadisədən 18 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxx 2018-ci ildə İİ qrup əlillik dərəcəsi almısınız. Ona görə də Sizə İİ qrup əlillik dərəcəsi almanız ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür”. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının hərbi-həkim komissiyasının xx xxxx 2017-ci il tarixli 34 nömrəli qərarından görünür ki, SHXÇDX-nin Ağcabədi rayon şöbəsi tərəfindən xx xxx 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı Sadı oğlunun hərbi xidmət dövründə Ağdam rayonu uğrunda gedən döyüşlərdə xx xxxx 1992-ci il tarixdə mina partlaması nəticəsində yaralandığı və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 bədən xəsarətlərinin təyininə dair canlı şəxsin məhkəmə tibbi müayinəsində təyin olunduğu xəstəlik-diaqnoz: “Başın sağ arxa ənsə nahiyəsində bir ədəd, baışn sol arxa ənsə nahiyəsində bir ədəd, alt çənənin sol tərəfində iki ədədköhnə çapıq toxumalarş Sol qamış sümüyünün proksimal epifizinin yumşaq toxumalararası (təxminən 5 mm ölçüdə) metal qəlpəsi”. (DİN DQ Komandanının xx xxxx 2017-ci il tarixli R/4534 nömrəli göndərişi, SHXÇDX-nin Ağcabədi rayon şöbəsindən xx xxx 2017-ci il tarixli 728 nömrəli göndərişi, 540 nömrəli arayışı, DQBİ arxivindən xx xxxx 2017-ci il tarixli 425, 426, 427 nömrəli arxiv arayışları, SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş eyni hərbi hissədə xidmət etmiş üç nəfərin şahid ifadələri və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 K/279 nömrəli 12-xx.xx.2017-ci il tarixli bəzən xəsarətlərinin təyininə dair canlı şəxsin məhkəmə tibbi müayinəsi aktı ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət X6 müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıyacavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-412/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-412/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver