Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4169/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılova Jalə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğvi edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğvi edilməsi” tələbinə dairiddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 213/37 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx xxxx 2010-cu il tarixli 213/37 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə ləğv edilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0,05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.m əsas sahədən ibarət 01 mərtəbəli 170 saylı qeyri-yaşayış binasının Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və həmin ipotela müqaviləsi üzrə “ipoteka: Cavabdeh1 ASC, 213/37-USD km,xx.xx.2010” saylı yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, İddiaçı ilə “Cavabdeh1" ASC arasında xx.xx.2010-cu il tarixli 213/37 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.rn əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binası (bundan sonra - əmlak) xx xxxx 2010-cu il tarixli 213/37 saylı ipoteka müqaviləsinə əsasən "Cavabdeh1” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində “-İpoteka: “Cavabdeh1" ASC, 213/37-USD KM, xx.xx.2010” saylı yüklülük haqqında müvafiq qeydlər aparılmışdır. Surəti iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 ASC-nin Yasamal filialı tərəfindən verilmiş 37-11/601 saylı, xx.xx.2011-ci il tarixli arayışdan göründüyü kimi İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2010-cu il tarixli 213/37 saylı kredit müqaviləsi üzrə borc öhdəlikləri İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin buna baxmayaraq ötən müddət ərzində ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən ipotekanın qeydiyyatını aparan müvafiq dövlət orqanına ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müraciət edilməmiş, İddiaçı kreditorun ona borc öhdəlikləri icra olunduqdan sonra dərhal borcun olmaması barədə maliyyə arayışı verilməsinə dair əvvəlki rəftarına güvənərək eyni qaydada həmin bankın ipoteka predmetinin ipoteka qeydiyyatının ləğv olunması ilə bağlı DƏDRX-yə müraciət edəcəyini ehtimal etmiş, buna arxayın olmuş, lakin 2020-ci ilin əvvəllərində həmin əmlakın gələcək alqı-satqısı ilə bağlı potensial müştəri ilə sövdələşmə apararkən əmlakın yüklülüyü ilə bağlı müvafiq arayışın əldə edilməsi zamanı əmlakın borc öhdəliklərinin icrasından 10 il keçməsinə baxmayaraq hələ də Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü vəziyyətdə olmasını müəyyən etmişdir. Başqa sözlə, İddiaçı “İpoteka haqqında" Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilməsi və həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməli olmasına, eləcə də "Cavabdeh1” ASC-nin qanuni əsaslarla fəaliyyət göstərən bank və kredit təşkilatı olmasına, bununla da qanunvericiliyin tələbinə riayət edərək ipoteka saxlayan kimi öz öhdəliyini icra edəcəyinə arxayın olaraq kredit borcunu ödədiyindən əmlakının da ötən müddət ərzində sonuncu tərəfindən ipotekadan azad ediləcəyi və bununla bağlı müvafiq prosessual hərəkətləri həyata keçirəcəyini güman etmişdir. İddiaçı bununla bağlı "Cavabdeh1" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna “Cavabdeh1" ASC qarşısında borc öhdəliklərinin hələ 2010-cu də icra olunmasına baxmayaraq hələ də əmlakın ipoteka yüklülüyünə xitam verilməməsi barədə şikayətlə müraciət etmiş, həmin şikayətlə eyni məzmun əsasında “İpoteka haqqında’' Qanunun 48.2-ci maddəsini rəhbər tutaraq, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və surəti məlumatlandırılmaqla Azərbaycan Respublikası Mərkəzi X1 Nəzarət üzrə müvafiq strukturuna pretenziya məktubu ilə müraciət edərək 'Cavabdeh1” ASC-nin Yasamal filialı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin hələ 2011-ci ildə tam ödənildiyinə görə həmin kreditin ipoteka təminatı qismində çıxış edən mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 170 saylı, 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi və ipoteka qeydiyyatının ləğvi barədə 5 təqvim günü müddətində ipoteka qeydiyyatını aparan dövlət orqanına (AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə) ərizə ilə müraciət edilməsini xahiş etmiş, əks təqdirdə tərəflərindən aidiyyəti üzrə məhkəmədə ipotekaya xitam verilməsi və həmin ərizənin verilməməsi nəticəsində mülkiyyətçiyə vurulan maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı ləğvedici təşkilata qarşı iddia tələbi irəli sürəcəyini bildirmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş ləğv prosesində olan "Cavabdeh1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin direktoru Ö.Cəfərovun xx xxxx 2020-ci il tarixli məktubundan göründüyü kimi İddiaçı ərizəsində göstərilmiş tələbin icrasından qanunsuz, əsassız olaraq və nümayişkaranə surətdə imtina edilmişdir. Doğrudur, həmin cavab məktubunun məzmundan göründüyü kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu İddiaçı ləğv prosesində olan "Cavabdeh1” ASC qarşısında kredit öhdəliklərini tam icra etməsi faktını təkzib etmir. Belə ki. həmin cavab məktubunun üçüncü abzasının birinci cümləsində deyilir: “Bildiririk ki, ləğv prosesində olan Cavabdeh1 ASC ilə Sizin aranızda xx.xx.2010-cu il tarixli, 213/37 saylı kredit müqaviləsi Bank əməliyyat sistemi üzrə borc öhdəliyi mövcud deyildir. Həmin cavab məktubunda cavabdeh əmlakın ipotekadan azad edilməsini onunla əsaslandırmağa çalışmışdır ki. iddiaçı "xxxxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyi mövcuddur. Buna görə də əmlakın girovdan azad edilməsi nəqsədəmüvafiq hesab edilmir.İstinad olunan qanunvericilik normasının tələblərindən göründüyü kimi, ləğvedici təşkilat fiziki və hüquqi şəxslərin mülki hüquqlarının təmin olunmasına münasibətdə məqsədə müvafiqlik meyarını deyil, qanunamüvafiqlik meyarını rəhbər tutmalıdır. Bu qanunçuluq prinsipinin başlıca tələblərindəndir. Hətta iddiaçının digər bir kredit təşkilatı olan “xxxxxxxxxxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxx“Cavabdeh1'’ ASC qarşısında olan öhdəliyə heç bir niyyətinin olmamasını nəzərə aldıqda əmlakın həmin əsasla qanunsuz və əsassız olaraq ipoteka yüklülüyündə saxlanılması özbaşınalıqdır. Başqa sözlə, İddiaçı ilə "Cavabdeh1” ASC arasında bağlanmış 2010-cu il tarixli 213/37 saylı ipoteka müqaviləsinin məzmunundan göründüyü kimi həmin ipoteka müqaviləsi İddiaçı "xxxxxxxxxxx" ASC və ya hər hansı bank və ya kredit təşkilatı qarşısında deyil, yalnız "Cavabdeh1" ASC qarşısında kredit öhdəliklərinin təminatı qismində çıxış edir. Belə olan halda, əmlakın ipoteka müqaviləsində təminat qismində nəzərdə tutulmayan və həmin ipoteka müqaviləsinin tərəfi qismində çıxış etməyən digər bank qarşısında öhdəliklərlə əlaqədar ipoteka saxlanılması qanunsuzdur. Hətta, iddiaçının "xxxxxxxxxxx” ASC qarşısında kredit öhdəliklərinin mövcud olmasını şərti olaraq fakt kimi qəbul etsək belə, Xətai Rayon Məhkəməsinin 2(011)-2567/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən əmlakın “xxxxxxxxxxx” ASC qarşısında ipoteka yüklülüyünə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X3iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh1 ASC-nin Yasamal filialının arayışından görünür ki, İddiaçı ondan ötrü ki, həmin müştərinin Cavabdeh1 ASC-nin Yasamal filialında heç bir öhdəliyi yoxdur. İddiaçı kredit və kredit xətti üzrə borcu tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010cu il tarixli, 213/37 saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 68.000 ABŞ dolları məbləğində kredit verir. Kredit 2 tranşla verilir. 1-ci tranş 30.000 ABŞ dolları 2-ci tranş 38.000 ABŞ dolları təşkil edən. Bu müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin təmiri və artırılması məqsədilə verilir. Kredit 24 ay müddətinə verilir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.rn əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binası (bundan sonra - əmlak). İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010cu il tarixli, 213/37 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.rn əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binası (bundan sonra - əmlak) "Cavabdeh1” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH №0020856 saylı Çıxarışdan görünür ki, İddiaçı ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 170 nömrəli binada 157.2 kv.m ümumi, 157.2 kv.m əsas sahədən ibarət 01 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət rüyüstrində 07 nömrəli reyestr kitabının 698 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələbinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərəçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azəraycan Respublikası Mülki Məcələsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntu su nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərinəvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 213/37 saylı kredit müqaviləsinin surətindən göründüyü kimi bu müqaviləyə əsasən kreditor borcalana 68.000 ABŞ dolları məbləğində kredit verir. Kredit 2 tranşla verilir. 1-ci tranş 30.000 ABŞ dolları 2-ci tranş 38.000 ABŞ dolları təşkil edən. Bu müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin təmiri və artırılması məqsədilə verilir. Kredit 24 ay müddətinə verilir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.rn əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binası (bundan sonra - əmlak). Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 213/37 saylı ipoteka müqaviləsindən göründüyü kimi İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0.05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.rn əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binası (bundan sonra - əmlak) "Cavabdeh1” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 ASC-nin Yasamal filialının arayışından göründüyü kimi İddiaçı həmin müştərinin Cavabdeh1 ASC-nin Yasamal filialında heç bir öhdəliyi yoxdur. İddiaçı kredit və kredit xətti üzrə borcu tam ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla tam təsdiqini tapdığına görə iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 213/37 saylı kredit müqaviləsi üzrəöhdəliklərin təminatı olan xx xxxx 2010-cu il tarixli 213/37 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə ləğv edilməli, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti İddiaçı məxsus ilan Bakışəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakışəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0,05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.m əsas sahədən ibarət 01 mərtəbəli 170 saylı qeyri-yaşayış binasının Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və həmin ipotela müqaviləsi üzrə “ipoteka: Cavabdeh1 ASC, 213/37- USD km, xx.xx.2010” saylı yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı BakıƏrazi İdarəsi tərəfindən ləğv edilməldir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 213/37 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx xxxx 2010-cu il tarixli 213/37 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə ləğv edilsin. Həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti İddiaçı məxsus ilan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində mülkiyyətdə olan 0,05966 ha torpaq sahəsində yerləşən 157,2 kv.m ümumi sahədən, 157,2 kv.m əsas sahədən ibarət 01 mərtəbəli 170 saylı qeyri-yaşayış binasının Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və həmin ipotela müqaviləsi üzrə “ipoteka: Cavabdeh1 ASC, 213/37-USD km,xx.xx.2010” saylı yüklülük haqqında müvafiq qeydlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4169/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4169/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver