Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4137/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı «sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı «sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında hal-hazırda eyni tələb üzrə, eyni tərəflər arasında və eyni əsaslarla məhkəmə mübahisəsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, 2(006)- 4137/2021 saylı iş baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və bunla bağlı üzürlü səbələrini məhkəməyə bildirməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb heasab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni əsaslarla mübahisə üzrə mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olduğundan, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı «sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, idddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsli geri qaytarılmalıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4137/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4137/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver