Məhkəmə qərarları › İş №2(006)-4180/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4180/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4180/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızının, cavabdehlərin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızının X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Məmmədov Arı̇ f Baxşalı oğlu və Qulı̇ yeva Elmı̇ ra Əyyub qızına qarşı “baba və nənədən aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızı X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Məmmədov Arı̇ f Baxşalı oğlu və Qulı̇ yeva Elmı̇ ra Əyyub qızına qarşı “baba və nənədən aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı himayəsində 3 azyaşlı uşaq var və Adəm Feyziyev daun sindromu diaqnozu ilə xəstədir. Uşaqların atası hazırki iddiaçıların oğlu Rasif Feyziyev ümumiyyətlə uşaqlarını acınacaqlı vəziyyətdə qoyaraq ölkəni tərk etmişdir. 3 ildir ki axtarışdadır. Bu barədə Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsi tərəfindən rəsmi cavab məktubları təqdim edilmişdir. Bütün müddət ərzində uşaqların atasının onlara sahib çıxmaması və aliment ödəməməsi iddiaçı və azyaşlı uşaqların vəziyyətini acınacaqlı hala gətirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqların atası Rasif Feyziyevnin valideynləridir. İddiaçı könüllü şəkildə nəvələrinin saxlanılması üçün maddi yardım göstərmirlər. İddiaçı və azyaşlı uşaqları illərdir maddi cəhətdən çətinlik çəkirlər. Cavabdeh1 1946-ci il təvəllüdlüdür, hazırda 76 yaşı var və digər Cavabdeh2 1948-ci il təvəllüdlüdür, hazırda 74 yaşı var. Hər ikisi yaşa görə əmək pensiyası alır. İddiaçı tərəfindən mediasiya sessiyası üçün müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən ilkin mediasiya sessiyasının baş tutmaması barəsində xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Ona görə də, İddiaçı cavabdehlərə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdehlər Məmmədov Arı̇ f Baxşalı oğlu və Qulı̇ yeva Elmı̇ ra Əyyub qızından İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatan qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun himayəsində 3 azyaşlı övladı var. Onlardan biri daun sindromu diaqnozlu xəstədir. Uşaqların atası, yəni hazırki mülki iş üzrə cavabdehlərin oğlu uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. O,uşaqlarıyla birlikdə kirayədə qalır. Üç azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehlər də öz nəvələrinin saxlanmasında heç bir yardım etmirlər, halbuki, xeyli miqdarda pensiya alırlar və maddi imkanları vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdehlər onun ata və anasıdır. Onlar yaşlı insanlardır. Aldıqları pensiya ilə dolanırlar. Bundan başqa gəlir yerləri yoxdur. Aldıqları pensiya da onların dərmanlarını və digər zəruri ehtiyaclarını güclə ödəyir. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 3858/2019 saylı qətnaməsinə əsasən X4 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. X10 isə bu günədək heç bir aliment ödənişi etməmişdir. Hazırda iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X4 uşaqların saxlanmaları üçün maddi yardım ala bilmədiyindən uşaqların nənə və babaları olan cavabdehlərdən aliment məbləğinin tutulmasını xahiş edir. Cavabdehlər isə (nümayəndə vasitəsilə) iddia tələbini qəbul etmirlər.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı borclu xx.xx.1974-cü il təvəllüdlü X10 barəsində xx.xx.2019-cu il tarixdən (Xətai RPİ-də mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi 110491 saylı yerli və dövlətlərarası axtarış işi açılmışdır. Borclunun saxlanılması istiqamətində Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru Mirzə Həsənov tərəfindən axtarış tədbirləri davam etdirilir. Müsbət nəticə olan kimi bu barədə məlumat veriləcəkdir.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Вinəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Rasim Feyziyevdən üç uşağın saxlanılması üçün hər ay 480 manat sabit pul məbləğində aliment tutularaq Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızına ödənilməlidir. İcra vərəqəsi əsasında Xətai rayon İcra şöbəsində başlanılmış icraat zamanı borclu alimenti ödəməmiş, onun tələbin yönələ biləcək əmlak və gəliri aşkar edilməmişdir. İcraat zamanı R.Feyziyevin olduğu yeri müəyyən etmək mümkün olmadığından icra məmurunun borclunun axtarılması haqqında qərarı əsasında Xətai rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə onun barəsində axtarış işi açılmışdır. Həmçinin borclu barəsində dövlətlərarası axtarış elan edilməsi üçün yerli qurum tərəfindən Xətai rayon Polis İdarəsinə müraciət edilmişdir. Axtarışın nəticəsindən asılı olaraq məhkəmə qərarının icrasının nəzarətdə saxlanılması, icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlərin görülməsi yerli icra və probasiya şöbəsinin rəhbərinə tapşırılmışdır.

11. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsindən Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-3858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X5 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılmasr üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu X10 məhkəmə qərarı üzrə bu günədək tələbkar İddiaçı heç bir aliment ödənişi etməmişdir. Məhkəmə qərarı üzrə bu günədək tələbkar İddiaçı 22440 (iyirmi iki min dörd yüz qırx) manat aliment borcu yaranmışdır.

12. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 2(001)-3858/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X9iun xx.xx.2019-cu il tarixindən başlayaraq bu günə kimi olan aliment borcu 27.620 manat təşkil edir.

13. Mülki işin materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh1 346,04 manat məbləğində pensiya alır.

14. Mülki işin materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh2 328,48 manat məbləğində pensiya alır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Həmin Məcəllənin 75.4.-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

19. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynləri tərəfindən saxlanmalıdırlar. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin iş materiallarından göründüyü kimi cavabdehlərin yeganə gəlirləri yaşa görə aldıqları pensiyadan ibarətdir. Bu pensiya isə hərəsi üçün birinə münasibətdə 326 manat, digərinə münasibətdə isə 360 manat təşkil etmişdir ki, bu vəsaitdə yüksək məbləğ deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hər uşağa görə 179 manat olmaqla, ümumilikdə 579 manat pul istəyir ki, aliment tutulduğu təqdirdə 726 (ümumi pensiya )-579 (tələb edilən aliment) manat=149 manat olacaqdır. Bu isə hərəsinə 73 manat pulun qalması deməkdir.

20. İddiaçı öz ərizəsində aliment olaraq tələb etdiyi məbləği cavabdehlərin qarşılaya bilmələri üçün zəruri vəsaitə malik olmalarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

21. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

22. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

25. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 valideyn kimi uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsini layiqincə icra etməməsi, həmin vəzifəni icra etməkdən yayınması uşaqların nənə və baba olan cavabdehlərin üzərinə aliment ödəmək öhdəliyinin qoyulması üçün əsas deyildir.

26. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızının X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Məmmədov Arı̇ f Baxşalı oğlu və Qulı̇ yeva Elmı̇ ra Əyyub qızına qarşı “baba və nənədən aliment tələbi”nə dair iddiası rədd edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Feyzı̇ yeva Amalı̇ ya Yusı̇ f qızının X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Məmmədov Arı̇ f Baxşalı oğlu və Qulı̇ yeva Elmı̇ ra Əyyub qızına qarşı “baba və nənədən aliment tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar